’’AVRASYA HİZMET ÖDÜLLERİ” SAHİPLERİNİ BULUYOR…

İsrail, Mısır-Yunanistan-GKRK Türkiye’yi Doğu Akdeniz’den ve Kıbrıs’tan kovmak istiyor

Papa Putin rekabeti: Ukrayna Ermenistan Kazakistan sıradaki neresi

Nazarbayev’in Kararına Kıbrıs’tan bakış

Rahmonu kimlər və nə üçün qorxudur? – Tacikistanı təhdid edənlər…

Gündem 1 Şubat 2019
26

Tacikistan hakimiyyəti üçün inqilab təhlükəsi yaranıb. Strateq.az saytında xarici mətbuata istinadən dərc olunan məqalədə deyilir ki, Qərb yönümlü QHT-lər və siyasi islam hakimiyyəti narahat etməyə başlayıb.

Bu səbəbdən də hakimiyyət QHT-lərə qarşı savaş elan edib. Ötən il Tacikistanda 1718 QHT xaricdən təqribən 80 milyon dollar dəyərində maliyyə alıb. Ədliyyə naziri Rustam Şoxmurad deyib ki, qrantları əsasən, fəaliyyətlərində insan haqları və sosial sektoru əhatə edən QHT-lər alıb. Baxmayaraq ki, xarici sponsorların yardımı 2017-də 100 milyon olub. Lakin azalmaya baxmayaraq, xaricdən verilən dəstək yerli hakimiyyəti narahat edir.

Yazıda qeyd olunur ki, QHT-lərin fəaliyyətinə nəzarəti gücləndirmək üçün ölkədə mütəmadi olaraq yeni qanunlar qəbul olunur. 2016 və 2017-ci ildə qəbul olunan qanunlar QHT-lərin üzərinə, xaricdən aldıqları pullar barədə 10 gün ərzində məlumat verməsi, həmçinin aldıqları (eləcə də Tacikistanın fiziki və hüquqi şəxslərindən alınan) bütün vəsaitlər haqqında məlumat vermək öhdəliyi qoyub.

Hazırda Tacikistanda «Freedom House», «Internews Network», «Eurasia Foundation» kimi iri Qərb təşkilatları fəaliyyət göstərir. Hökumətin iddiasına görə, bir çox QHT-lərin fəaliyyəti birbaşa USAID-lə koordinasiya olunur. Bu qurum 1992-ci ildən bu yana Tacikistandakı QHT-lərə 1 milyard dollardan çox qrant ayırıb.

Yerli hakimiyyət isə ölkədə Qərb təhlükəsi, eləcə də Qərbin “rəngli inqilabları”nın gətirdiyi risklərdən çəkinir. Tacikistanda siyasi aktivlik demək olar ki, minimuma enib və indi müxalifət adına daha çox siyasi islamçıların adı hallanır. “Freedom House”un Tacikistanda insan haqlarının vəziyyətinə dair ötənilki hesabatında əsas problem kimi həm də İslam Dirçəliş Partiyası fəallarının təqib olunması göstərilirdi. Partiya liderləri dövlətin qanunlarının dini normalara uyğunlaşdırılmasını tələb edir və hakimiyyəti ənənələrdən uzaqlaşmaqda ittiham edirlər.

1997-ci ildə Tacikistan prezidenti İmaməli Rahmon İslam Dirçəliş Partiyasının lideri Səid Abdulla Nuri ilə saziş imzalayaraq, 5 illik vətəndaş müharibəsinə son qoymuşdu. Bir müddət Rahmon və adıçəkilən partiya sülh şəraitində dolandı. Lakin sonradan tərəflər arasında münaqişə təkrar başladı. 2015-ci ildən partiya ölkədə terror təşkilatı kimi tanındı, fəaliyyətinə qadağa qoyuldu. İslam Dirçəliş Partiyası bu gün hakimiyyət üçün əsas təhlükə hesab olunur. Ölkə rəhbərliyində başa düşürlər ki, təhlükə yalnız partiyanın gizli özəklərinə görə yox, inanclıların sayının artması ilə bağlıdır.

Hakimiyyət isə bütün müsəlman ölkələrində avtoritar hökumətlərin etdiyini edərək islamçı fəaliyyətləri məhdudlaşdırmağa çalışır. Məsələn, ölkədə 30 yaşdan aşağı qadınların çadra taxması qadağandır. Eləcə də orta və ali məktəblərdə başörtüyü yasaqdır. Bundan başqa 18 yaşdan kiçik gənclərin ibadətxanalara girməsi qadağandır. Dini kitabların, xüsusən də ərəb dilində kitabların ölkəyə keçirilməsi xüsusi dövlət nəzarəti altındadır. Qadağan olunmuş dini ədəbiyyat siyahısında olan kitablar ölkəyə buraxılmır. 40 yaşdan az insanların həccə getməsi qadağandır. Bundan başqa, yaşı 50-dən az olan insanların saqqal saxlaması da qadağandır.

Qeyd edək ki, Əfqanıstanla həmsərhəd olan Tacikistan dini baxımdan xeyli həssas ölkədir. Sovet-əfqan müharibəsi zamanı, xüsusən də İran inqilabından sonra Tacikistanda dini fəaliyyətlər daha da aktivləşib. Hələ SSRİ-nin son illərində artıq ölkədə bir çox məscidlər fəaliyyətə açılıb.

Yeri gəlmişkən, Tacikistan əhalisinin böyük hissəsi ənənəvi sünni-hənəfi məzhəbinə məxsusdur. Ancaq ölkədə ciddi sayda şiə-İsmaili təriqəti tərəfdarları da mövcuddur. Hətta bəzi iddialara görə hazırkı dövlət başçısı İmaməli Rahmon İsmaili təriqətindən olan ailədən çıxıb. Ancaq bu iddianı təsdiqləmək mümkün deyil. Bunun əvəzinə Tacikistandakı İsmaili camaatı sayına görə xeyli aktivdir. Bu ölkədə Orta Asiya Universiteti və başqa İsmaili təşkilatlar fəaliyyət göstərir. Hazırda dünyadakı Nizari İsmaililərin lideri 4-cü Ağa Xanın oğlu şahzadə Hüseyn Ağa Xan 2015-ci ildə Tacikistanı ziyarət edib.

Eyni zamanda Tacikistanda təsəvvüf məktəbi xeyli geniş yayılıb və dərin ənənələrə malikdir. Mövlanə Cəlaləddin Rumi irsinin ciddi təsirə malik olduğu ölkədə Nəqşibəndi təriqəti ən geniş yayılmış təsəvvüf təriqətidir.

Təbii ki, ölkədəki ənənəvi dindarlıq, eləcə də sonradan güclənən siyasi islam fikirləri islamçı təşkilatlara da təsir edib. İslam Dİrçəliş Partiyası ilə yanaşı mərkəzi Özbəkistanda yerləşən Özbəkistan İslami Dirçəliş Hərəkatı, “Hizbut Təhdir”, “Sələfiyyə”, “Camaat Təbliğ” kimi təşkilatlar mövcuddur. Bu təşkilatlar rəsmən qadağan olunub və hökumət bu qurumlara qarşı mübarizə aparır.

Tacikistan Təbliğ Camaatı mərkəzi Hindistanda olan, ötən əsrin 20-ci illərində Şeyx İlyasın rəhbərliyi ilə yaranmış qədim təşkilatın yerli özəyidir. Ancaq Tacikistan hökuməti 2007-ci ildə bu təşkilatı terror və radikalizm ittihamı ilə qapadıb.

İslami Dirçəliş Partiyası isə əsasən “İxvan əl-Muslimun” Hərəkatına bağlı siyasi islam təşkilatıdır. 2010-cu il seçkilərində partiya 8 faizdən çox səs, yəni 2 mandat qazanıb. Ancaq hökumət bu partiyanı 2015-ci ildə qapadıb. Eyni zamanda ölkədə baş verən hərbi çevrilişə dəstək verməsi ittihamı ilə partiyanın bir çox fəalları həbs olunub.

Bundan başqa, İmameli Raxmon hökuməti 2017-ci ildə İran təsirini aradan qaldırmaq üçün bu ölkədəki İran təşkilatlarını, o cümlədən İran səfirliyinə aid təhsil müəssisələrini və kitabları qadağan edib.

Göründüyü kimi, Tacikistan hakimiyyəti müsəlman ölkələrindən ciddi təhlükə hiss edir. Bir mənada İmaməli Rahmona haqq vermək olar, çünki onun əsas müxalifləri məhz islamçı qruplardır. Bunu seçkilər göstərib. Lakin eyni zamanda, 90-cı illərdə islamçıların silahlı fəaliyyətləri, o cümlədən İŞİD-ə qoşulan taciklər Rahmon üçün ciddi təhdiddir.

Yeri gəlmişkən, 2005-ci ilin yayında Tacikistan xüsusi təyinatlı polis qüvvələrinin polkovniki Gülmurod Halimov İŞİD qruplaşmasının tərəfinə keçib. Daha sonra sosial şəbəkələrdə video-müraciət yayan polkovnik Halimov tacikləri Yaxın Şərqə çağırırdı.

Həmin vaxt 40 yaşı olan polkovnik üç il idi ki, xüsusi təyinatlı dəstəyə rəhbərlik edirdi və dəfələrlə dövlət mükafatları ilə təltif olunmuşdu. G.Halimov səkkiz uşaq atasıdır. Daha sonra Halimovun İŞİD-in qurduğu “xilafət”də nazir postu tutduğu haqda xəbərlər yayıldı.

Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, İŞİD-in və xaricdəki digər terrorçu qruplaşmaların tərkibində respublikanın 400-a yaxın vətəndaşı var. Kiçik Tacikistan üçün bu heç də az rəqəm deyil. Üstəlik nəzərə almaq lazımdır ki, hazırda Əfqanıstan ərazisində silahlılar arasında çoxlu sayda taciklər də var.

Tacikistan hakimiyyətini qayğılandıran daha bir məqam isə Əfqanıstanda İŞİD təhlükəsinin sürətlə artması və ən əsası, Orta Asiyaya sızmağa çalışmasıdır. Son illərdə Əfqanıstanın şimal rayonlarında İŞİD-in toparlanması müşahidə olunur. Bir neçə il əvvəl İŞİD-in Türkmənistana sızması cəhdinin qarşısı Türkmən və Əfqan ordusu tərəfindən alınsa da, MDB Antiterror Mərkəzinin məlumatına görə, cihad hərəkatının Orta Asiyaya keçməsi üçün bütün hazırlıqlar var. Orta Asiyanın ən həssas ölkələrindən biri isə Əfqanıstanla sərhəddə yerləşən Tacikistandır. Uca dağlar, əlçatmaz qayalıqlar Tacikistanı silahlı partizan fəaliyyətləri üçün əlverişli edir. Rahmonu qorxudan da budur.

Kənan Rövşənoğlu

Yorumlar