KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. PUTİNİN ÖLKƏMİZƏ SƏFƏRİNDƏ QARABAĞ AMİLİ..

PUTİNİN ÖLKƏMİZƏ SƏFƏRİNDƏ QARABAĞ AMİLİ..

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
295 0

Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfəri ərəfəsində Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ konfliktinin həlli ilə bağlı qeyri-konustruktiv açıqlamaları, onun Bakı-Moskva arasında münaqişənin həlli ilə bağlı aparıla biləcək danışıqlardan narahatlığından irəli gəlir. Qeyd edim ki, beş rayonun Azərbaycana qaytarılması və ölkəmizin Rusiyanın lahiyəsi olan KTMT və Avrasiya İttifaqında yer alması məsələləri sentyabrın 25-də Putinin Bakı səfərində əsas danışıqların predmeti olacaq.

Hazırda Rusiya ilə siyasi-iqtisadi və hərbi texniki əlaqələr yükəsək səviyyədədir. iqtidar çalışır ki, konflikti Yerevanla deyil, Moskva ilə həll etsin. Rusiya rəhbərliyi də Bakı ilə bu danışıqlarda maraqlı görünür. Çünki, Ermənistan baş nazirinin Minsk qrupu formatında aparılan “Madrid prinsiplərini” qəbul etməməsi, Rusiyanın da geosiyasi maraqlarına cavab vermir. Həmçinin Paşinyanın Moskvanın əleyhinə siyasi qərarları, Putini qəzəbləndirən amillərdən biridir.

Moskva ilə aparılan danışıqlarda Azərbaycan yalnız Rusiyanın sülhmərmalı qüvvələrinin Qarabağda yerləşdirlməsinin əleyhinədir. Çünki, Cənubi Osetiya və Abxaziya prsedenti rəsmi Bakını narahat edən məqamdır. Gürcüstanda yaranan vəziyyət eyni ilə Azərbaycanda da yaşana bilər. Rusiyanın dövlət başçısı Ermənistanda baş verən siyasi proseslərdən ciddi narahatdır və çalışır ki, Bakı ilə uzlaşma siyasətinə getsin.

Bəli, Putini Bakıda səmərəli danışıqlar gözləyir. Əgər, Putin Bakı ilə konfliktin həllində ortaq məxrəcə gələrsə, Yerevanıda bu qərara buna məcbur edəcək. Ermənistanın baş naziri Moskvanın şərtlərini qəbul etməsə, Azərbaycana qarşı kəskin ritorikanı davam etdirsə, Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Putinin region səfərindən sonra, biz, Qarabağ konfliktinin həlli istiqamətində müəyyən prsoseslərin şahidi olacağıq.

Erməni baş nazirin Azərbaycana qarşı sərt çıxışları onun acizliyindən və geosiyasəti düzgün qiymətləndirməməsindən irəli gəlir. Ermənistan rəhbərliyinin Qarabağ separatçılarını tərəf kimi danışıqlara cəlb etmək kimi planları, Qarabağın Ermənistana birləşdirilməsi kimi cəfəng bəyanatları, danışıqlardan çəkilmək cəhləri, cəbhədə ağır hərbi eskalasiyanı yaxınlaşdırır.

Bir məsələni qeyd edim ki, Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə Qarabağıda müzakirə edib. Rusiya ilə Türkiyə ilə sıxlaşan ikitərəfli münasibətlərdə Putinin Azərbaycana qarşı siyasətində müsbət tendensiya müşahidə edilir. Ankara-Moskva və Bakı birgə regionda ciddi geosiyasi şərtləri müsbətə doğru dəyişə bilərlər. Top burada Putindədi.
Muhammed Asadullazadeh

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir