“En iyi yazı” yarışması kazananları ödüllendirildi

Rus uzman: Milyonlarca mülteci barındıran Türkiye, Esad’a destek veremez

TATARLAR …. TATAR ETNONİMİ NEDİR ?

YENİ YILIN HÜKMÜNÜ ANLADIK; PEKİ YA DİĞER HUSUSLARIN HÜKMÜ NE?

PREZİDENT KİMİN TƏRƏFİNDƏDİR?

Ermenistan, Gündem 22 Nisan 2018
103


Ermənistanda iqtidar-müxalifət qovğasında ən çətin duruma düşənlərdən biri də prezident Armen Sərkisyandır. Bəli, onu indiki baş nazir Serj Sərkisyan Londondan dartıb gətirib və Ermənistan parlamentində prezident seçdirib. Normal durumda Armen Sərkisyan Serj Sərkisyandan asılı olmalı idi. Ancaq indi Ermənistanda durum fərqlidir və onu vəzifəyə gətirənin müxalifət üzərində qələbə çalıb-çalmayacağı bilinmir. Ən pis halda Serj Sərkisyan birinci dəfəki prezident seçkisində olduğu kimi polisə “atəş açın” əmri versə və 10 il əvvəlki kimi onlarla insan qətlə yetirilsə bu indiki prezident Armen Sərkisyanı çətin dilemma qarşısında qoyacaq. Bu, qətliama göz yummaq Serj Sərkisyanın cinayətinə şərik olmaq demək mənasına gələcək. Ona görə də Armen Sərkisyanın son iki addımı məndə onun tərəddüd keçirdiyi görüntüsü yaradıb.

Birincisi, o Serj Sərkisyandan əvvəl radikal müxalifətin lideri Paşinyanla görüşdü. Özü də Serj Sərkisyandan fərqli olaraq Paşinyanı otelə çağırmadı, küçənin ortasında görüşdü. İkincisi, Armen Sərkisyan bugünkü açıqlamasında tərəfləri dialoqa və qarşıdırmadan çəkinməyə çağırdı. Bu müxalifətdən çox hakimiyyətə çağırışdır ki, Serj Sərkisyan polisə “atəş açın” əmrini verməsin. Armen Sərkisyan Serj Sərkisyana yarı gizli mesaj göndərir ki, sənin cinayətlərinə şərik olmayacaq.
Elhan Şahinoğlu

Yorumlar