KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Putin Lenine karşı

Putin Lenine karşı

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
327 0

Rusiya prezidenti Vladimir Putin son çıxışında bolşeviklərin lideri Lenini tənqid edib, onu imperiyanın dağıdıcısı kimi qələmə verib. Putin bir neçə il əvvəlki çıxışlarında isə bolşevikləri Birinci Dünya Müharibəsinin sonlarına yaxın almanlara satılmaqda, xalqa verdiyi vədləri yerinə yetirməməkdə ittiham etmişdi. Dediklərinin hamısı həqiqətdir. Bəs Putin Lenin mövzusuna yenidən niyə qayıdır?Fikrimcə, Putin Leninin vəsiyyətini yerinə yetirmək istəyir, yəni onun mumyalanmış bədənini Movzoleydən çıxarıb yaxınlarının yanında basdırmaq istəyir. Əlbəttə, bu kommunistlərin və yaşlı nəslin bir hissəsinin narazılığına səbəb olacaq, ancaq bununla Putin iki hədəfinə çata bilər. Birincisi, ölkədə iqtisadi və sosial vəziyyət getdikcə ağırlaşır, çoxları bundan danışır və bu ərəfədə “Lenin basdırılır” mövzusu bir müddət yerli ictimaiyyətin diqqətini məhz bu mövzuya yönəldəcək. İkincisi, Leninin basdırılması ölkənin islahat tələb liberal kəsimi və Qərblə münasibətlərində Putinə yeni səhifə açmasına hesablanıb. Məhz bu iki kəsim Putini avtoritar kommunist liderlərə bənzədirlər. Putin isə Lenini basdırmaqla bu bənzətmədən yaxa qurtaracaq. Yazıq və ya bədbəxt Lenin, 92 il bundan əvvəl ölməsinə baxmayaraq, əvvəlkitək siyasi alver predmetidir.

Elhan Şahinoğlu/atlassam/bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir