KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. PREZİDENTLƏRİN CENEVRƏ GÖRÜŞÜ

PREZİDENTLƏRİN CENEVRƏ GÖRÜŞÜ

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
294 0

Bu gün Cenevrədə Azərbaycan prezidenti Ilham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanla Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bir araya gələcək. Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutan bu görüşdə, tərəflər münaqişənin həlli yolları, xüsusilə konkret detallar barədə müzakirə aparacaq.
Qeyd edim ki, Sankt -Peterburq görüşündən sonra, prezidentlərin görüşü müəyyən əhəmiyyət kəsb etsədə, irəliyə doğru addıımın atılması Ermənistan tərəfindən həyata keçirilməlidir. Bir ildən artıqdır ki, danışıqlar yüksək səviyyədə aparılmırdı. Görünür, həmsədrlərin müəyyən razılaşdırılmış bəndləri barədə prezidentlərin görüşünə ehtiyac yaranıb. Bir məsələ var ki, rəsmi Kreml Moskvadan kənar bir yerdə Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmasını qəbul etmir. Məhz Rusiya prezidenti V. Putinin münaqişənin həllində istəyi varsa, bunu Moskva və Soçidə keçirərdi. Qərbə mesajı olardı ki, konfliktin həllində irəliləyiş Rusiya ərazisində baş tutdu. Hazırda Qərblə Rusiya arasında soyuq müharibə gedir. Belə bir situasiyada V.Putinin iradəsindən kənarda -Qərbdə Ermənistanın razılığa gələcəyi real görünmür. Ona görə də prezidentlər masada olan təkliflərlə bağlı müzakirə aparıb, növbəti görüş üçün razılığa gələcəklər.
Cenevrə görüşündə əsasən “Kazan formulu” və ona müəyyən dəyişikliklər edilərək müzakirə ediləcək. Təbii ki, burada “mərhələli həll” öz aktuallığını saxlayır. İlk növbədə münaqişənin həllində irəliləyiş üçün Ermənistan bir neçə rayondan qoşunlarını çıxartmalıdır. Ermənistanın buna hansı şərtlər daxilində gedəcəyi, yaxud yenidən danışıqlar formatını pozacaq kimi məsələləri, növbəti aylarda aydın olacaq.
Ümumiyyətlə, Rusiyanın moderatorluğu altında olan münaqişənin real həlli, Qərbin ərazisində həyata keçməyəcək. Qeyd edim ki, ortada ilkin razılıq olsaydı, Soçidə MDB zirvə görüşündə Putin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edərdi.
Muhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir