Azgın düşmanlığının hikayesi

İlham Əliyevlə Paşinyanın Davos görüşü erməniləri təşvişə saldı

Cavahetya’daki Ermeniler Ayrılıkçı Militanın Heykelini Dikti

“Ettelaat Azərbaycan Respublikasına qarşı mövqe birldirməmizi istəyir”

PUTİN KÖÇƏRYANI NİYƏ DƏSTƏKLƏYİR?

Ermenistan, Gündem, Rusya 13 Ocak 2019
19

Nikol Paşinyan Ermənistanda inqilab yolu ilə hakimiyyətə gəldi. Moskvanın inqilablardan xoşu gəlmir. Kremlin bölgədə (Gürcüstan, Ukrayna) baş verən bütün “rəngli inqilablara” münasibəti mənfidir. Ona görə də Kreml ilk gündən Paşinyana şübhə ilə yanaşdı. Doğrudur, Paşinyan il ərszində bir neçə dəfə Rusiyaya səfər etdi və bu ölkənin prezidenti Vladimir Putinlə görüşdü. Buna baxmayaraq, iki ölkə arasındakı münasibətlərdə problemlər qalır.

Nikol Paşinyan Ermənistanda “Qarabağ klanı”nın 20 illik hakimiyyətinə son qoydu. Dekabrda Ermənistanda parlament seçkisinin nəticələrinə görə “Qarabağ klanı” hətta parlamentdən kənarda qaldı. Bu faktor da Kremlin xoşuna gəlmədi. Bundan başqa, Ermənistanın eks-prezidenti Robert Köçəryan həbsxanadadır və məhkəməsi olacaq. Bu da Kremli narahat edən faktordur. Çünki Köçəryan Putinin ən yaxın dostlarından biridir.

Putin düşünürdü ki, Paşinyan Köçəryanı həbsdən azad edəcək. Ancaq Paşinyan belə bir addım atmadı. Bu, Putinin Paşinyana münasibətini daha da sərtləşdirdi. Belə bir təsəvvür yarandı ki, Paşinyan Putini saymır. Putin isə onunla hesablaşmayanda qəzəbli olur. Paşinyan Köçəryan məsələsində geri addım atmağı düşünmür. Çünki Paşinyan hesab edir ki, Köçəryan azadlıqda olsa, Ermənistan hakimiyyətinə qarşı qiyam qaldıracaq. Yəni Paşinyan Putinə görə Köçəryanı həbsdən azad etməyi düşünmür.

Köçəryan keçmiş prezident Serj Sərkisyandan güclü fiqurdur. Köçəryanın həm Dağlıq Qarabağda, həm də Ermənistan ordusunda tərəfdarları var. Ona görə də Köçəryanı həbsdə saxlamaq Paşinyan üçün daha məqbuldur. Azadlıqda olan Köçəryan Ermənistanı qarışdıra bilər.

Bəs bu halda Putin niyə Köçrəyanı dəstəkləyir? Ən vacib suallardan biri budur. Çünki həm Köçəryan, həm də Putin eyni düşüncəli insanlardır. Köçəryan separatçıdır, Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımının planlaşdırılmasında iştirak edib. Putinin isə separatçılara simpatiyası var. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı müharibəyə başlamasının əsas təşəbbüskarı Putin idi. Müharibənin nəticəsi olaraq Rusiya Abxaziya və Cənubi Osetiya separatçılarının “müstəqilliklərini” tanıdı. Putin daha sonra Krımı ilhaq etdi, Donbas separatçılarına dəstək verdi. Ona görə də Putinin Köçəryanla dostluğu anlaşılandır. İkisi də eyni siyasətə üstünlük verir.

Putin-Köçəryan dostuluğu bir çox mətləblərdən xəbər verir:

Birincisi, Putin Köçəryanla dostluq edərkən Rusiya prezidenti “Qarabağ klanı”nın Azərbaycan torpaqlarını işğal siyasətinə dəstək verir.

İkincisi, Putinin Paşinyanla münasibətləri normal olmasa da, Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllində maraqlı deyil. Çünki Putinin Ermənistandakı dostları işğalın davamını istəyirlər. Putin düşünür ki, bir gün Ermənistandakı dostları yenidən hakimiyyətə gələcəklər.

Üçüncüsü, Köçəryanın dostu olan şəxs Azərbaycanla dostluqda səmimi ola bilməz. İşğalçı və azərbaycanlıların soyqırımını törədən erməninin dostu eyni zamanda Azərbaycanın dostu ola bilməz.

Bu deyilənlər Rusiya xarici işlər naziri Sergey Lavrova və XİN mətbuat katibi Mariya Zaxarovaya da aiddir. Onlar nə qədər Bakıya gəlib Azərbaycan haqqında xoş sözlər desələr də, Putin kimi qəlbən ermənilərin dostudurlar. Moskvanın erməni separatçılarına tarixi rəğbəti bununla bağlıdır.

“Atlas” Araşdırmalar Mərkəzi
Elhan Şahinoğlu

Yorumlar