15 sentyabr Azərbaycanın çağdaş dövlətçilik tarixinin ən önəmli günlərindən biridir. Bu, 1918- ci ildə Bakının erməni- rus işğalından Türkiyədən yardıma gələn Qafqaz Türk- İslam ordusunun birbaşa qatqısı ilə azad edilməsi, yenicə qurulmuş Azərbaycan Cümhuriyyətinin paytaxtının daimi olaraq Bakıya köçürüldüyü gündür. Yaxın tariximizdə Azərbaycan Respublikasının elan edilməsi, qurulması günü ilə eyni önəmi daşıyan bir gündür. Çünki, Bakı olmadan o dövlət qurula, yaşaya və gələcək nəsillərə şərəfli bir miras olaraq ötürülə bilməzdi. Bakı şəhəri azad edilənə qədər bu ərazilərdə azərbaycanlılara, faktiki olaraq yadelli kimi baxırdılar. Bu böyük hadisədən cəmi 6 ay əvvəl azərbaycanlılar Bakıda və ətraf rayonlarda böyük soyqırıma məruz qalmışdılar. Azərbaycanın bu tarixi və strateji əhəmiyyətli şəhəri onların əlindən, faktiki olaraq, alınmışdı. Türk ordusu gəldi, həm öz gücü, həm də burada ən qısa müddətdə hazırlaya bildiyi yerli əsgəri güclər hesabına Bakını aldı və Azərbaycan məsələsini mübahisələrdən xilas etdi.
İndi bir çoxları tarixə sayğısız baxış üzündən, eləcə də özlərinin rolunu şişirtmək məqsədilə belə təqdim edə bilərlər ki, o böyük uğur havadan yağmur kimi millətin başına yağmışdı. Amma nəzərə alın ki, 106 il öncəki bu uğurları tariximizə bərkidənlər arasında Türk ordusunun verdiyi 1100 nəfərdən artıq şəhidin də qanlı imzası var. Bu uğur olmazsa, Azərbaycan olmazdı deyə bilərik. Çünki, həmin o ağır və zillətli günlərdə Azərbaycanı parça- parça bölmək, bölgədə Azərbaycan türklərini görməzdən gələn bir siyasi plan işlənməkdəydi. Eyiraf etməliyik ki, əgər Qafqaz Türk- İslam ordusu gəlməsəydi, zamanında yetişməsəydi, həmin o qanlı və məkrli planlar işlənəcəkdi, biz yox, onlar olacaqdı.
Bu gün ən müxtəlif siyasi konyunkturalar ola bilər, bölgənin siyasi perspektivlərinə yalan- yanlış açıdan dəyərləndirmələrə uyğun olaraq xətalı siyasətlər yürüdülə bilər, amma bir mühüm faktı tarixdən heç kim dəyişə bilməz: çağdaş Azərbaycan dövlətinin bərqərar edilməsi, qurulması üçün axıdılan qanlar, verilən mücadilələr Türkiyə və Azərbaycan arasında bərabər fədakarlığın silinməz örnəyidir.
Buna görə də, Azərbaycanın vətənpərvər insanları, qəlbi Azərbaycan sevdası ilə döyünən xalqı bu qardaşlığı çox qiymətli tarixi əmanət kimi gələcəyə daşıyacaq, heç zaman unutmayacaq.
15 sentyabrda, hər il olduğu kimi bu il də Azərbaycan müxalifəti Bakıda, o böyük hadisələrin xatirəsinin əbədiləşdirilməsi üçün qoyulan abidəni ziyarət etdi, bu ziyarət mərasimi barədə öz sosial şəbəkə hesabında fikirlərni paylaşan müxalifət lideri Əli Kərimli belə yazdı:
“Türkiyə – Azərbaycan qardaşlığı heç bir hökumətin, ideologiyanın, ambisiyanın girovu ola bilməz. Heç bir siyasi qüvvənin monopoliyasında da ola bilməz. Türkiyə – Azərbaycan qardaşlığının daimiliyinin təminatı bu xalqın özü və onun bağrından çıxan gerçək vətənpərvərlərdir. 106 il öncə Bakının işğaldan azad edilməsi uğrunda savaşda şəhid olmuş Türk şəhidləri anmaq üçün Türk Şəhidliyini ziyarət etdik. Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizi də hörmət və rəhmətlə andıq”.
- Anasayfa
- »
- Azerbaycan
- »
- Qənimət Zahid: Sarsılmaz və qutsal qardaşlığın əmanəti
Qənimət Zahid: Sarsılmaz və qutsal qardaşlığın əmanəti
26 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.