KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Qafar Çaxmaqlı: Rusiyanın növbəti hədəfi Özbəkistan olacaq…”

Qafar Çaxmaqlı: Rusiyanın növbəti hədəfi Özbəkistan olacaq…”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
385 0

Rusiyanln həyasızcasına ayı kimi yenidən SSRİ – ni bərpa etməsinə niyə dünya Ukraynada olduğu kimi seyrçi qaldı? Niyə Qarabağda Rusiya sülhmərmalı adı alıtnda at oynadır? Bəs Ankara niyə Qazaxıstanda və Qarabağda oyundankənar statusla razılaşıb?

Moderator.az-ın bu suallarını cavablandıran tanınmış ermənişünas alim Qafar Çaxmaqlı deyir ki, hər zaman olduğu kimi biz fövqəladə durmlarda nə edəcəyimizi bilmirik:

“Qazaxıstanda bu faciəli hadisələr baş verməmişdən əvvəl Rusiyanın imperial maraqlarının hansı səmtə yoğunlaşacağını təxmin etmək olardı. Bəzi hallarda Rusiyanıın Ukraynada aldadıcı manevrlərini və Qərb- Rusiya qarşıdurmasını Rusiyanın öz təbliğat qurumları önə çəkirdi və o zaman da artıq məlum idi ki, Ukrayna məsələsinin dərinləşməsinə, bir savaş halı yaradılmasına Rusiya özü getməyəcəkdi, çünki Rusiyaya Ukrayna ilə bağlı apardığı siyasi və hərbi fəaliyyətlər ona heç nə verməyəcəkdi. Rusiyanın imperial maraqları Qazaxıstan və xüsusilə Orta Asiya Türk respublikalarını təsir dairəsinə almaq siyasətinə zəmin hazırlanırdı və çox təəssüf ki, buna şərait yaradıldı. Qazaxıstanda baş verənlərin müəllifi Rusiyadır. Qazı da bahalaşdıran, xalqın küçələrinə tökülməsini şərtləndirən hər şey Rusiyanın ənənəvi üsullarıdır. KTMT adı ilə Qazaxıstana müdaxiləsinə Qərbin səssizliyi də Rusiya ilə gizli anlaşmanın olduğu qənaətini ortaya qoyur. ABŞ-ın Çinlə bağlı siyasətinə Rusiyanın bilərəkdən və ya bilməyərəkdən dəstək verilməsi faktı ilə üz-üzəyik. Çinin dünyanı ixracla fəth etməsinin önündə Qazaxıstan önəmli komunikasiya və nəqliyyat aracı idi. Onu Rusiya nəzarətə götürür, ABŞ – ın işinə də bu yaramamış deyildir. Rusiyanın növbəti hədəfi etimal ki, Özbəkistan olacaq. O biri Türk respublikaları ilə bağlı ssenari hazırlamağa ehtiyac yoxdur. Qazaxıstana intervensiya beynəlxalq müdaxilədir. Bizə çox tanış olan Rus, KQB üsulu ilə işlənmiş proqramdır. Arxasında isə şübhəsiz Rusiyanın keçmiş SSSRİ-ni bərpa etmək kimi niyyətləri də var. İndi dünya başqa dünya olduğundan şərt deyildir ki, ənənəvi üsullarla bu müstəqil respublikalar Rusiyaya bağlansın. İndi işğal nəqliyyat, komunikasiya xətlərini nəzarətə götürmək və orada ordu bulundurmaqdır. Məncə Rusiya Azərbaycanda və Qazaxıstanda bu siyasəti aktiv şəkildə uyğulamaqdadır. Dəfələrlə demişik, Rusiya sülhməramlıları Azərbaycan və Ermənistanda, gələcəkdə də Gürcüstanda nəqliyyat xətlərinin onların kontrolunda olması siyasətinə önəm verirlər.

Bu məsələdə Türkiyənin və TDT- nın kənarda qalmasının səbəbləri var. Rusiya Qazaxıstanda elə sürətlə hərəkət etdi ki, Türkiyənin manevr etmək imkanı belə qalmadı. TDT-na gəlincə, bu təşkilat hələ belə ciddi, dnyəvi proseslərin içinə daxil olmaq imkanlarına sahib deyil. Yalnız bəyanat verib məsələlərə münasibət bildirə bilər, onu isə hər hansı dərnək də edə bilər. Demək biz hadisələrin gerisində qalmışıq. Önları önləmək kimi tədbirlər görmək üçün yetərli siyasi uzaqgörənliyimiz yoxdur. Rusiya içərimizdə elə bir casus şəbəkəsi qurub ki, onları zərərsizləşdirmək və kənarlaşdırmaq qabiliyyətini itirmişik. Tokayev kimi adamlar minlərcədir. Həm də bütün Türk cümhuriyyətlərində belələri var. Və lazımı anlarda onlar ağalarının qulluğunda dururlar. Tokayev kimi..”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir