KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Putinin Azərbaycana qarşı təzyiqləri..

Putinin Azərbaycana qarşı təzyiqləri..

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
461 0

Rusiyada mart ayı keçiriləcək prezident seçkilərində Putin yenidən namizədliyini verəcək. Putinə alternativ siyasətçi, Navalnı olsa da onun qalib gəlmək şansı sıfıra bərabərdir. Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar sosial-iqtisadi vəziyyəti ağırlaşdırsada, Putinin beynəlxalq siyasətdə Rusiyanın rolunu artırması, Şərqi Avropa və Yaxın Şərqdə hərbi fəaliyyəti Putinə qarşı daxildə müəyyən dərəcədə populyarlıq qazandırıb.

Qeyd edim ki, Putin seçkini keçirdikdən sonra, əsas hədəfində Mərkəzi Asiya və Cənubi Qafqaz olacaq. Rusiya tam gücü ilə bu regionlarda öz siyasi-ideoloji təsirlərini, həmçinin təzyiqlərini artırmaqla, öz nəzarətini gücləndirməsi qaçılmazdı. Həmçinin Belarusun mərkəzdən qaçma siyasətinin qarşısına sərt təpki göstərəcək.

Qarabağ münaqişəsinə gəldikdə isə, danışıqlarda manipulyasiyanı davam etdirməklə, Azərbaycan və Gürcüstana qarşı separatizm, işğal siyasətini davam etdirməsi gözlənilir.

Xüsusi ilə Putinin Gürcüstan və Ukraynaya qarşı hərbi təzyiqləri qaçılmazdı. Xarkov və Odessa işğal edilə bilər. Bundan əlavə Bribaltikaya qarşı-öz sərhədlərində hərbi iştirakını artırmaqla, ciddi şəkildə təzyiqlərə start verməsi gözlənilir. Çünki, Qərblə Rusiya arasında soyuq savaş davam edir və yeni fazaya keçir.

Yaxın Şərqdə güclənən Putin post-sovet ölklərinə nəzarəti gücləndirməklə, ABŞ-ın Qafqaz və Mərkəzi Asiya siyasətinin qarşısını almağa çalışır. Həmçinin Şərqi Avropada öz sərhədlərinin yaxınlığında ABŞ-ın hərbi iştirakını təhlükəsizliyinə təhdid hesab edir. Ona görədə Şərqi Avropa və Baltikyanı Rusiya təhlükəsi ilə qarşı-qarşıyadır.

Rusiya tanklarının Şərqi Avropada irəliləməsinə-sərhəddi keçməsinə ABŞ-ın mane olması illuzuyadır. Necə ki, bunu Ukraynada və Gürcüstanda etdi…

Putinin Azərbaycana qarşı müəyyən planları var. Çünki, Putinin Avrasiya və KTMT planlarında yer almır. Müəyyən dərəcədə müstəqil siyasət aparır və TANAP, Bakı-Tiflis-Qars kimi geostrateji lahiyələrlə Rusiyanın maraqlarına uyğun olmayan siyasətə qol qoyub. Azərbaycan İqtidarına qarşı prezident seçkiləri öncəsi, Kreml Abbas Abbasovun başçılığı ilə siyasi ittifaq formalaşdıra bilər. Kremlin çevrəsində kifayət qədər hakimiyyətin qarşısına çıxarıla biləcək şəxslər var.

Azərbaycana Moskvanın səfir təyinatının gecikməsində, məhz diplomatik soyuqluqdan irəli gəlir. Seçki öncəsi, Kreml ermənipərəst Zuyevi səfir göndərməklə, Azərbaycana seçki öncəsi təzyiqləri planlaşdırırdı. Yeni səfir təyinatında Rusiya elə bir şəxsi göndərmək istəyir ki, keçmiş səfir Doroxin kimi loyal siyasət aparmasın.

Hazırda Rusiyanın təzyiqləri Qarabağ və Xəzər dənizində özünü biruzə verir.

Qərb Putinin aqressiyasını durdura bilməsə, Mərkəzi Asiya,Qafqaz və Şərqi Avropa yaxın beş il ərzində Rusiyanın əsas nəzarətinə keçmək təhlükəsi ilə üz-üzədir. Qərbin əlində əsas kart olan şimali Qafqazda hazırda Putinin tam nəzarətindədir.
Muhammed Asadullazade

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir