KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Rəsmi İrəvan iki yol ayrıcında: kimin sifarişinə oynamalı?!….

Rəsmi İrəvan iki yol ayrıcında: kimin sifarişinə oynamalı?!….

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
432 0

Bu günlərdə özünü qərbyönümlü kimi təqdim edən erməni deputatlardan biri, “Elk” (“Çıxış”) siyasi blokunun üzvü Aram Sakisyan Ermənistanın üç prezidentinin üçünü də ölkəni Rusiyaya peşkəş çəkməkdə günahlandırıb. Erməni millətvəkili birinci prezident Levon Ter – Petrosyanı Rusiyaya ölkə ərazisində qonşu dövlətin hərbi baza yaratmaq üçün imkan verdiyinə qınayaraq bildirib ki, Ermənistan buna görə Rusiyadan nəinki icarə haqqı almayıb, hətta bazanın bu ərazidə yerləşməsini özü təmin edib.
İkinci prezident Robert Köçəryan dövrünə də nəzər salan millətvəkili qeyd edib ki, bu dövrdə R.Köçəryan ölkəni borcdan xilas etmək üçün milli aktivləri borc qarşılığında Rusiyaya verib. “Ermənistan öz öhdəsinə düşəni yerinə yetirdi və borcunu ödədi. Onsuz da Rusiya oyunu elə qurmuşdu ki, bunu etməmək mümkün deyildi.” – deyə A.Sarkisyan bildirib.
Hazırki prezident Serjikin lap ağ etdiyini deyən millətvəkili onun 2043 – cü ilə kimi Rusiyanın enerji nəhəngi Qazpromla müqavilə bağladığını deyib. Müqavilədə göstərilib ki, Ermənistan 2043 – cü ilə heç cür bağlanan müqaviləyə xətm verə, ya da onun şərtlərini dəyişdirə bilməz. Bu isə, öz növbəsində işğalçı siyasət apardığı üçün onsuz da çətin vəziyyətdə qalan, regionda həyata keçirilən layihələrə isə uzaqdan həsrətlə baxan Ermənistan üçün arada yaranan şansların ölü doğulması ilə nəticələnir. Millətvəkili qeyd edib ki, Sarksyanın bağladığı müqavilə üzündən Ermənistan hər il nə qədər pul itirir. Ölkənin enerji və iqtisadi siyasəti iflic olub. İrandan çəkiləcək qaz boru xətti və Araz çayının üstündə inşa ediləcək SES layihələrini realizə etmək qətiyyən mümkün deyil.
Düzdür, qərbyönümlü millətvəkili Rusiyanı o ki var tənqid edib, amma niyəsə qeyd etməyib görəsən Rusiya niyə Ermənistana belə dəstək verib və indi də özünün forpostu sayır. İndi bu ölkədə hər nə qədər Rusiya əleyhinə fikirlər səsləndirilsə də, ölkənin bütün siyasi aktivistləri dərk edir və başa düşür ki, Rusiyasız Ermənistanın yaşaması ehtimalı sıfıra bərabərdir. Ona görə də Ermənistanda arada bir qərbyönümlü siyasətçilərin səslərini qaldırıb “biz də varıq” – demələri icazəli siyasi gedişdən başqa bir şey deyil. Hər nə qədər siyasi ekspert Ruben Mehrabyan kimi ulluziya həvəskarları rəsmi Yerevanı Rusiya ilə ultimatum dili ilə danışmağa səsləsələr də, son nöqtəni sosial şəbəkələrdə Sergey Ambarcumov adlı istifadəçinin dedikləri qoyur: “Sizin danışmağımızla guya nə dəyişir ki? Sizi ora qoyublar ki, ancaq boş – boş danışıb vaxt keçirəsiniz”.
Bu istifadəçi öz səhifəsini başdan başa “Böyük Ermənistan xəritəsi” ilə dolduracaq qədər xəstə təfəkkürlü olsa belə, amma bircə şeyi anlayır ki, hazırda proses ölkənin vitse – spikeri Eduard Şarmazanovun iddiasının tam əksinə cərəyan edir. (Qeyd edək ki, Ermənistan vitse spikeri Aİ rəsmisinin İrəvana etdiyi MSK – nin tərkibinin dəyişdirilməsi ilə bağlı təklifinə sərt reaksiya göstərərək belə demişdi: “Siyasət toy deyil ki, kim çox pul verir, sifarişi də o müəyyənləşdirməlidir). Amma cənab Şarmazanov yanılır, illərdir bu ölkənin “toy”larında sifarişləri Rusiya verir.
Qaldı ki, Aİ – Ermənistan münasibətlərinə…. Necə deyərlər, ət yeyən quş dimdiyindən tora düşüb. Həm sən toya dəvətnamə göndər, həm də gələnlərə de ki, sifariş verib oynamayın… Toya gələn oynamalıdır da..
Hələ ki, Ermənistan Avrasiya İttifaqına, konkret desək Rusiyaya arxayındır. Amma vay o gündən ki, Rusiya da onun ikibaşlı oyunlarından bezib rəsmi İrəvana qapını göstərsin… O zaman ermənilərin təzədən köçməyə yerləri də qalmayacaq…
Oktay Hacımusalı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir