KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Putinin kəşfiyyat xidmətinin məqsədi nədir?

Putinin kəşfiyyat xidmətinin məqsədi nədir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
350 0


Bir neçə il əvvəl Putinin əsas tənqidçilərindən birini, Rusiya kəşfiyyat xidmətinin keçmiş zabiti Litvinenkonu Londonda zəhərləyib öldürdülər. Özü də adi zəhər deyildi, çayına qarışdırılan maddədə nüvə tullantıları var idi. Nəticədə Litvinenkonun zəhərləndiyi restoranda və yaxın məhəllədə bir neçə günlük karantin elan olundu. Budur yenə Rusiya xəfiyyəsinin keçmiş zabiti və yenə eyni məkanda – Londonda müəammalı şəkildə zəhərlənib. Rusiya hərbi kəşfiyyatının keçmiş zabiti Sergey Skripal qızı ilə birgə restoranlardan birində nahar etdikdən sonra küçənin ortasında yıxılıblar, hər ikisi müəammalı maddədən zəhərlənib, vəziyyətləri ağırdır.

Ukraynada 2000-ci illərdə prezidentliyə əsas namizəd Viktor Yuşşenkonu da xarici ölkələrdən birində zəhərləmişdilər, dəst xətt eyni idi – Ukraynanın keçmiş prezidenti çay içdikdən sonra özünü pis hiss etmişdi. O zaman plan alınmadı, Yuşşenko sağ qaldı və Rusiyanın acığına Ukrayna prezidenti seçildi, ancaq sağlığı həmişəlik pozuldu. 2013-cü ildə Yuşşenkodan müsahibə alırdım, üz çizgilərində dəyişiklik açıq-aşkar hiss olunurdu. Belə çıxır ki, Rusiyanın kimdən xoşu gəlmirsə, onu zəhərləyəcək. Rusiyanın tənqidçiləri ehtiyatlı olsunlar, kənar yerdə yediklərinə, içdiklərinə diqqət etsinlər!
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir