KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Prezidentin ilk xarici səfəri: nədən Türkiyəyə?

Prezidentin ilk xarici səfəri: nədən Türkiyəyə?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
345 0

Şübhəsiz ki, prezidentliyə namizədin seçkidə qalib gəldikdən sonra ilk xarici səfəri hansı ölkəyə edəcəyi bir az simvolik məna daşıyır. Amma bu simvolik məna adətən strateji münasibətin əksidir.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Araz Aslanlı deyib.

O qeyd edib ki, əgər dövlətlər arasında strateji münasibətlər varsa, həmin simvolik dəyəri görürük:

“Biz bunun bariz nümunəsini ən sonuncu dəfə Vladimir Putinin seçkilərdən dərhal sonra, inauqurasiya mərasimi olmamış Türkiyəyə səfər etməsində gördük. Bu mənada ilk xarici səfər çox əhəmiyyətlidir. Bu, həm dövlətlərin indiyəqədərki münasibətlərinin ruhunun göstəricisi, həm də bundan sonrakı münasibətlərə verdikləri əhəmiyyəti göstərən bir məqamdır.

Bu mənada edilən ilk səfərlərə bəzən simvolik dəyər kimi baxıb əhəmiyyətini bir qədər az görməyə çalışılır, amma bu elə deyil. Bu, xeyli dərəcədə əhəmiyyətlidir. Keçmişə verilə dəyər və gələcəyə dair planların göstəricisidir. Ona görə də hesab edirəm ki, İlham Əliyevin növbəti dəfə prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə edəcəyi həm Türkiyə-Azərbaycan münasibətlərinin ruhuna uyğun bir addımdır, həm də bu münasibətlərin strateji xarakterinin gələcəyə doğru daha da dərinləşəcəyinin işarəsidir”.

A.Aslanlı onu da bildirib ki, Türkiyənin Azərbaycan xarici siyasətindəki mərkəzi rolunun möhkəmlənməsi əhəmiyyətlidir:

“Türkiyə Azərbaycan xarici xarici siyasətində daha mərkəzi bir yerə keçdi. Əvvəllər balanslaşdırılmış xarici siyasət idi. ABŞ, Fransa, Rusiya, Türkiyə və İran arasında balanslı mövqe tutulurdu. Düzdür, indi də balanslaşdırılmış xarici siyasət yürüdülür. Amma Türkiyə bu balansın mərkəzinə doğru daha əhəmiyyətli mövqeyə yüksəlir. Bu, həm qardaşlıq ruhundan qaynaqlanır, həm də iki ölkə arasında iqtisadi, hərbi-təhlükəsizlik münasibətləri, siyasi, mədəni münasibətlər, ümumi ifadə ilə ifadə edəcək olsaq, strateji münasibətlər güclənməkdədir. Yəni, bu səfər strateji münasibətlərdən qaynaqlanan səfərdir. Mütləq ikitərəfli münasibətlərin daha da dərinləşməsinə təkan verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə edəcəyinə dair ilk xəbəri “Haber7” telekanalı yayıb. Səfərin aprelin 25-də baş tutacağı bildirilir. Azərbaycan Prezidentinin səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırmla görüşü nəzərdə tutulub.

Müəllif: Səxavət Həmid

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir