KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Qarabağ məsələsində ilk əsas ciddi səhvimiz nədir?

Qarabağ məsələsində ilk əsas ciddi səhvimiz nədir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
343 0

Ümumilikdə bizim insanımızın həyata baxışında problem var. Biz həyatı dünəni, bugünü və sabahı olan bir proses olaraq görmürük. Bəzimiz sadəcə tarixi, bəzimiz sadəcə bugünü, bəzimiz də sadəcə gələcəyi nəzərə alır. Bu mənada həyata fərdi, ictimai və milli yanaşmamızda da bu problemi çox ciddi formada yaşayırıq. Buna çoxlu numunə vermək olar, ancaq mən Qarabağ məsələsi üzərindən verecem.
Həyata yanaşmamızdaki bu problem səbəbiylə Qarabağ məsələsinə də bir bütün olaraq baxmırıq, dolayısıyla bunu məntiqi nəticəsi kimi yanaşmamız da strateji degil, taktikdir.Üstəlik bu taktik yanaşma da anlıqdir. Halbuki taktika stratejinin həyata keçməsi üçün vacibdir, ancaq onun önünə keçməli deyil, hətta özü başlı başına amac olmamalıdır. Qarabağ məsələsində ermənilərin bizdən də ilk əsas fərqi budur. Onlar məsələyə dünəni, bugünü və sabahı nəzərə alan strateji baxışla yanaşırlar, biz taktik baxırıq. Üstəlik bizim taktik anlayışımızda belə bütünlük ve ardıcıllıq yoxdur. Faciəvi olan sadəcə bilməyən yox, çox yaxşı savadı olan və mövzu üzrə ixtisaslaşan və hətta qərar vermə mövqeyində olan insanlarımızın çoxunun baxışında da bu problematik yanaşma var.
Bir neçə aktual nümunə ilə izah edim:

1).”4 Günlük aprel müharibəsi” Qarabağ baxımından bizim üçün taktiki baxımdan uğurdu.Ancaq biz bu taktiki uğuru problemin strateji həllində növbəti mərhələ üçün addıma cevirə bilmədik. İndi müzakirələrdə başda özümüz olaraq heç kim “aprel müharibəsini” hərbi effektini və bunun siyasətə praktiki transferini gündəmə gətirmir. Ermenilər Rusiyadakı havadarlarının da yardımı ilə bu məsələni müzakirədə özləri üçün problem olmaqdan çıxartdılar.İndi iqtidar bunu popülist daxili siyasətin təbliğat gündəminə çevirib, müxalifətin gündəmində də bu 4 aprel savaşı yer almır. Hələ mən ölkədə bunun uğursuzluq olduğunu düşünən nə qədər adam olduğunu demirəm. (Niyə uğur olduğu barədə də yazmışam)

2) Koçaryan mövzusu. Ölkə prezidentinin Çavuşoğlu ilə görüşdə Avropa Şurasıni və Paşinyanı tənqid edərkən Koçaryan amilini istifadə etməsi çox ciddi yanlış olmuşdur. Bu fikrimi bəzi dostlarla da daha əvvəl paylasmisam. Səbəbinə gəlincə Koçaryan Qarabağın işğalının birbaşa məsuludur.Onun əli başda Xocalı olmaqla yüzlərlə Azərbaycan insanının qanına batıb. Onun beynəlxalq məhkəmədə soyqırımdan məhkum edilməsi lazımdır. Üstəlik adam hazirda həbsdə ikən belə Qarabağ məsələsində ən xırda yumşaqlıq göstərmir. Məsələn Münxen debatı barədə açıqlamasi belə olub ki, Qarabağ məsələsi həll olub, müzakirə bunun nəticələrini Ermənistan lehinə qanuniləsdirmək olmalıdır.
Aydındir ki, dünyanın hər yerində bu cür mesajlar dövlət rəhbərlərinə onun məsləhətçiləri tərəfindən hazırlanan çıxış mətinləri ilə verilir. Prezidentə verilən çıxışda belə bir yanaşma həm Azərbaycan milli maraqları, həm də dövləti təmsil edən prezidəntin özünün statusu və imici baxımından ciddi yanlışdır. Bu fikri prezidentə verən məsləhətçi vəya məsləhətçilərin yanaşması həm strateji, həm də taktiki baxımdan çox böyük səhvdir. Bu yanlışın səbəbi ən yumuşaq ifadə ilə desək o məsləhətçi vəya məsləhətçilərin Qarabağ məsələsinə yuxarıda dediyim yarımçıq baxışla baxmasıdır.

3) Münxendə prezident Əliyev-Bas nazir Paşinyan debatina dair ölkə daxili müzakirədə də eyni şeyi görmək olar. Debat və orda ölkə prezidentinin yanaşması ümumən müsbət çalarlara malikdir. Bu debat Qarabağ məsələsi üçün taktiki baxımdan musbətdir, ancaq iki şeyi unutmayaq: a). Bugünku realliqlarda Qarabag məsələsini strateji həllində həlledici həmlələrimiz hərbi güc istifadəsi ilə mümkündur. Yəni “Ura” deyib bayram etmək lazım deyil. b) Bugünku Ermənistan realliqlarında Paşinyan Qarabağ məsələsində müzakirələrdə “pisin yaxşısı” kimi bizə hələlik ən uyğun real gücə malik siyasi liderdir. Bunun səbəbləri barədə daha əvvəl uzun təhlillərim olub, istəyən onlara baxa bilər. Yəni Paşinyanı şeytanlaşdirmaq ağillica br iş deyil.
Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir