Kurtları seven Rus işadamı, Türklerin desteği sayesinde internetin yıldızı oldu

AVRUPA KOMİSYONU BAŞKANININ MEŞRUİYETİNİ TARTIŞABİLİRİZ… AMA ŞİMDİ DEĞİL!

ABD yeni savunma sekreter vekili Mark Esper

Esper: F 35 tam kapasite kullanılamayacak

PUTİN ƏSƏDLƏ ƏRDOĞANI BARIŞDIRIR..

Gündem 25 Ocak 2019
43

Suriyada ABŞ-Türkiyə ziddiyyətlərinin inkişafı fonunda prezident R.T.Ərdoğanın Rusiya səfəri Ankaranın manevr imkanlarını genişləndirməklə yanaşı, YPG terror təşkilatına qarşı hərbi əməliyyatlara Putindən dəstək aldı.

ABŞ rəsmlərinin Ankaraya ardıcıl səfərləri, Trampla telefon danışıqlarında YPG məsələsində anlaşmanın əldə olunmasına gətirib çıxarmadı. Çünki, Vaşinqton Türkiyənin istəklərinə rəğmən bu terror təşkilatına dəstəkdən geri çəkilmir.

Türkiyə hərbi-diplomatik hücuma başlamasa, YGP terror təşkilatının mövcudluğu və inkişafı Türkiyəyə qarşı təhdidlərə yol açacağı real görünür. Ona görə də Ankaranın hərbi əməliyyatlarda qərarlı olduğu, amma Vaşinqtonun buna mane olması Moskva-Ankara yaxınlaşmasını labüd etdi.

Ankara hərbi əməliyyatlarla bağlı Moskvadan bu dəstəyi aldı. Qeyd edim ki, Vaşinqton Türkiyənin Moskva ilə yaxınlaşmasına görə YPG dəstəkləməkdən geri çəkilməyəcək. Bütün imkanlardan istifadə edib, Türkiyənin hərbi əməliyyatlarına qarşı olacaq.
Bundan əlavə, Ərdoğan-Putin görüşündə İdlib düyünü də müzakirə olunub. Ankaranın israrına baxmayaraq, burada terror quruplaşmaları mövcuddur. Suriyada terrorçuların son qalasıdır. Məhz Rusiya Türkiyəyə görə İdlibə fəal hərbi müdaxilə etmir.

Hazırda İdlibin Moskva ilə Ankara arasında bazarlıq olacağı istisna etmirəm. Rusiya İdlibə nəzarəti ələ almaqla Menbüc və Fəratın şərqinə Türkiyənin hərbi əməliyyatlarına dəstək verəcək. Qeyd edim ki, Rusiya Ankaranın Mebücə hərbi əməliyyat keçirməsinə qarşı idi. Danışıqlar nəticəsində artıq bu problemdə ortadan qalxdı. Bundan əlavə, bu görüşdə Putin Bəşər Əsədlə Ərdoğanın barışıq yollarıda müzakirə edilib. Ankara bu barışığa gedir. Artıq, bu anlaşmada var. Əvəzində isə, Əsəd YPG-ni dəstəkləməyəcək.
Göründüyü kimi ABŞ-ın YPG terror təşkilatını dəstəkləməsi, bu ölkənin Suriya siyasətinin fiaskosuna gətirir. Nəticədə isə, proseslər 180 dərəcə dəyişərək Türkiyə-Suriya barışığına və bu oyunda Rusiyanın qazanmasına gətirir.

Bir məsələni qeyd edim ki, Ərdoğan-Putin görüşündə Qarabağ münaqişəsi müzakirə olunmayıb. Çünki, Ankara hazırda Azərbaycan Ermənistan arasında birbaşa təmasa görə prosesdə Moskvanıın iştirakını məqbul bilməyib.
Muhammed Esedullazade

Yorumlar