Əlbəttə, Ərdoğan bu həbslər və təmizləmələr vasitəsilə əlini gücləndirəcək, ancaq Türkiyə Cumhurbaşqanı xarici siyasətdəki ambisiyalarına göz gəzdirmək məcburiyyətində qalacaq. Ərdoğan zəifləmiş ordu ilə hansı dövləti qorxu altında saxlada bilər? Ərdoğan hələ bir müddət vaxtının çoxunu daxili problemlərin həllinə yönəldəcək, xarici siyasətdə isə küsdükləri ilə barışmaq məcburiyyətində qalacaq. Ərdoğanın bundan sonra kimsəyə xaricdə barmaq silkəlməsi də problematikdir. Deyərlər ki, get hələ daxilindəki problemlərini həll et, sonra bizimlə mübahisə edərsən. Ərdoğan boyük ehtimalla Rusiya ilə də yaxınlaşacaq. Rusiya prezidenti Vladimir Putin Qərb liderlərindən fərqli olaraq yeganə lider idi ki, çevriliş sonrası Ərdoğana zəng edərək ona dəstək ifadə etdi. Moskva hətta çevriliş uğurlu olacağı halda Ərdoğana siyasi sığınacaq verəcəyini də açıqladı. Türkiyə hardan hara gəldi. İnşallah Türkiyə bu çətinlikləri də adlayıb növbəti inkişaf mərhələsinə qədəm qoyar. Bu Azərbaycana da lazımdır. Ancaq mən dostum Şahin Caferli ilə razıyam, biz öz yolumuzla getməli, dünyəviliyimizi qorumalıyıq. Elhan Şahinoğlu
Rəcəb Təyyub Ərdoğan uğursuz hərbi çevriliş
574 0
