AB KARŞITI İKEN AVRUPA PARLAMENTOSU İÇİN YARIŞMAK

Ukrayna’da, Poroşenko devlet başkanlığı koltuğunu kaybetti

ZELENSKİNİN DAXİLİ VƏ XARİCİ SİYASƏTİ NECƏ OLACAQ?

Sri Lanka’da terör Kimin işi

PUTİN ÖTƏN İL DEDİKLƏRİNİ TƏKRARLADI

Gündem, Rusya 15 Aralık 2017
138

Rusiya prezidenti Vladimir Putin ildə bir dəfə geniş mətbuat konfransı keçirir. Putin bu yolla mətbuata və ictimaiyyətə açıq olduğunu sübut etməyə çalışır. Putin növbəti geniş mətbuat konfransını dekabrın 14-də keçirdi. Həmişəki kimi zalda Rusiyadan və xarici ölkələrdən mindən çox jurnalist iştirak edirdi.

Budəfəki mətbuat konfransı maraqsız idi. Bunu qeyri-rəsmi söhbətlərdə zalı tərk edən jurnalistlərin əksəriyyəti etiraf edib. Putin bu mətbuat konfransında yeni heç nə demədi. Rusiya prezidenti faktiki ötən il eyni mətbuat konfransında dediklərini təkrarladı. Doğrudur, müxalif fikirli bir neçə jurnalistin sualına şərait yaradıldı, ancaq ya prezidentin cavabları tam olmadı, ya da onların səsini yaltaq suallar hesabına boğdu. Məsələn, Putin ukraynalı jurnalistin Rusiyanın Donbass separatçılarına verdiyi dəstəklə bağlı sərt sualına cavab vermədən əvvəl hakimiyyətin nəzarəti altında olan “RİA-Novosti” agentliyinin sualını eşitmək istədi. Putin ikisinə eyni zamanda verdiyi cavabda yenə bütün günahı Ukrayna hakimiyyətinin üzərinə yıxdı və yenidən keçmişdə Ukrayna adlı dövlətin olmadığına eyham vurdu. Onun bu fikirlərində də yeni heç nə yox idi.

Mətbuat konfransında iştirak edən jurnalistərdən birinin “Atlas” Araşdırmalar Mərkəzinə verdiyi məlumata görə, bir xeyli jurnalist Putinin Qüds ətrafında yaranmış vəziyyətlə bağlı sual vermək istəyirdi. Ancaq Putin bu mövzuda heç bir suala cavab vermədi. Putin Qüds məsələsində ehtiyatlı mövqeyini qoruyur. Mətbuat konfransında diqqəti çəkən digər məqamlardan biri erməni jurnalistlərin çoxluğu idi. Ancaq onlar da Rusiya prezidentinə sual verə bilmədilər. Görünür, Ermənistanın Avropa İttifaqı ilə imzaladığı saziş Rusiyanın hakimiyyət dairələrində birmənalı qarşılanmayıb. Halbuki, Moskva İrəvanın Brüssellə saziş imzalamasına etiraz etməmişdi. Buna baxmayaraq, saziş imzalandıqdan sonra Rusiya hakimiyyətinin nəzarətində olan televiziya kanalları Ermənistan sərt tənqid etdilər, bu ölkənin Avrasiya İqtisadi Birliyinin üzvü olmasına rəğmən, Avropa İttifaqı ilə saziş imzalamasının yanlış olduğunu bildirdilər.

Vladimir Putin mətbuat konfransında söylədiyi fikirləri qısaca aşağıdakı şəkildə qruplaşdırmaq olar:

Birincisi, Putinin sözlərindən anlaşıldı ki, Donbass separatçılarına dəstək davam edəcək. Putinin bu fikri diqqət çəkdi: “Ukrayna hakimiyyəti Donbasın liderləriylə dialoq qurmalıdır. Dünyanın heç bir münaqişəsi qarşıduran tərəflərin dialoqu olmadan həll olunmur”. Bu cavabla Putinin Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışını da müəyyənləşdirmək olar. Belə çıxır ki, Putin Qarabağ münaqişəsinin həllində də rəsmi Bakının məhz Qarabağdakı separatçılarla dialoqunu vacib sayır. Halbuki, əgər Donbass separatçılarının arxasında Rusiya dayanırsa, Qarabağ separatçılarının da arxasında Ermənistan dayanır. Necə ki, Ukrayna hakimiyyəti bu faktora görə Donbass separatçıları ilə dialoq aparmır, eləcə də Azərbaycan hakimiyyəti Qarabağ separatçılarının kənardan idarə olduğunu bildirirvə bu səbəbdən onlarla müzakirələr aparmır.

İkincisi, Putin dedi ki, müxtəlif mövzularda ABŞ-la dialoqu genişləndirməyə hazırdır, ancaq Vaşinqton vəziyyəti daha da gərginləşdirməkdə davam edir. Vaşinqtonun mövqeyi bəllidir: Rusiya Krımdan imtina edəcəyi halda Rusiya ilə genişmiqyaslı dialoq bərpa olunacaq. Putun Krımdan imtina etməyəcək. Bu isə o deməkdir ki, Putinin Vaşinqtonla arzuladığı dialoq baş tutmayacaq.

Üçüncüsü, Putin yenə də Rusiya iqtisadiyyatının inkişaf etdiyini, sosial durumun yaxşılaşdığını bildirdi. Halbuki, jurnalistlərin suallarından da aydın idi ki, Rusiya iqtisadiyyatında, bank sistemində və sosial həyatında hələ xeyli problem var.

Putin mətbuat konfransında bircə dəfə aqressivlik nümayiş etdirdi. Ona Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili haqqında sual verildikdə Putin onun ünvanına sərt ifadələr işlətdi. Putin Saakaşvilini şəxsi düşməni hesab edir. Ancaq Putinin bu fikirlərində də yeni heç nə yox idi. Rusiya prezidenti əvvəlki mətbuat konfranslarında da Mixail Saakaşvili haqqında ən sərt ifadələr işlətmişdi.

“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar