KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Qarabağ münaqişəsi Ermənistan üçün daha ağır yükə çevrilir

Qarabağ münaqişəsi Ermənistan üçün daha ağır yükə çevrilir

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
455 0

Qarabağ münaqişəsi Ermənistan üçün daha ağır yükə çevrilir

Hasan Oktay: “Ermənistan dövlət quruluşundakı dəyişiklik ölkənin daxili və xarici siyasətinə təsir edəcək”

İlqar Vəlizadə: “Ermənistan daxilində parçalanma sürətlənəcək”

Xəbər verildiyi kimi, Ermənistanda bazar günü keçirilən konstitusiya dəyişikliyi üzrə saxtalaşdırılmış referendumun ilkin nəticələrinə görə, prezident Serj Sarkisyan hakimiyyəti tərəfindən baş qanunla bağlı təqdim edilən layihə qəbul olunub. Artıq prezident ümumxalq səsverməsi ilə seçilməyəcək. Onu parlament deputatlarından və yerli idarəetmə orqanlarından təşkil edilmiş xüsusi qrup seçəcək. Ancaq açıqca görünən odur ki, refendum Ermənistanın inkişafına yox, mövcud iqtidarın hakimiyyətdə qalmasına hesabalanıb.
Dəyişiklik İrəvanda yeni qarşıdurmanın əsasını qoyub. Keçrilmiş refendumla əlaqədar artıq Ermənistan müxalifəti mitinqlərə başlayıb. Müxalifət faktlarla iddia edir ki, sosioloji sorğuların nəticələrinə görə, əhalinin 95 faizi konstitusiya islahatlarının əleyhinədir. Yaxın 3 gün ərzində Ermənistan müxalifəti “Azadlıq” meydanında toplaşaraq mitinqlərini davam etdirəcəklərini bəyan ediblər. Seçkilərin qeyri-demokratik keçdiyini yalnız müxalifət demir. “Asparez” Jurnalistlər Klubunun sədri Levon Barseqyan Gümrüdə səsvermənin nəticələrinin “lehinə” dəyişdirilməsinə göz yumması üçün müşahidəçiyə 500 dollar təklif edildiyini deyib. Bundan başqa, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərdən ibarət nümayəndə heyətinin bəyanatında göstərilir ki, Ermənistanda keçirilən konstitusiya referendumunda nisbətən aşağı seçici fəallığının olması bu referendumun vətəndaşların ehtiyaclarıyla yox, siyasi maraqlarla şərtləndiyini sübut edir.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay bildirir ki, Ermənistanda referendumun nəticələrinə görə, parlament və baş nazirin səlahiyyətləri artırılacaq: “Ermənistan önümüzdəki illərdə islahatlarla yeni bir dövlət quruluşuna keçmənin mübarizəsini verərkən ciddi mənada çətinliklərlə qarşı-qarşıya qalacaq. Müxalifət bu keçidin sağlam olmadığını söyləyir. Bu ifadələrdən də aydın görünür ki, Ermənistan parlementində bezdirici müxalifət hərəkətləri çoxalacaq. Ermənistan dövlət quruluşundakı dəyişikliyin sancılı olması Ermənistan daxili və xarici siyasətinə da təsir edəcək”.
Politoloq əlavə etdi ki, Qarabağ məsələsini bu döyüşün kölgəsində qiymətləndirdiyimizdə o, Ermənistan üçün həll edilməsi, hüquqi statusa qovuşması lazım olan bir məsələdir: «Qarabağ münaqişəsi Ermənistan üçün ağr bir yükdür. Hər il Ermənistan iqtisadiyyatına mənfi təsir edir. Qarabağda savaşmamaq üçün hər il yüzlərlə gənc ölkə xaricinə çıxır. Xalq hər bir mühitdə Qarabağın kasıblaşmanın ən ən böyük səbəbi olduğunu ifadə edir. Vəziyyət belə olunca yeni islahatlar edərək sistem dəyişikliyinə getməyə çalışan Ermənistanda Qarabağ ilə əlaqədar bir hüquqi həll axtarışı da olacaq. BMT qərarları istiqamətində diplomatik təşəbbüslərlə Ermənistan və Azərbaycan Qarabağ məsələsinə bir həll tapa bilərlər. Qarabağda yaranacaq qarşıdurma isə regional tarazlıqları dəyişə bilər. Hətta bunun Üçüncü Dünya Müharibəsinə qədər aparması mümkündür”.
Politoloq İlqar Vəlizadə də Ermənistanda refendumun keçirilməsini mövcud iqtidarın hakimiyyətdə qalmasına hesablandığını deyir: “Çünki, parlament seçkilərində hakim partiyanın rəqibləri yoxdur. Asanlıqla parlament seçkilərində qalib gələ bilərlər. Bu da onlara imkan verəcək ki, hakimiyyətdə yenə də hazırkı iqtidar qalsın.
Beləliklə, mövcud Qarabağ klanı növbəti illərdə də hakimiyyətə tam nəzarət edə bilər. Bu planlar haqqında Ermənistan müxalifəti də xəbərsiz deyil. Ona görə də mitinqlərini davam etdirirlər. Ancaq bu plan ölkəni parçalanmaya sürükləyir. Nəzərə almaq lazımdır ki, refendumda əhalinin üçdə bir hissəsi iştirak edib. Bu da çox güman ki, saxtalaşma yolu ilə həyata keçirilib. Çünki, onlarda saxta seçkilər adi hal alıb. Müxalifət də cəmiyyətin passivliyini əsas götürərək seçkilərin qeyri-demokratik keçdiyini deyir. Bunlar çalışırlar ki, mitinqlərlə dünyanın diqqətini ora cəlb etsinlər. Amma bu aksiyalarla nəyəsə nail ola bilməyəcəklər. Çünki, onların mövqeləri, maddi, sosial bazaları zəifdir. Eyni zamanda Ermənistan daxilində parçalanma sürətlənəcək. Parlament seçkilərində qarşıdurma daha ciddi forma ala bilər. Amma iqtidarın süqutu görünmür.
Keçmiş hadisələrə nəzər salanda Ermənistanda müxalifət zəiflədiyini sezmək çətin deyil. Orada dinc üsullarla mübarizədə qalib gəlmək əmsalı aşağıdır. Xaricdən ciddi dəstək olmasa, hakimiyyət dəyişməyəcək. Çox güman ki, müxalifət hazırki hadisələrdən nəticə çıxaracaq. Daha ciddi addımlar atmasa, xarici qüvvələri bu məsələlərə cəlb etmsələr, hakimiyyət güclənəcək, müxalifət isə daha da zəifləyəcək”.

Mübariz BAYRAMOV

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir