KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Qarabağı Rusiyaya kim verib?

Qarabağı Rusiyaya kim verib?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
288 0

Rusiya prezidenti Vladimir Putin dünən Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişellə Qarabağı müzakirə edib. Rusiya Xarici İşlər naziri Lavrov da boş dayanmayıb. O da Almaniya və Fransa Xarici İşlər nazirlərilə Qarabağı müzakirə edib. Daha əvvəllər də Putin Fransa və Türkiyə prezidentlərilə, Lavrov isə İranın Xarici İşlər naziri Zəriflə Qarabağı dəfələrlə müzakirə etmişdi. Putin hətta Ermənistanda müxalifət lideri (keçmiş prezident) Köçəryana da zəng edib, onunla da Qarabağ münaqişəsini müzakirə edib. Putin elə təkcə Rusiya Təhlükəsizlik Şurasında Qarabağı 8 dəfə müzakirəyə çıxarıb. Bunun da üstünə gəlin Rusiya “sülhməramlılarının” özlərini sülhməramlı yox, Qarabağda külli ixtiyar sahibi kimi aparmasını. Rusiyanın özünü Qarabağın faktiki sahibi kimi aparması, Qarabağın taleyini bizim iştirakımız belə olmadan bütün dünya ilə müzakirə etməsi şəxsən mənim heysiyyatıma toxunur. Özümü təhqir olunmuş hiss edirəm. Hiss edirəm ki, indi Qarabağ daha güclü qüvvənin işğalındadır.
Əziz həmvətənlər, bəs siz bu məlumatları oxuyanda nə hiss edirsiniz? İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Qarabağ problemi həll olunub” sözlərilə Rusiyanın Qarabağ üzərindəki hegemonluğu arasındakı ziddiyyəti görürsünüz, yoxsa eyforiya hələ də davam edir?
Heç özünüzə sual verirsinizmi ki, Qarabağın sahibi kimi davranmaq hüququnu Rusiyaya kim verdi?

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir