ABŞ-İran münasibətlərində sui-qəsd səbəbiylə yaşanan novbəti gərginlik ilə rəsmi Vaşinqton, rəsmi Tək Əviv və rəsmi Tehranın bu prosesdə Azərbaycanı öz yanında istəmə arzuları daha da şiddətlənəcək. Nəzərə alaq ki, hazırda Azərbaycan daxili siyasətindəki kecid prosesi və bunun növbəti nümunəsi kimi parlament seçkiləri də ölkədə daxili vəziyyəti daha da həssaslasdirmaqda və xarici amillərə də bəzi manevra imkanları verməkdədir.
Bu mənada Vaşinqton, Tel Əviv və Tehran mövcud həssas vəziyyəti rəsmi Bakını öz tərəflərinə çəkmək, ən azından mövcud vəziyyətdə özlərinə ən çox sərf edən movqedə tutmaq üçün üçün təzyiq vəya təşviq motivli müəyyən xarici və daxili həmlələr edə bilərlər. Məsələn, dünya mətbuatında Azərbaycandaki siyasi vəziyyətin anti-demokratik mənzərəsi haqqında daha çox yazı gündəmə gələ bilər. Yada ABŞ-Ermənistan vəya İsrail-Ermənistan münasibətlərinin inkişaf etdirilməsinə dair yazı və xəbərlər arta bilər. Ya da İranın Ermənistana dəstəyi və Güney Azərbaycanda etdikləri daha çox yer ala bilər. ABŞ rəsmiləri daha gur səslə Azərbaycandaki parlament seçkilərindəki siyasi mənzərədən narahat olduqlarını dilə gətirə bilərlər. Hetta bu aktyorların parlamentdə onların tezislərini daha çox səsləndirən şəxslərin olmasındakı maraq və fəallıqları arta bilər. Bunun mənası Azərbaycanda həm Qərb, həm də müəyyən mənada İran həsasiyyətləri olanların parlamentdə yer alma prosesinin asanlasmasi ola bilər.
Eyni şəkildə İran tərəfindən də rəsmi Tehranın Cənubi Azərbaycana və ümumilikdə Türklərə və Azərbaycana verdiyi önəm daha çox qabardila bilər. Bundan əlavə İranın Qarabağ mövzusunda nə qədər kömək etdiyi barədə yeni faktlar yayınlanan bilər. Yenə bu çərçivədə rəsmi Tehrandan Qarabağın Azərbaycana ait olduğuna dair bəzi rəsmi mesajlar verə bilər. Yene, bəzi İran rəsmiləri və dini şəxsləri İranla yaxın əlaqələri olanlara dair həsasiyyətlərini (məsələn Azərbaycanda dindarlara təzyiq var) vurğulaya bilərlər.
Bütün bunların Azərbaycan mətbuatı və sosyal mediaya yansımasıni müxtəlif formada görə biləcəyik.
Ümumilikdə, Azərbaycan ilə ABŞ, İsrail və İran arasında rəsmi görüş və səfərlərin artmasını gözləniləndir.
Rəsmi Bakı bu həmlələri bir yandan ölkədə daxilində sərt və yumşaq motivli müəyyən siyasi və təhlükəsizlik addımları ataraq, digər yandan da Rusiya, Türkiyə və Avropa Birliyi kimi xarici aktyorlarla İran konteksli müzakirələri artıraraq tarazlamaga çalışacaq.
Dr Nazim Cafersoy