İran Devrim Muhafızları istihbarat savaşı yürütüyor

Ankara ve Washington arasında yeni gerginlik

Bakü’de Kafkasya Sempozyumu var

Rus senatör: Çavuşoğlu onayladı, Washington ise anlayamıyor

Qafqazda Regional Risklər və Azərbaycan

Gündem 13 Mayıs 2019
15

Azərbaycanın ətrafındakı geosiyasi mənzərədə ölkəmiz üçün ciddi narahatçılıq və təlatümlər yaşanır:
1) İran ətrafında gərginlik getdikcə artır və anlaşılan gedişat bu müdaxilənin Trampla bir şəkildə həyata keçirilməsi ehtimalını gücləndirməkdir. Bu müdaxilə prosesi 2020 ilinə yetisməsə belə Trampin ikinci dəfə seçilməsi ilə həyata keçməsi çox güclü bir ehtimaldir.Hətda Trampın ikinci dəfə seçilməsi ilə İrana müdaxilə arasında qarşılıqlı birbaşa əlaqə qurmaq çox da yanlış olmaz.
2) Rusiyanin Azərbaycanla bağlı tarixi imperyal ambisiyaları güclənərək davam edir. Azərbaycanla Avropa Birliyi arasında yeni razılaşma astanasında ikən Jirinovskinin yeni açıqlamaları təsadüf deyil.
3) Turkiyədə iqtisadi, xarici siyasət və daxili siyasət sahələrində ciddi sarsıntılar var və bunların dərinləşməsi yetərincə güclü ehtimaldır.
4) Ermənistan içinə düşdüyü daxili və xarici siyasət labrintindən Pasinyan dəyişikliyi ilə imic və ümid yeniləyərək çıxma cəhdləri edir. Pasinyanın bu prosesdə hakimiyyətini möhkəmlətmək üçün Qarabağı işğal edən radikal Erməni xəttinə güzəştlər verdiyi müşahidə edilməkdədir.
5) Son olaraq Gürcüstanda Azərbaycanla münasibətləri pozmaq niyyəti olan xətt fəallaşıb.Bu işdə Rusiya və Ermenistan izi ilə birlikdə Gürcüstan siyasi hakimiyyətinin (prezident işi təşviq edicisi, bas nazir isə daha çox müşahidə edici mövqedədir sanki. Əsasında ikisi də daha çox Moskvanın layihəsi kimi görünən İvanişvili xəttini davamcilarıdır ) münasibətləri pozucu proseslərə zaman zaman təşviq edən mövqe sərgilədiyi diqqətlərdən qaçmır.
Risklərin bu qədər artdığı bir anda ölkə daxili münasibətləri normallaşdırmaq ortaya çıxan çagrisların risqini azaltmaq baxımından strateji zərurətlərdən biridir.Unutmayaq ki, 1920 ilində daxili münasibətlərdəki problemlər müstəqilliyimiz itirilməsindəki mühüm səbəblərdən biri olmuşdu.Yenə 1988-1993 dövründə Qarabağda torpaqlarımızın itirilməsini ən mühüm səbəblərindən biri ölkə daxilindəki güclərin münasibətlərində ciddi gərginliklərin olmasıydı…
Nazim Cafersoy

Yorumlar