KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Qloballaşma prosesi VƏ miqrasiya problemi

Qloballaşma prosesi VƏ miqrasiya problemi

Kafkassam Editör Kafkassam Editör - - 13 dk okuma süresi
428 0

1990-cı illərdə dünyada baş verən iqtisadi və siyasi dəyişikliklərdən ən vacibi Sovet İttifaqının (SSRİ) dağılması hərəkatı idi. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə bərabər bölgədə və dünyada yeni bir proses başladı. Qloballaşma mövzusu son illər ərzində intellektual diskussiya meydanında aktuallığına görə əsas mövzudur. Bu, sadəcə gələcəyin nəzəri modeli haqqında diskussiyalar deyil, bütün dünyanı əhatə edən sivilizasiya prosesinin analizinə cəhdlərdir. Qloballaşma prosesi obyektivdir. SSRİ dağıldıqdan sonra biz bu planetar layihəyə qoşulmuş və tarixi zərurətin çağırışı ilə, qloballaşmanın obyektləri sırasına daxil olmuşuq. Bütün tarix boyu bu və ya digər universal fikri bütün dünyaya yaymaq cəhdləri olub. Yeganə həqiqəti bütün dünyaya yaymaq təkəbbürü ilə müxtəlif imperiyaların, dini ekspansiyaların və totalitar siyasi rejimlərin meydana gəlməsi buna sübutdur. Müasir anlamda qloballaşma mənasını ifadə edən proses yeni hadisə sayıla bilməz. Lakin, yalnız SSRİ və onun qurduğu sosialist ölkələri bloku dağıldıqdan sonra II minilliyin sonunda real qloballaşma mümkün olmuşdur. Hazırki zamanda iqtisadi qloballaşma tərəfdarları hər il Ümumdünya Davos Forumunda görüşürlər. Görüşlərdə işgüzar dairələrin və siyasi elitanın nümayəndələri iştirak edir. Elə buna görə də çox vaxt qlobalistləri “Davos adamları” adlandırırlar. Bundan başqa, işgüzar Avropa elitası üçün Zaltsburq Forumu təşkil edilir. Bu forumların keçirilməsi çox vaxt antiqlobalistlərin kütləvi etirazları ilə müşahidə olunurSon illərdə dünyadakı siyasi qeyri-sabitlik, bir çox bölgədə, xüsusən də Orta Şərqdə qarışıqlıq və silahlı qarşıdurmalar təhlükəsizlik problemləri yaratmağa başladı. Qloballaşma prosesində dövlət idarəçiliyindəki yeni paradiqmalar dövlət idarəçiliyi sisteminin də dəyişməsinə səbəb olmuşdur. Dövlət idarəçiliyində əsas olaraq Yerli özünüidarəetmə, Ortaq İdarəçilik (governance), Qloballaşma təhlükəsizlik problemlərinin qloballaşması ilə müşayiət olunur və yalnız beynəlxalq təhlükəsizlik problemləri olan dövlətlər mübarizə aparmaq fürsətini aradan qaldırdı. Bunun ən vacib nəticəsi, demək olar ki, hər sahədə dövlətlərin bir-birlərindən asılı olmaları oldu. Təhlükəsizlik beynəlxalq münasibətlər sisteminin əsas anlayışlarından biridir. Təhlükəsizlik mövzusunda yarandığı gündən bəri bu sahədə bir çox tədqiqatlar aparılmışdır. Ancaq təhlükəsizlik anlayışı nədir olduğu və bu mövzuda müzakirələrin hələ də davam edir. Bundan əlavə, dinamik bir sahə olan beynəlxalq münasibətlərdə anlayışlar şərtlərə uyğun olaraq dəyişir və / və ya transfarmasiya prosesinə məruz qalır. Hətta ən güclü olduğu düşünülən bir güc beynəlxalq təhlükəsizlik problemlərində digər güclərin köməyinə ehtiyacı var.
Bu mürəkkəb və bir mənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür.Qloballaşma dövlətlərin sabit inkişafının,bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına,iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına,xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. Sözsüz ki,beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi,dəyişikliklərin təkamül xarakteri,qarşılıqlı etimad və ümum-bəşəri dəyərlərə sədaqətlə yanaşı hər bir ölkənin səciyyəvi milli cəhətlərinin də nəzərə alınması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır.
Qloballaşmaya müxtəlif yanaşmalar mövcuddur.Qloballaşmaya neqativ yanaşan bəzi alimlər belə hesab edir ki,o milli mədəniyyəti məhv edir,dövlətin müstəqilliyini inkar edir,cəmiyyətə yad olan istehsal standartlarını zorla yeridir və s.Başqa bir qisim isə qloballaşmanı sivilizasiyaların toqquşması və sivilizasiyaların müharibəsi kimi qəbul edir.Onların fikrincə qloballaşmaya münasibət bütün dünyanı qlobalistlərə və antiqlobalistlərə ayırır ki,bu da qloballaşmanın önündə gedən Amerika Birləşmiş Ştatlarına düşmənləri ilə mübarizədə hegemonluğunu qoruyub saxlamağa imkan verir.Buna baxmayaraq,qloballaşma dünyadakı siyasi proseslərə,beynəlxalq münasibətlərə və hətta etika və mənəviyyata da təsir edir.Lakin qloballaşmanın xalqlara tam olaraq nə verə biləcəyi böyük bir sirr olaraq qalır.Bu gün qloballaşma insanların,xüsusi ilə də elitanın şüurunu və davranışını həqiqətən dəyişir .Burada da nümunə götürmək mümkündür.İnkişaf etmiş güclü dövlətlərin dayatdıqları siyasətlərdən çox onların inkişaf etmələrinə kömək edən siyasətlərin nələrdən ibarət olduğunu,ölkələrin inkişaf xətlərini zamanı,məkanı və ölkənin vəziyyətini nəzərə alaraq analiz etmək və inkişaf prosesində həyata keçirmək daha məqsədəuygun olar. Ancaq bu o demək deyil ki,inkişaf etmiş ölkələri geridən təqib etmək lazımdır. Qloballaşmanın gətirdiyi bəlkə də ən önəmli dəyəri: elmi-informasiyanı asan və ucuz əldə etmək,ölkəyə və cəmiyyətə faydalı olanlarını işləyib müxtəlif sahələrdə tədbiq etmək və nəhayət ən sonunda bu dəyərləri istehsal etmək, yaratmaq günümüzdə inkişafın əsil göstəricisi sayılmaqdadır.
Qloballaşma sadəcə xarici,obyektiv fenomen,təslim olunması ya da laqeyd qalınması mümkün olan bir durum deyildi .
İstər qlobal, istər regional və istərsə də milli ölçülərdə, siyasi, ictimai, diplomatik, iqtisadi, sosial-mədəni dəyişikliklər olmaqdadır. Cəmiyyətlərə və cəmiyyətlər arasında əlaqələrə köklü təsir göstərən bu inkişafa meyl ölkələrin siyasətinə də təsir göstərir. Bu dəyişmə və çevrilmələr, ölkələrin daxili tarazlıqlarına təsir edərək istiqamətləndirdiyi kimi ölkələr arasındakı əlaqələrə də birbaşa təsir edir.
Hökumət və onun strukturları baxımından bu dəyişməyə paralel olaraq, daxili və xarici dinamiklərin yaxşı idarə olunması, ölkələrin sahib olduqları “milli güc ünsürləri” nın millətlərin rifahına, daxili və xarici sülhə, milli təhlükəsizliyinə xidmət göstərəcək şəkildə istifadə edilməsi, informasyaya söykənən idarəetmə anlayışını ön plana çıxartmışdır. Qloballaşma nədir?
Müstəmləkəçilikdir (Martin Khor,Malayziya)
……Bütün dünyada iqIsadiyyatların və cəmiyyətlərin genişlənən inteqrasiyasıdır (Dünya Bankı)
Dünya insanlarının vahid dünya cəmiyyəinə, qlobal cəmiyyətə inkorporasiya edildiyi bütün proseslərin məcmuusudur (Martn Albrow)
Dünyanın, ideyaların və məhsulların hər yerdə və eyni zamanda əlçatan olduğu qlobal şoppinq mərkəzinə çevrilməsidir (Rozabet Kanter)
Son dövrdə dünyada baş verən ictimai-iqtisadi və siyasi dəyişikliklər, geosiyasi güc mərkəzləri arasındakı qarşıdurmalar nəticəsində yaranmış və qlobal gündəmi narahat edən miqrasiya böhranı, eləcə də, onun doğurduğu humanitar fəlakət və II Dünya müharibəsindən sonra ilk dəfə rekord həddə çatan milyonlarla qaçqın axını hazırda ən kəskin problem kimi ön plana keçmişdir.
Yeni dünya düzəninin diktə etdiyi obyektiv gerçəkliklər fonunda qloballaşma prosesi bütün mütərəqqi cəhətləri ilə yanaşı, miqrasiyanın da çevik mexanizmlər əsasında idarə olunmasını aktual məsələlərdən birinə çevirmişdir. Bu gün miqrasiya proseslərinin düzgün şəkildə idarə olunması və bu proseslərin ölkənin iqtisadi maraqlarına uyğun tənzimlənməsi üçün müvafiq miqrasiya siyasətinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Dünya ölkələri arasında iqtisadi-siyasi əlaqələrin gücləndiyi, qlobal iqtisadiyyatın inkişaf dinamikasında mühüm rol oynayan ölkələr arasında insan axınlarının vüsət aldığı bir dövrdə miqrasiya və onun idarəolunması aktual məsələyə çevrilmişdir. Bu gün miqrasiya proseslərinin düzgün şəkildə idarəolunması və bu proseslərin ölkənin milli maraqlarına uyğun olaraq tənzimlənməsi, milli təhlükəsizliyinin təmin edilməsi üçün məqsədyönlü miqrasiya siyasətinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
XX əsrin sonları–XXI əsrin əvvəlləri “Miqrasiya erası” adlandırılır. Bu gün beynəlxalq miqrasiya dinamik inkişaf edən genişmiqyaslı bir qlobal prosesdir. Ayrı-ayrı şəxslərin və bütünlüklə cəmiyyətlərin miqrasiyası sivilizasiyanın inkişafının mühüm xarakterik xüsusiyyətidir. Bu proses əvvəlki insan cəmiyyətlərinin yeni keyfiyyət və yeni simasını formalaşdıraraq yenilərini yaradır. Əhalinin miqrasiyası hər zaman dövlətlərin yaranması, dağılması və transformasiyası prosesində əhəmiyyətli rol oynamışdır. İqtisadi şəraitdəki dəyişikliklər, siyasi mübarizələr və zorakılıq yönümlü qarşıdurmalar çərçivəsində yeni miqrasiya meylləri ortaya çıxa bilməkdədir. Qlobal miqrasiya meyllərinin ümumi başlıqları 1. Miqrasiyanın qloballaşması: Son zamanlarda getdikcə daha çox ölkə beynəlxalq miqrasiya meyllərindən təsirlənir. Miqrasiya ölkələr, fərqli sosial, iqtisadi, mədəni və siyasi mənşəli miqrasiyan problemləri ilə üzləşir.2. Miqrasiyanın sürətlənməsi: Beynəlxalq miqrasiya hərəkatları artır. 3.Miqrasiyanın fərqliliyi: Əmək miqrasiyası, qaçqın və ya daimi məskunlaşma yönümlü miqrasiya miqrasiyanı şaxələndirir. 4 . Qadınlar miqrantların əhəmiyyətli hissəsini təşkil edir
XX əsr ərzində miqrasiya axınlarının intensiv genişlənməsi müşahidə edilmiş, XXI əsrdən başlayaraq isə miqrasiya fenomeni bütün qlobal dəyişikliklərin əsas faktorlarından birinə çevrilmişdir. Müasir dövrdə əhalinin miqrasiyası qlobal xarakter almış və eyni zamanda o qlobalizasiyanın əsas göstəricisinə çevrilmişdir. Miqrasiyanın nəticələri müxtəllif sferalarda: siyasi, sosial, iqtisadi, mədəni-psixoloji və digər sferalarda özünü göstərir. Son dövrlər miqrasiya tək fərdlərin, cəmiyyətlərin və dövlətin təhlükəsizliyinə deyil, hətta geniş xarakter alaraq regional və qlobal təhlükəsizliyə təhdid təşkil edir. Miqrasiya problemi dünya ictimaiyyətini narahat edən bir məsələyə çevrilmişdir. Miqrasiya və onun tənzimlənməsi problemi dünyada ciddi siyasi diskusiya mövzusuna çevrilərək onun dərindən və hərtərəfli öyrənilməsi zərurətini aktuallaşdırmışdır.
Dövlətlər baxımından, regional və qlobal mənada fəal, aktiv və müəyyənedici bir güc olmanın ən əsas şərtlərindən biri, milli güc ünsürlərinin yaxşı analiz edilməsi və onların düzgün idarə olunmasıdır. Bu isə regional və qlobal dəyişikliklərə paralel olaraq güc ünsürlərinin yaxşı analiz edilməsinə və dinamik proseslərdə idarə olunmasıyla sıx bağlıdır. Qloballaşmanın yaratdığı imkan və fürsətlərdən millətin və dövlətin uzun müddətlə inkişaf strategiyalarına uyğun olaraq istifadə etmək lazımdır.

Murtəza HƏSƏNOV

Azərbaycan Respublikas Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu
kadr siyasəti kafedrasının dosenti, s.e.f.d

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir