KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Qurban Əli Purmərcan; İRAN MƏDƏNİ MÜXTƏLİFLİYİN VƏTƏNİDİR

Qurban Əli Purmərcan; İRAN MƏDƏNİ MÜXTƏLİFLİYİN VƏTƏNİDİR

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
29 1

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Mədəniyyət Mərkəzinin sədri

Qarşılıqlı anlaşma və bütün mədəniyyətlərə hörmət xalqlar arasında barışıq və sülh üçün vacib ilkin şərtlərdir.

Mədəniyyət cəmiyyətin və ya sosial qrupun fərqli emosional, intellektual, maddi və mənəvi xüsusiyyətlərinin məcmusu kimi qəbul edilməlidir. İncəsənət və ədəbiyyatla yanaşı, mədəniyyətə də həyat tərzi, birlikdə yaşam və inanclarımız daxildir. Mədəniyyətlər zamanla müxtəlif yerlərdə fərqli yollar, vasitələrlə inkişaf etmişdir. Bu müxtəlifliyin kökündə qrupların və insan cəmiyyətlərinin kimliklərinin birliyi və çoxluğu dayanır. Mübadilə, innovasiya və yaradıcılıq üçün resurs olaraq, mədəni müxtəliflik təbiət üçün biomüxtəliflik qədər faydalıdır. Beləliklə, mədəni müxtəliflik ümumi bəşəri irsdir və indiki, gələcək nəsillərin rifahı üçün təsdiq edilməlidir.

Mədəni irs və yaradıcılıq; O, mədəni ənənələrə söykənir və digər mədəniyyətlərlə təmasda çiçəklənir. Məhz buna görə də mirasın bütün formalarını qorumaq, onu yaymaq və gələcək nəsillərə bəşər təcrübəsinin qeydi və öz istəklərini ifadə etmək vasitəsi kimi ötürmək çox vacibdir. Çünki bu, yaradıcılığı bütün müxtəlifliyi ilə inkişaf etdirməyə kömək göstərir və onu stimullaşdırır.

İran qədim zamanlardan mədəni müxtəlifliyə şərait yaradan, onu formalaşdıran, yaşadan qədim bir ölkədir; bu mənada, mədəni müxtəlifliyin məkanı, vətəni sayıla bilər. İrandakı mədəni müxtəliflik, bəzi müxtəlif cəmiyyətlərdən fərqli olaraq, tarix boyu siyasi parçalanma və millətlərarası qarşıdurmaya səbəb olmayıb, həmin qruplar sülh şəraitində yaşayıblar. Hətta İran tarixinin bəzi dövrlərində bəzi etnik dəyişikliklərə baxmayaraq, baş verən hadisələr millətlərarası çəkişmə deyil, torpağı qoruyub saxlamaq, tiranlıqla qarşıdurma və hakim təbəqənin səriştəsizliyinə yönəlmiş tədbirlər olmuşdur.

İran etnik qruplarının dinc yanaşı yaşaması semantik sistemə və bütün iranlıların iranlı olmasına ortaq inancından qaynaqlanır ki, bu da onların ortaq tarixinin iki mənşəyi və vahid İslam dininin təsiri altındadır. Bu iki ünsür iranlıları öz kimlik sistemini elə müəyyənləşdirməyə vadar etdi ki, nəinki müxtəlif etnik qruplar bir-biri ilə birgə yaşayır, hətta onların etnik kimlikləri indiyədək milli kimlikləri ilə ziddiyyət təşkil etmir.

Belə möhtəşəm mədəni və tarixi keçmişə malik İran İslam Respublikası hər zaman digər xalqlarla mədəni dialoqu alqışlayır və bunu regionda, dünyada dostluq və sülhün inkişafının açarı sayır. Və hesab edir ki, etnik xalqlar arasında ixtilaf yaratmaq istəyənlər ya xəstədirlər və ya inadkar olub dünyaya nifrət yaymaq istəyirlər.

Mədəni müxtəliflik İslamın özündə də qəbul olunur. Allah-Təala yoxdan var etdiklərinin gözəlliyini və çoxluğunu göstərmək üçün insanları bir çox qəbilə, etnik və millətlərə bölmüşdür ki, yaradılışın məqsədi, mahiyyəti, aliliyi aşkarlansın, nəzərə çarpsın. Bu arada kainatın Yaradıcısı, Ulu Xaliq təqvalı və ilahi əmrlərə tabe olanlar istisna, heç bir millət və insanı digər millətdən və insandan üstün tutmur.

Hesab edirik ki, multikulturalizm mədəni müxtəliflik və insan həyatının gözəlləşdirilməsi mənasındadırsa, çox arzuolunandır və ölkələrin siyasi əsaslarının möhkəmlənməsinə, regionda sülhün və dostluğun artmasına kömək edə bilər.

Şərq ölkələri mədəni və etnik müxtəliflik, eyni zamanda dindarlıq baxımından çox irəlidədirlər və onların hamısına Qərb mədəniyyətini təhmil etmək, şübhəsiz ki, mümkün deyil, buna görə də qloballaşma məsələsində dünya səviyyəsində diqqətli olmaq lazımdır.

Biz Şərq və İslam kimliyimizi qoruyub saxlamaqla dünyanın digər mədəniyyətləri ilə qarşılıqlı əlaqə qura bilməli və bütün insanlara gözəl həyat arzulamalıyıq!

Qurban Əli Purmərcan

İran İslam Respublikasının Azərbaycan
Respublikasındakı Səfirliyi Mədəniyyət
Mərkəzinin sədri

İlgili Yazılar

1 Yorum

  1. Emir Mutlu Top - -

    ABD’nin İran’a yönelik silah ambargosunun uzatılması için baskı yapmaya çalışacağına

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.