KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ramiyə Məmmədova: “Hazırkı vəziyyətdə Türkiyə ABŞ-dan yox, əksinə, ABŞ Türkiyədən asılıdır”

Ramiyə Məmmədova: “Hazırkı vəziyyətdə Türkiyə ABŞ-dan yox, əksinə, ABŞ Türkiyədən asılıdır”

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
99 0

Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı olan Ali Baş Komandanımız İlham Əliyevin siyasəti, xalqımızın birliyi və cəsur döyüşçülərimizin qəhrəmanlığı ilə bu il Dövlət Bayramımızı Qarabağ ilə qeyd edirik. Xalq olaraq bu sevinci bizə yaşadan şəhid və qazilərimizin önündə baş əyirik. Bu əlamətdar gündə Ali baş Komandanımız və 44 günlük Vətən Müharibəsində daim yanımızda olan qardaş ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri baş tutdu. Türk Dünyasının iki böyük liderinin bu əlamətdar gündə məhz Qarabağda görüşməsi təbii ki, digər ölkələr tərəfindən birmənalı qarşılanmır və torpaqlarımızda gözü olan düşmənlərin qıcığına səbəb olur. Çünki Azərbaycanın Qurtuluş günündə Ərdoğanın məhz Şuşaya səfəri düşmənlərə açıq bir mesajdır. Mesaj isə ondan ibarətdir ki, Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır. Buna görə də bu gün biz Qurtuluş günümüzü Qarabağda qeyd edirik. Qarabağ Zəfəri ilə Dövlətimiz və millətimizin gücünü bütün dünya gördü. Qarabağ Zəfəri qazanacağımız zəfərlərin başlanğıcıdır.

Mövzu ilə bağlı Versus.Az-a açıqlama verən politoloq Ramiyə Məmmədova bildirib ki, Qurtuluş gününün Azərbayan üçün böyük tarixi əhəmiyyəti var. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın məhvi planının qarşısı alındı:

“Bununlada bu günki Azərbaycan Respublikasının təməli qoyuldu. Ərdoğanın Milli Qurtuluş Günündə Qarabağa gəlməsi təsadüfi deyil. Bu səfər Rusiyaya, Avropaya, Ermənistana mesajdır. Qarabağdakı prosesslərin hələ də gərginliyi qalmaqdadır və minalardan təmizlənməsi əməliyyatı başa çatmayıb. Buna baxmayaraq, Ərdoğanın bu gün ailəsi ilə birlikdə Qarabağa gəlməsi Azərbaycan üçün etdiyi böyük jestdir. Bu gün Ərdoğanın Qarabağda olması Azərbaycan üçün həm mənəvi, həm də hərbi dəstəkdir. Və bu gün Qarabağda baş tutan bu tarixi görüşdə önəmli açıqlamalar verildi, böyük müqavilələrə imza atıldı. Yeni müqavilələr nəticəsində Türk əsgərlərinin sayının Qarabağ ərazisində artırılması, türk əsgərlərinin nəzarət məntəqələrinin yaranması və eləcə də yaxın gələcəkdə Türkiyənin Azərbaycanda hərbi bazası yaradılması məsələsinə baxılması və təməlinin qoyulması da gözlənilən idi. Bu gün Ərdoğanın Şuşaya gəlməsi Türkiyənin regionda vacib aktör olduğunu Cənubi Qafqazdakı rolunu Rusiyaya və digər dovlətlərə açıq bəyan edir”.

NATO üzvü ABŞ-ın Turkiyənin Cənubi Qafqazdakı mövqeyinə münasibətinə gəlincə, politoloq bildirdi ki, ABŞ və Türkiyə NATO-ya üzv dövlətlərdir və hərbi müttəfiqdilər. Onun sözlərinə görə, NATO-nun Zirvə toplantısında Ərdoğan və Baydenin görüşündən sonra demək olar ki, Türkiyə ilə Amerika arasındakı soyuq münasibət cüzi də olsa isinməyə başlayır:

“Bu gün Türkiyənin Qarabağa və Cənubi Qafqaz regionunda olması NATO əsgərinin və Amerikanın burada varlığı deməkdir. ABŞ hər nə qədər böyük dövlət olsa da, birbaşa Cənubi Qafqaza inteqrasiya etməsinin mümkün olmadığını bilir. Hazırkı vəziyyətdə Türkiyə ABŞ-dan yox, əksinə, ABŞ Türkiyədən asılıdır. Çünki Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi ABŞ-ın Cənubi Qafqaza inteqrasiya etməsi üçün zəmin yaradır. ABŞ-ın isə hazırkı məqsədi Rusiya və İrana qarşı Cənubi Qafqazda möhkəmlənməkdir. ABŞ hər nə qədər Gürcüstana dəstək olsa da, Gürcüstan regionda önəmli rol oynamadığı üçün ABŞ-ın Gürcüstan vasitəsilə regiona inteqrasiya etməsi mümkün deyil. ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsinə gedən yol Türkiyə ilə isti münasibətlərdən keçir. Bu səbəblə də ABŞ Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa, öncəki vəziyyətə qətirməyə çalışsa da, Bayden-Ərdoğan göruşü bir çox sualları açıb goydu. Türkiyənin ABŞ şərtlərini qəbul etməməsi bu vəziyyəti qərginlikdə saxlamaqdadır. Ona görə də problemlərin həllini iki dövlət yaxın gələcəkdə həll olunmadığı üçün çabalar vermək niyyətindədir. Bütün bunları nəzərə alsaq, bu gün Ərdoğanın Qarabağda olması və Türk əsgərinin, Türk ordusunun Azərbaycan torpaqlarında möhkəmlənməsi ABŞ siyasətinin lehinədir”.


Faniyə Yazimova

Versus.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir