Birleşik Arap Emirlikleri’nde ilk Hindu tapınağının temel atma töreni düzenleniyor

Tahran – Moskova ilişkisinin geleceği

Rusya, Suriye’ye İskender füzelerini yerleştirdi Mi

Gürcistan’ın NATO’ya neden ihtiyacı var?

PUTIN – ƏRDOĞAN: DOSTLUĞA DAVAM!

Gündem 23 Ocak 2019
35

Moskvada Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başa çatdı. Bu iki lider arasında bir il ərzində 26-cı (?!) görüş idi, yəni aya 2 görüşdən çox düşür. İki ölkə tarixində ilk yaşanır.

Liderlər Suriyanı müzakirə etdilər. Ərdoğan və Putin iki məsələnin üzərində xüsusi dayandılar. Birincisi, İdlib, ikincisi Suriya Konstitusiyasıdır. Əslində Ərdoğan və Putin hər iki mövzu ətrafında fikir ixtilafı yaşamasalar da, hər iki problem həll olunmayıb. Nə İdlib terrorçulardan azad olunub və Ankara hələ ki, silahlı müxalifəti terrorçulardan ayıra bilməyib, nə də ki, Suriya Konstitusiyasının necə olacağı ətrafında razılaşma var. Digər tərəfdən Putin Ərdoğandan fərqli olaraq YPG və PYD-ni terrorçu təşkilatlar saymır, onları “kürd qruplar” adlandırır. Demək, Putin gələcəkdə onlarla ittifaq qura biləcəyini də istisna etmir.

Buna baxmayaraq, Ərdoğan və Putin dostluqlarını davam etdirirlər. Çünki, ABŞ hər ikisinə qənim kəsilib. Nə qədər ki, Vaşinqton həm Rusiya, həm də Türkiyəni sıxışdırmağa çalışır, Ankara-Moskva ikilisi çat verməyəcək, hətta Suriyadakı duruma baxış fərqli olsa belə. Əslində Ərdoğanın Suriyaya baxışı Putinin xoşuna gəlmir, ancaq Rusiya prezidenti Suriyaya görə Ərdoğanla dostluqdan qopmaq istəmir. Çünki iki ölkə arasındakı münasibətlərdə pozitiv elementlər – ticarət mübadiləsi, atom elektrik stansiyasının tikintisi, “türk axını” layihəsi və C-400 anlaşması var.
Elhan Şahinoğlu

Yorumlar