Rusiya hakimiyyəti çeçenlərin lideriləri olan Dudayevi, ardınca da Mashadovu ona görə qətlə yetirdi ki, (üstəgəl on minlərlə mülki insan bombalar altında həlak oldu) Çeçenistana nəzarəti bərpa etsinlər, separatizmə son qoysunlar. Ancaq Putinin vurğunu olan və az qala özünün Allahı sayan Çeçenistanın hazırki hakimi Ramzan Kadırov Rusiya üçün daha qorxunc fiqura çevrilməkdədir. Birincisi, Kadırov Çeçenistanda avtoritar fiqura çevrilib. O bildiyini edir, Putindən başqa heç kimlə hesablaşmır. Dudayev və Mashadov avtoritar rejimlər qurmamışdılar, Çenenistanda fərqli fikir söyləyən müxalifət var idi. Hazırda Çeçenistan yalnız Kadırovdan ibarətdir, bu bölgədə feodal qaydalar işləyir. Kadırov Putinin rəqiblərini özünün düşməni saydığından onları Moskvada da təqib edir (jurnalist Politkovskaya və siyasətçi Boris Nemtsovun qətlləri Kadırova uzanır). Kadırov indi də deyib ki, Rusiyanın sistemdən kənar müxalifəti satqındır və onları məhkəməsiz-filansız cəzalandırmaq lazımdır. Bu növbəti qətllərin anonsudur. Putin bu sözləri qəbuledilməz olduğunu açıqlamaqdansa Kadırovun başını tumarlamaqda davam edir. Ancaq bir gün Putin prezident olmasa, Kadırov kimə tabe olacaq, yeni Kreml sahibinin təlimatlarını yerinə yetirəcəkmi?
Elhan Şahinoğlu/atlassam/Bakü