Kurtları seven Rus işadamı, Türklerin desteği sayesinde internetin yıldızı oldu

AVRUPA KOMİSYONU BAŞKANININ MEŞRUİYETİNİ TARTIŞABİLİRİZ… AMA ŞİMDİ DEĞİL!

ABD yeni savunma sekreter vekili Mark Esper

Esper: F 35 tam kapasite kullanılamayacak

Rəfiqə Sadıqovanın ‘Gecikmiş etiraf’ kitabı nəşr olunub

Azerbaycan 31 Ocak 2019
26

Azərbaycan ədəbiyyatının dəyərli nümayəndələrindən olan yazıçı-publisist, “Gəncənin səsi” qəzetinin Baş redaktoru Rəfiqə Sadıqovanın bu günlərdə 4-cü kitabı çapdan çıxıb. Roman, povest və hekayələrdən ibarət, “Gecikmiş etiraf” adlanan kitab həssas, duyğulu, halal zəhməti ilə ucalmağı bacaran insanların həyatından bəhs edir.

Müəllif öz ənənəsinə sadiq qalaraq bu kitabında da cəmiyyəti düşündürən, narahat edən suallara cavab axtarmağa çalışıb. Rəfiqə Sadıqova bir yazıçı kimi daim diqqəti təfərrüata, hadisələrin zahiri tərəfinə yox, qəhrəmanın daxili aləminə, psixoloji məqamlara yönəldir. Tez unudulan hadisələrdən çox, yaddaqalan xarakter yaratmağa çalışır.

Kitabda 2 roman, 2 povest və 5 hekayə yer alır. Romanlardan fərqli olaraq povest və hekayələr ilk dəfədir ki, işıq üzü görürlər.

Kitabın ön söz müəllifi millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov yazır: “Uzun illər jurnalist kimi fəaliyyət göstərərək özünə böyük oxucu auditoriyası toplayan Rəfiqə Sadıqova istedad və təcrübə ilə yanaşı, güclü hissiyyata malik “emosiyalı qələm” sahibidir”.

İnanırıq ki, əsərlərində insanları, xeyirxahlığa, mərhəmətə səsləyən Rəfiqə Sadıqovanın əvvəlki kitabları kimi “Gecikmiş etiraf”ı da geniş oxucu marağına səbəb olacaq və yazıçıya böyük sevgi qazandıracaq.

Qeyd edək ki, Rəfiqə Sadıqova 2017-ci ildə Prezident mükafatına layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyi Gəncə şəhər təşkilatının sədridir. Azırbaycan Yazıçılar Birliyinin üzvüdür, “Qızıl qələm” Həsən bəy Zərdabi, Ali Media mükafatlarına və“ Tərəqqi” medalına layiq görülüb.

Ganjanews.az saytının kollektivi dəyərli yazıçı Rəfiqə xanım Sadıqovanı bu münasibətlə təbrik edir, yaradıcılığında müvəffəqiyyətlər diləyir!

Yorumlar