Astana görüşmeleri karşılıklı suçlamalarla başladı

Erməni Aktivist Bakıya Gəldi

İsa Qəmbər: Rusiyanın gətirdiyi sülh uzunmüddətli mina deməkdir

ABŞ-ın yeni kürd dövləti planı: Raqqa paytaxt olacaq

Qarabağda müharibə deyil, diplomatiyanın hərəkətə keçməsi lazımdr

Azerbaycan, Ermenistan 15 Haziran 2017
870

“Qarabağda müharibə deyil, diplomatiyanın hərəkətə keçməsi lazımdr”.

Bunu versus.az-a Türkiyə prezidenti R.T.Ərdoğanın “Minsk Qrupu Qarabağ problemində acizdir” ifadəsində hansı məqamlara işarə olunması ilə bağlı məsələyə münasibət bildirən Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Hasan Oqtay bildirib.

Ekspert hesab edir ki, Qətər və İran arasında yaranmış gərgin vəziyyət dünyanın diqqətini Yaxın Şərqin Cənubi Qafqaz regionuna çevrə bilər.

“Yaxın Şərqdəki münaqişənin dünya müharibəsinə çevrilmə ehtimalı böyük olduğu üçün bu təhlükəni sovuşturmaq və diqqəti başqa tərəfə çəkmək üçün fərqli bir coğrafiyada orta səviyyəli müharibə yaratmaq istəkləri sezilir. Bunun işartıları Minsk Qrupunun yaydığı bəyanatda da görünür”. Ekspert bu mənada R.T.Ərdoğanın “bu münaqişənin nəhayətdə sona çatdırılmasında böyük fayda var”- deməsini təsadüfi hesab etmir.

H.Oqtay bildirib ki, Ərdoğan bu günə qədər ATƏT-in Minsk qrupunun uğurlu fəaliyyət yürütmədiyini, amma onun öz üstünə düşəni etməli olduğunu söyləməklə, yaxın zamanlarda bölgədə yarana biləcək münaqişənin qarşısına keçmək üçün regionda güclü diplomatiyanın hərəkətə keçməsinin gərəkli olmasına işarə edib. “Bu gün Qarabağda müharibə deyil, diplomatiyanın hərəkətə keçməsi lazımdr” – H.Oqtay bildirb.

versus.az

Yorumlar