KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Qazaxıstan əsgərləri azərbaycanlılara niyə atəş açıb? – GİZLİ MƏQAMLAR..

Qazaxıstan əsgərləri azərbaycanlılara niyə atəş açıb? – GİZLİ MƏQAMLAR..

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
432 0

Xəzər dənizinin Azərbaycanla Qazaxstan sərhəddində baş vermiş silahlı insident nəticəsində azərbaycanlı balıqçı öldürüldü, Bakı qarşı tərəfə hadisəylə bağlı nota verdi. Siyasətçilər məsələni müxtəlif istiqamətlərdə şərh etdilər. Şərhlər əsasən Qazaxıstanın hazırki prezidentinin Azərbaycana olan münasibətini dəyişməsi yönündədir. Tokayevin rusların və ermənilərin dilinə aldanaraq Türkiyəyə və Azərbaycana qarşı çıxdığı fikirləri irəli sürüldü.

Kazakhstan President Tokaev: We do not call what happened in …

Məsələni Redaktor.az-a şərh edən “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin analitiki Nazim Cəfərsoy bildirib ki, bu cür məsələlərə həssas yanaşmaq lazımdır:

“Balıqçılarla bağlı baş verən hadisə həm insani cəhətdən, həm də iki dövlət arasında münasibətlərin gərginləşməsi baxımından yaxşı hal hesab olunmur. Lakin ən yaxın dövlətlər arasında zaman-zaman anlaşılmazlıqlar olur, sərhəd gərginlikləri yaşanır. Bu cür məsələlər vaxtilə İranla, qismən Rusiya və Türkmənistanla da yaşanıb. Hətta Türkmənistanla daha ciddi problemlər var idi, lakin bu problemləri həll etmişik və bu gün Azərbaycan-Türkmənistan münasibətləri daha yaxşı səviyyədədir. Düşünürəm ki, yaşanmış problem münasibətlərin ümumi mənzərəsinə xələl gətirməyəcək. Azərbaycan və Qazaxıstan son dövrlər çox ciddi münasibətlər içərisindədirlər. Yəqin ki, münasibətlərdə problemlərin yaranmasında maraqlı olan qüvvələr var. Bunlar yalan informasiyalar da ortaya çıxara bilər, xoş məramla söylənmiş fikiri başqa cür gündəmə gətirərək, suları bulandırmağa da səy göstərə bilərlər. Odur ki, bu cür məsələlərə həssas yanaşmaqda fayda var”.

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Показатели …

Politoloq qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətləri regional, qlobal, tarixi köklər əsasında formalaşır:

“Düşünürəm ki, Qazaxıstanın mövcud prezidenti xarici siyasət, diplomatiya sahəsindən gəldiyi üçün, münasibətlərin siyasi aspektlərini yaxşı bilir. Həmçinin, münasibətlərin daha da yaxşı formalaşmasında mühüm rol oynayan şəxslərdən biridir. Əhəmiyyətli məqam kimi qeyd etmək olar ki, bu gün Qazaxıstanın strateji qərarvermə proseslərində Təhlükəszilik Şurasının katibi kimi Nazarbayevin təsiri davam etməkdədir. Bütün bunları nəzərə alsaq, Qazaxıstanla Azərbaycan arasında olan münasibətlərdə hər hansı bir problem görünmür. Sadəcə zaman-zaman qlobal, regional, ikili münasibətlər, mühitdə qurulan balans çərçivəsində müəyyən həmlələr gerçəkləşdirilə bilir. Lakin bu münasibətlərin ümumi səviyyəsinə mənfi təsir göstərə bilməyəcək”.

Siyasət: Qazaxıstan Azərbaycan nümunəsindən istifadə etdi …

Politoloq iki ölkə arasında formalaşan münasibətlərin əhəmiyyətli istiqamətlərindən də söz açıb:

“Azərbaycan-Qazaxıstan münasibətləri qlobal, regional və ikili münasibətlər şəkilində formalaşıb. Regional münasibətlər kontekstində Azərbaycan Qazaxıstanın qərb istiqamətində alternativ yollarından biri kimi əhəmiyyətlidir. Qazaxıstan neft və qaz ehtiyyatları ilə zəngin olduğundan, bu məsələ Rusiya və Çin bazarına alternativ kimi, qərb bazarına çıxış məsələsində əhəmiyyət daşıyır. Azərbaycan həmçinin Qazaxıstanın Türkiyəyə keçid yoludur. Eləcə də Qazaxıstan, Asiya ölkələrinə və Asiya bazarlarına çıxış məsələlərində Azərbaycan üçün əhəmiyyətlidir”.

Sevda Ulutau / Redaktor.az

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir