KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ramiyə Məmmədova: Qələbə hər zaman doğrunun yanındadır

Ramiyə Məmmədova: Qələbə hər zaman doğrunun yanındadır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
518 0

Bu gün 103 il bundan öncə olduğu kimi Türkiyə və Azərbaycan qardaşlığı türk düşmənlərinə qalib gəldi. 1918-ci ildə 15 sentyabr tarixində Bakı və onun ətrafı erməni terroruna məruz qalmışdı. O zaman sovet bolşeviklərinin ermənilərə verdikləri dəstək nəticəsində erməni vandalları və terrorçuları türklərə qarşı kütləvi soyqırım keçirməyə başladılar. Bu hadisələr nəticəsində minlərlə günahsız insan qətl edildi, qanlar axıdıldı.

Əslində bu müharibə Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Türk Ordusunun Rusiya şovinizminin və erməni daşnaklarına qarşı başlatdığı bir savaş olub. Bu savaşın nəticəsində Türk Ordusu, türk qardaşlığı qalib gəlmiş və rus-erməni cütlüyünü darmadağın etmiş, Bakını azad edərək öz sahiblərinə geri qaytarmışdı.

Lakin Türk adından qorxan ermənilər yalandan yazdıqları tarixlə özlərini ovudaraq bunu heç bir zaman sindirə bilməmişdirlər. İllər keçir, tarix yenə təkrarlanır. 1984-cü ildə erməni xisləti yenə baş qaldırdı və yenidən Azərbaycan torpağına göz dikərək, yenidən Rusiyanın dəstəyi ilə Azərbaycanın gözü olan Dağlıq Qarabağı işğal etdi. “Bu dəfə dünya 100 il bundan öncəki dünya deyil” deyə düşünın Azərbaycan, qan tökmədən diplomatik yollarla məsələnin həll yollarını axtardı. Amma 30 il erməni xislətinə hec nəyi anlada bilmədi.

Son nəticədə 30 il erməni əsarətində qalan Qarabağı qaytarmaq və yenidən türkün gücünün nə olduğunu göstərmək məcburiyyətində qaldı. Azərbaycan-Türkiyə qardaşlığı yenə də 44 günlük müharibə nəticəsində bütün dünyaya səs saldı və Qarabağı geri qaytardı. Artıq Dağlıq Qarabağ münaqişəsi 103 il bundan öncə olduğu kimi tarixə yazıldı. Amma Rusiya yenidən oyun oynadı və erməni xislətinə sahib çıxdı.

Erməni qarantı olan Rusiya sülhməramlı adı ilə təəssüf ki yenidən ermənilərə dayaq durdu. Lakin artıq nə Azərbaycan, nə də Türkiyə o 1990-cı illərin ölkələri deyil. Qüvvələr balansı daha çox Azərbaycan və Türkiyə tərəfindədir. Bu gün Azərbaycan qalib gələn dövlət olaraq öz sözünü və istədiklərini diktə etməyə tam qadirdir. Azərbaycanın güclü ordusu, sonuncu istehsal olunan silah-sursatı və hərbi gücü, ən əsası isə döyüş ruhu mövcuddur. Ermənistan Rusiya cütlüyü isə hələ də geridə qalmaqdadır.

Bu 44 günlük müharibə Ermənistanın bir dövlət olaraq özünü realizə edə bilməməsində tam əks etdirdi. Bugünkü Ermənistanın vəziyyəti hər zaman olduğu kimi hansısa ikinci dövlətdən asılı olaraq qalır. Rusiyaya baş ağrısı verməkdən başqa bir işə yaramayan bu ölkə illərdir Rusiyanın sömürcüsünə dönüb. Azərbaycanla müharibəyə başlayandan bu günə gedər blokadada yaşayan Ermənistan getdikcə dünya ölkələri arasında cılızlaşır. Daxili siyasətində gedən proseslər də bu ölkəni süquta sürükləyir desək, yanılmarıq. 44 günlük müharibənin nəticəsində öz xalqına yiyə çıxa bilməyən Ermənistan hökuməti Rusiyanın yardımına möhtacdır.

Üçtərəfli sazişin imzalanmasından sonra Qarabağda yerləşdirirlən rus sülhməramlıların oynadıqları oyunlar və separatçılara verdikləri dəstəklər Azərbaycanı təngə gətirsə də, bunun onlara yardım etməsi bir az şübhəli görünür. Çünki Azərbaycan tərəfinin türk hərbçilərinin sayını artırması və terror təşkilatları ilə mücadilə aparan zabit heyətinin Qarabağa gətirilməsi rus kontingentinə və erməni separatçılarına qarşı ən böyük zərbədir. Yəni tarix təkrarlansa da, qalibiyyət hər zaman doğru olanın yanındadır!

Ramiyə Məmmədova

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir