Prezident İlham Əliyev Adam Delimxanovu qəbul edib

Rəsmi Bakı Dağıstan və Çeçenistanla siyasi və iqtisadi əlaqələri genişləndirmək qarşılğında Putinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə marağının artacağına ümid edir. Ancaq rusiyalı və şimali qafqazlı rəsmilər bir tərəfdən Azərbaycanla iqtisadi və ticarət əməkdaşlığının genişlənməsini istəyərkən, digər tərəfdən Azərbaycanın kənd təssərrüfatı məhsulları Rusiya ilə sərhəddə günlərlə saxladılır və mallar xarab olur. Görünür, Rusiya daxilində Azərbaycanla əməkdaşlığa birmənalı yanaşma yoxdur, şimal qonşumuzda ikitirəlikdir, əməkdaşlığa mane olmaq istəyənlər də var. Əgər Çeçenistan və Dağıstan rəhbərləri Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyirlərsə həmin pozucu qüvvələrlə mübarizə aparmalıdırlar.



Yorum gönder