KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Qafar Çaxmaqlı: Rusiya açıq şəkildə Qazaxıstanı işğal edib

Qafar Çaxmaqlı: Rusiya açıq şəkildə Qazaxıstanı işğal edib

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
116 0

“Türkiyə müstəqil şəkildə Qazaxıstandakı proseslərə daxil olmalıdır”

“Qazaxıstandakı hadisələrin adını düzgün qoymaq lazımdır. Bu, açıq-aşkar işğaldır”. Bunu “Şərq”ə açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı deyib. Professor bildirib ki, bu, əvvəlcədən planlaşdırılmış bir layihə idi: “İndi işğalın necə sonlandırılacağı və rus qoşunlarının ölkədən çıxarılması tədbirlərinə baxılmalıdır. Yanvarın 11-də Türk Dövlətləri Təşkilatının gecikmə ilə keçirdiyi toplantıda Qazaxıstan xalqına dəstək ifadə olundu. Bəyanatdan önə keçməyən bu dəstək elə də effektli deyil.

Türkiyə XİN rəhbərinin dediyi kimi “Qazaxıstan oturuşmamış qurumdan yardım istədiyi təqdirdə hansısa müdaxilə ola bilərdi”. Müraciəti ölkə rəhbəri etməlidir. Tokayev artıq seçimini Rusiyadan yana etdiyindən TDT-nin edəcəyi bir şey qalmamışdı. Rusiya açıq şəkildə Qazaxıstanı işğal etməkdədir. ABŞ dövlət katibi Blinkenin sözləri ilə desək, “Rusiya girdiyi yerdən çıxmır”. Onu Qazaxıstandan yalnız güc yolu ilə çıxarmaq mümkündür. TDT-nin indiki halda belə bir gücü yoxdur. Rusiya Qazaxıstanı parçalamaq planını hazırlamaqla məşğul olacaq. Bu planı pozmaq üçün yeganə silah Qazax xalqının dirənişidir”.

Q.Çaxmaqlıya görə, Türkiyə müstəqil şəkildə Qazaxıstandakı proseslərə daxil olmalıdır: “Əks halda Rusiya gərginliyi artıracaq və Qazax torpaqlarının şimal hissəsini birləşdirmək tədbirlərini işə salacaq. Artıq Rusiya-Belarusun vahid dövlətdə birləşdirilməsi planı işə düşüb. Qazaxıstan rəhbərliyini də seçim qarşısında qoyacaqlar. Bu fikri Lukaşenko artıq səsləndirib. Qazaxıstan ya bu ittifaqa birləşdiriləcək, ya da bölünəcək. Rusların yaşadıqları ərazilərdə Rusiyanın ikinci “Donbass variantı” işə düşəcək. “Vahid dövlət”də birləşmək ideyası Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək anlayışıdır. Zamanla digər müstəqil ölkələrə də əl atacaqlar. Növbədə ehtimal ki, Özbəkistandır. Rusiya öz imperial maraqlarını Mərkəzi Asiyada davam etdirməkdədir. Ermənistanda da “vahid dövlət”lə bağlı müzakirələr gedir. Amma “vahid dövlət” fikri Rusiyaya qarşı çox böyük beynəlxalq təpkiyə yol açacaq. Moskva Qazaxıstanda öldürücü zərbə ala bilər. Rusiyanın işğal doktrinası onun özünün dağılmasına səbəb olar. Keçmiş SSRİ kimi…”.
İsmayıl Qocayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.