KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Qələm əhli hansı qəzetləri oxuyur?

Qələm əhli hansı qəzetləri oxuyur?

Hasan Oktay Hasan Oktay - - 7 dk okuma süresi
534 0

Zaman keçdikcə, sosial media inkişaf etdikcə, qəzetlərə tələbat azalır. Bu gün demək olar ki, insanlar məlumat almaq üçün daha çox sosial media vasitələrindən istifadə edirlər. Qəzet oxuyanların sayı əhəmiyyətli dərəcədə dərəcədə azalıb.

Bəs görəsən söz adamları, qələm əhli necə, qəzet oxuyurlarmı?

Moderator.az tanınmış jurnalistlərə və yazarlara “Qəzet oxuyursunuzmu, oxuyursunuzsa hansı qəzetləri?” sualı ilə müraciət edib. Cavabları olduğu kimi təqdim edirik:

Xalid Kazımlı (jurnalist) – “Qəzet oxumuram, saytları oxuyuram. Oxuduğum saytların adını sıralasam yer çatmaz. Demək olar ki, ciddi saytların hamısını oxuyuram”.

Əkbər Qoşalı (yazıçı-publisist) – “Qəzetlərin elektron versiyasını oxuyuram, desəm daha doğru olar. Özümün aid olduğum redaksiya heyətləri, yaradıcı kollektivlər, habelə mənim və çalışdığım qurumun abunəçi olduğu qəzetlər var, üstəlik, yaxın dostların çalışdığı qəzetlərin, şəxsimə davamlı diqqət göstərən mətbu orqanların da olduğunu vurğulamalıyam. Bu üzdən özəl fərqləndirmə aparmadan, bütün bu ünvanlara öz sayğımı yetirmək istərdim. Qəzet çıxarmaq, xalqı maarifləndirmək, informasiya çatdırmaq, ictimai fikri düzgün qidalandırmaq savab işdir”.

Xəqani Səfəroğlu (Yeni Media Jurnalistləri İB-nin sədri, jurnalist) – “Demək olar ki, uzun zamandır qəzet oxumuram. Bütün məlumatları saytlardan alıram. Bir neçə qəzetin isə intrenet versiyasını oxuyuram. Qəzetlər cazibədarlığını itirib və saytların kölgəsində qalıb. Odur ki, qəzet rəhbərləri yeni format üzərində düşünməlidirlər”.

Rüstəm Behrudi (şair) – “Qəzetləri internetdən izləyirəm adətən. Azadlıq və “Yeni Müsavat”, “525-ci qəzet”ləri oxuyuram. Əgər bağa gedirəmsə, bu qəzetləri köşklərdən alıram”.

Arzu Nağıyev (jurnalist) – “Təbii ki oxuyuram! Əsasən əlaqəm olan yazılarım, açıqlamalarım gedən qəzetlərdir. “Yeni Musavat”, “Səs”, “Bakı xəbər”, “Kaspi”, “Olaylar”, “Azerinews”, “Palitra” və s. qəzetlər”.

Aqşin Yenisey (şair) – “Son illər qəzetlərin reytinqi xeyli aşağı düşüb. İnternet resusları çap mediasını üstələyib. Qəzet oxumağa daha çox keçmiş vərdişlərə görə üstünlük verirəm. Mənim fikrimcə, indi zaman həftəlik, aylıq qəzet və jurnallarıdır ki, biz də belə orqanlar demək olar ki, yoxdur. Bu gün keçmiş vərdişləri tərgidə bilməyənlər qəzetləri imzalara görə alırlar. Açığını deyim ki, qəzetlərdə sorağını eşitdiyim yazıları axtarıram, çünki indi hər qəzetin internet səhifəsi də var ki, yazıları oradan da izləmək olur. Mütəmadi izlədiyim qəzetlər isə “Şərq”, “Yeni müsavat”, “Bizim yol”, “Kaspi”dir”.

Röya Rəfiyeva (jurnalist) – “Gün ərzində qəzetləri oxuyuram. “Yeni Müsavat”, “Azadlıq”, “Bizim yol” qəzetlərini, hərdən “Azərbaycan” qəzetini də oxuyuram. Həmçinin saytları, qəzetlərin saytlarını, agentlikləri də izləyirəm”.

Afiq Mirzəbəyli (jurnalist) – “Ölkədə işıq üzü görən əksər qəzetləri oxuyuram. Bəzən Rusiya mətbuatına da müraciət edirəm”.

Əvəz Qurbanlı (şair-jurnalist) – “Son zamanlar çox az qəzet oxuyuram. İnformasiyanı əsasən internet mediadan alıram. İndi demək olar ki, populyar olan bütün qəzetlərin də internet səhifələri var. Analitik yazıları da qəzetlərin saytlarına yerləşdirirlər. Amma əlimə qəzet düşəndə – o da oxunaqlı qəzet olsa – fürsəti qaçırmıram. Ad çəkmək istəmirəm. Onsuz da ölkədə cəmi bir neçə oxunaqlı qəzet var, vəssalam”.

Taleh Şahsuvarlı (jurnalist) – “Hazırda elmi araşdırmalar aparıram. Akademik kitablar oxuyuram və ona görə də ətraf mühitdən təcridəm. Əlimə düşəndə ancaq Türkiyənin “Hürriyet” qəzetini oxuyuram. Onu oxumaq mənə zövq verir. Son ayda yerli qəzet oxumağım yadıma gəlmir”.

Jalə Mütəllimova (jurnalist) – “Bütün qəzetlərin elektron səhifələri olduğu üçün düzü ötən illərdəki kimi qəzet oxumaq meyli azalıb. Hətta media adamları da daha çox məlumatı qəzetlərin elektron səhifəsindən almağa üstünlük verirlər. Amma rəsmi qəzetlər və bəzi gündəlik qəzetlərə arada baxmaq lazımdır, yadırğamamaq üçün. Əməkdaşlıq etdiyim “Yeni Müsavat” və rəsmi dövlət qəzetlərini oxuyuram”.

Məmməd Gülməmmədov (jurnalist) – “Oxuyuram. “Yeni Müsavat”, “Cümhuriyət”, “Kaspi” qəzetlərini.

Kanan Hacı ( yazıçı) – “İki-üç qəzet var ki, onları daimi alıram. “Aydın yol”, “Ədəbiyyat qəzeti”, “Kaspi” qəzetinin şənbə sayı. Bu qəzetlərdə zəngin ədəbi materiallar olur ki, onları internetdən oxuya bilmirəm. Ona görə bu qəzetləri alıram. İnformativ materiallarla isə onlayn media vasitəsilə tanış oluram”.

Cavanşir Yusifli (şair) – “Ədəbiiyyat qəzeti”, “525-ci qəzet”. Bir də internet qəzetlərini, xəbər və ədəbiyyat portallarını oxuyuram”.

Tural Cəfərov (yazıçı) – “Oxuyuram. “Kaspi”, “525”, “Azadlıq”, “Yeni Müsavat”, “Ədalət”, “Ədəbiyyat” qəzetlərini.

Cəlil Cavanşir (yazıçı) – “Son vaxtlar çox nadir hallarda qəzet oxuyuram. Oxumağa vaxt tapdıqca “Ədəbiyyat”, “Ədalət” və “Aydın yol” qəzetlərini alıram”.

Rəbiqə Nazimqızı (şairə) – “525-ci qəzet”, “Ədəbiyyat”, “Kaspi” qəzetlərini – daha çox mədəniyyətlə bağlı qəzetləri oxuyuram, xəbərləri isə APA-dan və AzərTAc-dan izləməyə üstünlük verirəm”.

Leyla Namazova

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir