Türk’ün Avrasyası…

Türkiye’nin Afrika açılımında Gambiya ordusu neden güçlendiriliyor?

Kabardey-Balkar Cumhuriyetinde Türkler ve Kabardeyler Arasında Gerginlik

Поставка С-300 в Сирию повысит безопасность в регионе, считает эксперт

Qəzənfəroğlu: “Şimali Azərbaycana Rusiya əsgərinin yerləşdirilməsi Bütöv Azərbaycan ideyasına qarşıdır”

Azerbaycan 19 Nisan 2016
1.030

Faiq Qəzənfəroğlu: “Şimali Azərbaycana Rusiya əsgərinin yerləşdirilməsi Bütöv Azərbaycan ideyasına qarşıdır”

faik

«Rusiya Federasiyasi əsgərinin Dağlıq Qarabağa-Azərbaycana hər hansı adla yerləşdirilməsi yolverilmezdir. Azərbaycan Türk milləti (güneyli-quzeyli) buna imkan verməməlidir. Əgər yer üzündə bircə nəfər belə Azərbaycan türkü qalsa, o da tək canıyla və qanıyla Rusiya əsgərini Azərbaycana buraxmamalıdır. Başqa sözlə, Rusiya əsgəri nə olursa-olsun Azərbaycana buraxılmamalıdır”. Bu sözləri AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Qəzənfəroğlu son günlərdə Ermənistan ordusunun işğalı altında olan 5 rayonun qaytarılması müqabilində Rusiya əsgərlərinin sülhməramlılar adı altında Dağlıq Qarabağa yerləşdirə bilməsi ehtimalına etiraz olaraq bildirib. Onun sözlərinə görə, Şimali Azərbaycana yenidən Rusiya əsgərinin yerləşdirilməsi Azərvaycanın bütövlüyünü ən azı 100 il də gecikdirə bilər.

Azərbaycan Türk aydını hesab edir ki, Rusiya şirinləkdirici təkliflərlə, nə yolla olursa-olsun 86,6 min kv.km-lik Azərbaycan ərazisinə rus əsgərini yerləşdirməkdə maraqlıdır. Ancaq Şimali Azərbaycan Türk milləti, o cümlədən Güney Azərbaycan türkləri bir yerdə iradə nümayiş etdirərək buna yolverməməlidir. Çünki Şimali Azərbaycana Rusiya əsgərinin yerləşdirməsi Güney Azərbaycan Milli Hərəkatına da ciddi zərbə olacaqdır. Bu anlamda Şimali Azərbyacan-Dağlıq Qarabağa rus əsgərinin yerləşdirilməsində Rusiya qədər İİR-də maraqlıdır. Bu anlamda Dağlıq Qarabağa Azərbaycana rus əsgərinin yerləşdirilməməsi üçün Şimali Azərbaycan qədər Güney Azərbaycan da dirənməlidir. Faiq Qəzənfəroğlu: “Ey Bütöv-Birləşik Azərbaycan sevdalıları uymayın, yatmayın!!! Rusiya Federasiyası və İran İslam Respublikası adlı düşmənlərimiz Azərbaycanı tamamilə yox etmək üçün əllərindən gələni edirlər. Bütün soydaşlarımız bilməlidirlər ki, 1828-ci ildə Qacarlarla çar Rusiyası arasında bağlanan Türkmənçay sülh müqaviləsindən sonra bir an olsun belə Rusiyayla Azərbaycan türkləri arasındakı savaş bitməmişdir. Üstəlik, 1925-ci ildə Rus-Amerikan-İngilis birliyinin vasitəsiylə Qacarlardan sonra hakimiyyətə gələn və sözdə “İran” dövlətini yaradan Pəhləvilər və İİR-lə de savaş içindəyik! Bu qutlu savaşda biz Azərbaycan Türk millətinin yolu var: Azərbaycan və Türklük ətrafinda gücümüzü daha da birləşdirmək

Yorumlar