KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. “Qarabağ müharibəsi regional miqyasdan kənara çıxa bilər”

“Qarabağ müharibəsi regional miqyasdan kənara çıxa bilər”

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
555 0

Son zamanlar Rusiya-Türkiyə yaxınlaşması nəinki regionda, Yaxın və Orta Şərqdə siyasi vəziyyəti dəyişdirməkdədir. Yaxın Şərqdə gedən proseslərə Türkiyənin regional aktor və NATO üzvü kimi münasibəti və sərgilədiyi mövqe önəm daşıyır. Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması iki ölkə münasibətlərində Yaxın Şərqdəki olaylara fərqli yanaşmadan irəli gələn soyuqluğun gərginliyə çevrilməsinə səbəb olub…

Kafkassam Strateji Araşdırmalar Mərkəzinin başqanı Hasan Oktay Avrasiya.net-ə verdiyi müsahibəsində regionda gedən proseslərə aydınlıq gətirib.

-Rusiya-Türkiyə yaxınlaşmasının bölgədəki siyasi proseslərə necə bir təsiri ola bilər? Bu yaxınlaşma Qarabağ probleminin həllinə kömək göztərərmi?
-Rusiya Türkiyə yaxınlaşması sadəcə Suriya mövzusunda deyil, xüsusilə Yaxın Şərqdə böyük dəyişiklik edəcək. Suriya mövzusunda başlayan strateji əməkdaşlıq digər sahə və məsələlərə də sirayət edəcək, daha geniş diametrli coğrafiyanı təsir alıtına salacaq. Rusiya-Türkiyə əməkdaşlığı təkcə bölgədə əhəmiyyətli sayılmayacaq, dünya səviyyəsindəki siyasi mühitə təsir edəcək. Qarabağ problemi regional bir problem olmasına baxmayaraq, artıq bəzi supergüclərin müdaxiləsi nəticəsində beynəlxalq səviyyədə həllini tapacaq bir problemə çevrilib. Çox təssüflər olsun ki, hadisələrin bu tərzdə cərəyan etməsi nəticəsində Qarabaq münaqişəsinin həllində bir irəliləyiş müşahidə olunmadı. Avropa Birliyi Qarabağ mövzusundakı çözümsüzlük mövqeyinin cəzasını Ukrayna mövzusunda ağır bir şəkildə ödəyir. İndiki halda Türkiyə və Rusiya bölgədəki problemləri birlikdə həll edə biləcək təşəbbüsü ələ alacaq. Ermənistan və Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunu öz aralarında müzakirə edə biləcəklər. Nəticədə tərəflər – Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan sülhün Qarabağda hakim olmasına nail ola bilərlər. Əslində Qarabağ Rusiya-Türkiyə əlaqələri baxımından son dərəcə kritik bir mövqedədir. Ya sülh, ya da müharibə. Savaş regional miqyasdan kənara çıxa bilər, həm Rusiya, həm də Türkiyə, hətta İran da təsir edə bilər.
-Türkiyənin Rusiyaya yaxınlaşması ABŞ-Türkiyə əlaqələrinə təsir edərmi?
– Bu gün Türkiyə-ABŞ münasibətləri 2015-ci il 24 noyabrda Suriya-Türkiyə sərhəddində rus təyyarəsinin vurulması hadisəsindən sonra yaranmış rus-türk münasibətlərinə bənzəyir. ABŞ Rusiya-Türkiyə yaxınlaşmasından narahatdır, xüsusən Suriya məsələsinin çözümündə hər iki dövlətin birgə fəaliyyətindən. İyun ayında İsrail baş nazirinin Moskva səfəri ilə başlayan Rusiya-Türkiyə-İsrail yaxınlaşmasından ABŞ son dərəcə narahat oldu və 15 iyulda Türkiyədəki hərbi üsyana qismən dəstək verdi. Türkiyə və Rusiya belə bir vəziyyətdə ABŞ-da prezident seçkilərində Donald Trampı arzuladılar. Əgər seçkilərdə Hilari Klinton qalib gəlsəydi, Türkiyə və Rusiyanı daha ağır şərtlər gözləyərdi. Amma hələ də təhlükə keçmiş deyil.
-Donald Tramp prezident kimi dünyanın siyasi mühitini dəyişdirə biləcəkmi?
– Tramp ciddi təzyiq altındadır, daha işlərini tətbiqinə zəmin tapa bilməyib. Amma ilkin olaraq Trampın fəaliyyətindən görünür ki, Obama dövründə edilən səhvlər təkrarlanmayacaq. Lakin Tramp prezidentliyə alışana qədər köhnə rəhbərliyin elementləri onu zəiflətməyə çalışacaq, yəni fəaliyyətinə maneçilik törədəcəklər. Rusiya-Türkiyə birliyi ABŞ səlahiyyətlilərini qorxudur, amma Tramp və onun qrupu belə düşünməyəcək.
-ABŞ Yaxın və Orta Şərqdə hansı mövqedə dayanacaq?
-Orta Şərq 1990-cı ildən bəri ABŞ-ın döyüş mühitinə sürüdüyü bir coğrafiyadır. Səddam, Əsəd… bəhanəsiylə bölgəyə nüfuz etdi. Amma indi sıxışmış ABŞ yeni manevrlər arxasındadır.
-Necə fikirləşirsiz, ABŞ-İran münasibətləri bundan sonra necə inkişaf edəcək?
-İran-ABŞ əlaqələri üzərində dayanılması lazım olan ən önəmli əlaqə formasıdır. İran-ABŞ yaxınlaşması söz mövzusudur. İranın rəhbərliyinin başı dərddədir. Klintonun yenidən hakimiyyətə gələ biləcəyini zənn edərək Rusiyanı Suriyaya çəkdi, sonra ustalıqla manevr edərək onu tək buraxdı və arxasında embarqonu qaldırtdı. Amma Tramp prezident seçiləndən sonra o, İran əleyhinə bəzi fikirlər söylədi. Durum göstərir ki, yaxın gələcəkdə İran bölgədə ciddi çətinliklə qarşı-qarşıya qalacaq.
http://avrasiya.net/musahibe/13357-qaraba-mharibsi-regional-miqyasdan-knara-xa-bilr.html

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir