KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. PAŞINYANIN”YOL XƏRITƏSI” XƏRITƏSIZLIK VƏ XƏYALİ TƏCAVÜZ NÜMUNƏSI KIMI

PAŞINYANIN”YOL XƏRITƏSI” XƏRITƏSIZLIK VƏ XƏYALİ TƏCAVÜZ NÜMUNƏSI KIMI

Kafkassam Editör Kafkassam Editör - - 23 dk okuma süresi
364 0

Siyasi xadimlərinin fəaliyyətini tənzim edən ən mühüm sənədlərdən biri dünyada “yol xəritəsi” olaraq qəbul edilmişdir. Bəs yol xəritəsi nələri əhatə edir? Beynəlxalq diplomatik sorğu kitablarına görə “yol xəritəsi” iqtisadiyyatın rəqabət qabiliyyətliliyini, inklüzivliyini və sosial rifahını daha da artıracaqdır. İnvestisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafına yardım edəcəkdir.
Bir neçə aydır erməni mətbuatını diqqətlə izləyirəm. Ermənistan Respublikasında Azərbaycan ordusunun zəfərindən sonra Paşinyanın imzaladığı kapitulyasiyadan sonra çox mühüm qərar-yaxın gələcək üçün bir “yol xəritəsi” hazırlanıb. Haylı küylü “yol xəritəsi”ni özünə demokratik və innovativ imic vermək üçün Paşinyan ilk olaraq Facebook səhifəsində, sonra erməni dilində “Civilnet”də 18 noyabr 2020-ci ildə çap olunub. Paşinyanın Ermənistan vətəndaşlarına müraciəti olan “Yol xəritəsi” giriş və nəticə də daxil olmaqla 15 maddədən ibarətdir.
Mətbuatla az görüşən Paşinyan tədbirlərini pandemiya bəhanəsi ilə ya onlayn keçirir, ya da sosial mediyada yayınlayır. Yalnız sosial mediyada yayınlandıqdan sonra yerli və xarici mətbuat istifadə etməyə başlayırlar. Müəllif “yol xəritəsi”ndə Ermənistanın mövcud ağır vəziyyətdən çıxması üçün yollar axtarılmasını, metodların və proqramların müəyyən edilməsi ilə əlaqədar çalışmaq vaxtının gəldiyini qeyd edir.
Paşinyan “yol xəritəsində” gec də olsa üzəvari olaraq nə qədər səmimi olduğu bilinmədən “özümü mövcud vəziyyətdən bir nömrəli cavabdeh hesab edirəm” etirafını edir. Cinayətləri, ölkəsinə faciələr və kapitülyasiya aktı gətirdiyini etiraf edən şəxsin təkrar hakimiyyət uğrunda mübürizə aparmasını başa düşən çox azdır. “Yol xəritəsidə” müəllif məqsədi ilə əlaqədar qeyd edir ki,”ağır vəziyyəti aradan qaldırmaq, ölkədə sabitlik və təhlükəsizlik yaratmaq üçün də məsuluyyət daşıyıram. Bu məsuliyyətdən imtina etmək niyyətində deyiləm, həm də tam olaraq qəbul edirəm.”
1-ci maddədə Qarabağda ATƏT Minsk Qrupu həmsədrləri formatında Dağlıq Qarabağ sülh prosesnin bərpası qeyd edilir.Artıq azərbaycanın Qarabağla əlaqədar ATƏT Minsk Qrupu həmsədrlərinin məsləhətinə heç bir ehtiyacı yoxdur. Məgər baş nazirin xəbəri yox mu ki, Qarabağ məsələsi Azərbaycan ordusunun qalibiyyətli yürüşü ilə həll edilmişdir. Artıq Azərbaycanın Qarabağ deyilən məsələsi yoxdur. Birinci maddədə Arsaxla əlaqədar qeydlər müstəqil Azərbaycana “yol xəritəsi” ilə müdaxilədir.
Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, “Dağlıq Qarabağ Azərbaycandır!” və onun heç bir statusu olmayacaqdır. Ermənilərin əvvəllər yaşadıqları yerlərə heç br maniyə olmadan Azərbaycan vətəndaşı olaraq qayıda bilərlər.
2-ci maddədə də Paşinyan seçicilərə təsir göstərmək üçün Asax nağılını yeni və köhnə məzmunla danışmağa davam etdirir. Azərbaycan Respublikası Dağlıq Qarabağda yaşamış ermənilərin yaşadığı yerlərə qayıtmasına hər cür şərait yaradır. Paşinyanın “Arsaxın normal həyatını tamam ilə təmin etmək” qeydləri sağlam qonşuluq mübasibətlərindən xəbər vermir.
Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsində qalib gəlib işğalda olan torpaqları azad etdikdən sonra da “yol xəritəsi”ndə “DQR”” səlahiyyətlilərinin nəzarəti altında olan ərazilərdən“ danışır. Əslində Azərbaycanda olan məlumatlardan aydın görünür ki, “DQR” səlahiyyətliləri” cinayətkar qrupdur və qanun qarşısında cavab vernməlidirlər. “Yol xəritəsində” səlahiyyəti haradan aldığını bildirməsə də xəyali olsa da Dağlıq Qarabağda ermənilərin “zədələnmiş evlərin, mənzillərin və infrastrukturun bərpasından danışır ki, bu da dünya diplomatik terminologiyasında başqa ölkəyə müdaxilə amili olaraq qəbul edilir.
Heç bir əsası olmasa da xəyali olaraq Qarabağda sosial təminat məsələləri həll ediləcəkdir. 3 maddə(1-3) Ermənistana heç bir aidiyyatı olmayan süveren Azərbaycan respublikasının tarixi ərazisi olan Dağlıq Qarabağa aiddir. Bu kimi maddələrin yol xəritəsinə daxil edilməsi onun mühüm dövlət sənədi olmaq xüsusiyyətini əsaslı şübhələr altında qoyur.
4-cü maddədə xəyali təsəvvürlər əsasında tərtib ilinub. Güya “Ermənistan ərazisində müharibə zamanı zədələnmiş yaşayış və ictimai tikililər bərpa edilməlidir. Ermənistanda infrastruktur bərpa ediləcəkdir. Burada “yol xəritəsinin” real tarixi həqiqətlərə arxalanmadığı aydın görünür. Dünyada belə bir səhv qavrayış yaratmağa çalışılır ki, güya Ermənistan ərazisində müharibə getmişdir.Tikililər bərpa edilməlidir. “Yol xəritə”sinin 4-cü maddəsinin real tarixlə heç bir əlaqəsi yoxdur. 5-ci maddədə “əlil hərbi qulluqçular üçün sosial təminat, protez və peşə təhsili” məsələlərindən danışılır.
6-cı maddədə “əsir götürülmüş əsgərlərin və mülki şəxslərin dərhal geri qaytarılması, ailələri üçün sosial təminatların verilməsi, itginlərin taleyinin tez bir zamanda aydılaşdırılması, ailələr üçün sosial təminatların verilməsindən danışılır. Bu maddədə Ermənistanın çox süi istifadə etdiyi məsələlərdəb biri də əsir götürülmüş əsgərlər və mülki şəxslərlə əlaqədardır. Azərbaycan Ermənistan və Rusiya ilə birlikdə imzalanmış müqaviləyə hərfən uymuş, qeyd olunan qrupa daxil olanları qaytarmışdır. Lakin Ermənistanın azərbaycana göndərdiyi diversantlar saxlanılmış və məlum olmuşdur ki onlar çox ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikası haqqlı olaraq beynəlxalq hüquq əsasında onlar üzərində məhkəmə tədqiqatına başlamışdır.Ermənistan isə beynəlxalq müstəvidə diversantları “hərbi əsirlər” olaraq təqdim edib onların azad edilməsinə çalışırlar.
7-ci maddədə Ermənistanda heç vaxt mümkün olmayacaq psixoloji reablitasiya sisteminin formalaşdırılacağı qeyd edilir. Ona görə ki, siyasilər xalqa nə zamansa “dünyada olmuş xəyali erməni hakimiyyətindən”, “Böyük Ermənistandan”, soyqırımlardan danışırlar. Bu isə xüsusən azərbaycanlılara qarşı yalnız düşmənçilik tərbiyəsinə nail olurlar.
8-ci maddədə mollanın ölüyə verdiyi Fatihə timsalındadır. Ermənistanın ordusunu məhv edəndən sonra Silahlı qüvvələrdə islahat proqramının təsdiq edilməsini və islahatların başlanmasını qeyd edir. 9-cü maddədə koronavirusu aradan qaldırmaqdan danışılır. 10-cu maddədə yarım cümlə “iqtisadi fəaliyyət mühütünün bərpası “ nəzərdə tutulur.11-ci maddə demoqrafik problemlərin həlli üçün proqramların aktivləşdirilməsindən danışılır.
12-ci maddə Seçki məcəlləsində dəyişikliklərlə əlaqədar yeni qanunun qəbul olunması haqqında partiyalara məlumat verilməsindən məlumat verilir. 13-cü maddədə korrupsiyaya qarşı mübarizə məhkəməsinin yaradılmasında dən, 14-cü maddədə ilk addım kimi ixtisaslaşmış hakimlər institutunun tətbiqi, qanunsuz əmlakın müsadirə edilməsi haqqında qanunun işə salınması nəzərdə tutulur.
14-cü maddədə “siyasi və vətəndaş cəmiyyətinin nümayəndələri ilə müntəzəm tematik məsləhətləşmələr aparmaqdan” bəhs edir. 15-ci maddədə “erməni təşkilatları və diaspora şəxsləri ilə müntəzam tematik məsləhətləşmələr aparmaq”dan danışılır. Yuxarıda qeyd olunan proseslərə erməni-diaspor fərdlərinin srukturlarının cəlb edilməsi xüsusi ilə qeyd edilir. Paşinyan müəllifi olduğu “Yol xəritəsinin” fəaliyyətə başlaması üçün 6 ay vaxt lazım olduğu da qeyd
Əslində ətrafında olanlardan kimsə Paşinyan cənablarına “Yol xəritəsinin “ tərtibinə verilən demokratik, dövlətçilik və metodiki tələblər verməli idilər. Paşinyan aydın görünür ki, Cıdır düzündəki Yallı diplomatiyasında olduğu kimi heç kimin məsləhətinə qulaq asmaq istəməmişdir. Əgər bilənlərə, diplomatik təcrübəsi olanlara, heç olmasa dünyada ona qədər hazırlanmış yol xəritələri ilə tanış olan siyasətşünaslardan məsləhət alsaydı bu, ölü doğulan “Yol xəritəsi” bəlkə də heç doğulmazdı.
Ölkə başçısının, Ermənistanın Baş naziri vəzifəsini yerinə yetirən Paşinyan “Yol xəritəsində” kardinal məsələlər qoymalı və ölkənin heç olmasa yaxın 5 ilə prioritetlərini başa düşülən şəkildə müəyyən etməli idi. “Yol xəritəsi” strateji sənəd olub, çox ciddi, ölkənin ehtiyac duyduğu məsələlər əsaslı, real faktlar əsasında təhlil edilməlidir. Paşinyanın “yol xəritəsi” ilə ilk tanışlıqdan məlum olur ki, ölkənin faciəvi və fəlakətli iqtisadi vəziyyəti gizlədilir. Hardan çıxdığını bilməyən hara getdiyini də müəyyən edə bilməz. Ermənistan əlində “yol xəritəsi” olmasına baxmayaraq xəritə kordur yol göstərə bilmir. Yol xəritəsində gəlişi gözəl mənasız nəticələrin meydana gəlməsinə səbəb olur. Yoldaş baş nazir, sənin “yol xəritəni” opponent kimi oxudum gözləyirdim ki, Ermənistanın real vəziyyətinə əsaslanaraq həm qlobal, həm də regional trendləri göstərəcəksiniz. Görmədim.
Strateji baxış ondan ibarətdir ki, “yol xəritəsi” adından da göründüyü kimi yol göstərən mayak olmalıdır. Ermənistan kimi faciəli günlərini yaşayan ölkənin ən vacib tədbirlərini müəyyən etməli idi. Gözlənilirdi ki, müəllif əhalinin rəğbətini qazanmaq üçün “yol xəritəsi”nin hazırlanmasına görkəmli mütəxəsisləri dəvət edəcəkdir. Hazırlayacaq “yol xəritəsi”ndə ən mühüm və əsas məsələ Ermənistanın mümkün olmayan davamlı iqtisadi inkişafının təmin olunmasının yolları göstərilməli idi.
Ermənistanın məhv olmuş iqtisadiyyatında davamlı inkişaf olmadan ölkənin rəqabətə davamlılığının artırılması bir yana qalsın, regional inteqrasiyaya gedən yol da “yol xəritəsi”ndə qapanıb. Ermənistan istər qlobal, istərsə də regional dəyər zəncirində özünə məxsus heç nəyi yoxdur. Axı, Ermənistanı Paşinyan və ona qədər olan “paşinyanlar” beynəlxalq ianə ilə saxlayırdılar. Ermənistanda sosial rifah təsəvvür edilməz vəziyyətdədir. “Yol xəritəsi”ndə isə ən vacib məsələ Ermənistanda sosial rifahın yaxşılaşdırılması yollarını və eyni zamanda çox vacib olan mənbələrini göstərməkdir.Tərtibi praktikasında strateji baxışa daxil olan “yol xəritəsi”ndə funksional olaraq sektorlar müəyyən edilməlidir.
Xəyali-real əsası olmayan revanşizmdən ayrılmayan müəllif real sektordan danışmaq lazım olanda qisasçılıq çağırışları ilə özünün, həm də “yol xəritəsi”nin uğursuzluqlarını ört basdır etməyə çalışır. Paşinyanın “yol xəritəsi”ndə sosial məsələlər məqsədli olaraq, təmin edə bilməyəcəyini vaxtında müəyyən edərək siyasətin kölgəsində əridilir.”Yol xəritəsi” Ermənistanın son günlərə qədər həyata keçirdiyi demək mümkün olmasa da sosial siyasəti , xüsusi ilə dünyada qərarlaşan sosial bazar modelinini göstərə bilməmişdir. Modelin meydana çıxmasına və onun qərarlaşmasının yolu da xəritədə göstərilməmişdir.
Paşinyanın “yol xəritəsi”ndən fərqli olaraq ona qədər dünyanın müxtəlif ölkələrində tərtib olunan “yol xəritələri”də əsas füqur insandır. Paşinyanın yol xəritəsinin strategiyasızlığı ondadır ki, onun xəritəsində insan amili yoxdur, insan nəfəsi hiss edilmir. Dünyada “yol xəritəsi”ndə infrastruktur çətiri deyilən birləşdirici sistem fəaliyyət göstərir.
Qarabağ haqqında “yol xəritəsi”nə daxil edilən xəyali müddəalar az qalır ki, deyək müəllif İşğaldan azad edilmiş yerlərin inkişafı ilə əlaqdar “yol xəritə”si hazırlamağa cəhd göstərmişdir. Axı, Azərbaycanın Ermənistan işğalından azad edilən torpaqlarının inkişafı ilə əlaqədar olaraq mükəmməl “yol xəritəsi” hazırlanmış və yerinə yetirilməkdədir. “Yol xəritəsi” Ermənistanın prioritet istiqamətlərini də Qarabağala əlaqələndirir.
Xəyali olduğu halda Ermənistanın real prioritet istiqamətləri yoxdur. İnkişaf etdirilməsini planlaşdıran Ermənistanda fiskal və monetar siyasətin uzlaşdırılması haqqında “yol xəritəsi”ndə müəyyənedici istiqamətlər yoxdur. Yol xəritəsində bu gün Ermənistan üçün bütün zamanlardan daha da vacib olan insan kapitalının inkişafı məsələsinə toxunulmamışdır. Yol xəritəsindən gözlənilən o idi ki, Ermənistanın əmək bazarının regional, qlobal və milli iqtisadi inkişaf təlabatına uyğunlaşdırılması ilə əlaqədar yazmaq əsəbi olduğu üçün yadından çıxıb.
Ermənistanda biznes mühütünün yaxşılaşdırılması “yol xəritələri”nin ən mühüm tələblərindən biri olmalıdır. Lakin bizneslə əlaqədar yollar aydın deyildir. Müəllifin Ermənistanın əmək bazarı ilə əlaqdar qeydlər etməməsi “”yol xəritəsi”nin ən mühüm nöqsanlarından biri hesab edilməlidir.
Qarabağın tarixinə və işğalına retro baxış ona “yol xəritəsi”ndə də Ermənistandan bəhs etməyə imkan verməmişdir. Daha çox Qarabağa aid məsələlər heç bir əlaqəsi olmayan, işğalından azad olmuş Ermənistanın qeyri qanuni və beynəlxalq hüquqa zidd olaraq “yol xəritəsi”ndə verilir. Onda soruşmaq olar: Qarabağa aid məsələlər Ermənistanın inkişafının yol xəritəsinə nə üçün daxil edilmişdir? Buna, Ermənistanın yol xəritəsində Qarabağ torpaqlarını yeni formada “yol xəritəsi” ilə “işğal edilməsi “ deməkdir. Qarabağla əlaqədar kapitulyasiya aktına imza edən lider “yol xəritəsi”ndə belə bağışlanılması və haqq qazandırılması mümkün deyildir. Hə halda Paşinyan “yol xəritəsi”nə görə Azərbaycandan üzr istəməli olduğu qənaətinə gələcəkdir.
Baş nazir olsan da tarixi reallığı qəbul etməlisən, onsuz da tarixi reallıq zorla olsa da özünü qəbul etdirir. “Yol xəritəsi” deyərək dünyaya sırımağa çalışdığın əslində Ermənistanın deyil, kapitülyasiya aktı ilə sahibi Azərbaycana verməyə məcbur olduğun torpaqlar “yol xəritəsi”nə əsassız daxil edilib. Axı, dünyada terminoloji olaraq siyasətçi ləyaqəti deyilən bir yanaşma var. Aktla torpaqları sahibinə verir, sonra da “yol xəritəsi”ndə o torpaqlarda həyata keçiriləcək “tədbirləri” göstərirsən. Axı, sənin Qarabağda tədbirlər görməyə nə imkanın, haqqın, nə də Qarabağın ona ehtiyacı da yoxdur. Artıq Azərbaycan respublikasının Qarabağla əlaqədar mükəmməl yol xəritəsi hazırlanmış və icra olunmağa başlanmışdır.
Əslində diplomatik dildə ifadə etməli olsaq sizin “yol xəritəsi”ndə süveren Azərbaycana müdaxilə görünür. Bu isə qəbul edilməz və diplomata yaraşmayan jestdir. Siyasi lider belə hərəkət edəndə kapitulyasiya aktına atdığı imzadan üzr istəməli və utanmalıdır.
Dövlət əmlakının idarə edilməsi məsələsi “yol xəritəsi”ndə əsas məsələlərdən biri olmalıdır. Fəlakət vəziyyətində olan Ermənistan iqtisadiyyatının inkişafı mümkün olmasa da nizamlanması yollarını konkret xəritədə olduğu kimi müəyyən edilməlidir. Baş nazir vəzifəsini ifadə edənin “yol xəritəsi”ndə xəyali deyil, real beynəlxalq layihələr müəyyən edilməli idi. Beynəlxalq layihələrə Ermənistanın çıxışı Azərbaycan Respublikası olmadan mümkün deyildir. Son səkkiz ayda Azərbaycan sizdən gördüklərini ifadə etməyə ehtiyac olsa-xəyanət, yalan, öhdəlikləri yerinə yetirməyən şəklində ifadə edilməlidir. Epitetləri dünya da təsdiq edir.
Gözlənilirdi ki, baş nazir kapitulyasiya imzaladığı ölkə ilə münasibətlərini düzəltməyə çalışacaqdır. Hələ də Paşinyan siyasətinin qeyri bəşəriliyi ondadır ki, Azərbaycan qarşısında kapitulyasiya aktını imzalayır və saysız hesabsız minaları azad edilmiş Azərbaycan torpaqlarına basdırtdırır.
Burada bir məsələnin qeyd edilməsinə ciddi ehtiyac var. Minaların basdırılması hadisəsi Ermənistanın dövlətçilik sirrindən xəbər verir. Ermənistan 30 il müddətində mütəmadi olaraq kapitulyasiyaya döğru getdiyini bilirmiş. Ermənistan bilirmiş ki, bu işğal olunan yerlər onun deyildir. Bu gün deyisə də sabah sahibi gəlib azad edəcək. Ona görə də işğal etdiyi ərazilərdə bir daşı daş üstə qoymamış, əksinə daş üstündə olan daşı dağıtmışdır. Oona gğrə də işğal olunan torpaqlar azad ediləndən sonra dünyanın gözü qarşısında tarixin görmədiyi dəhşətli vandalizm aktının nəticəsi ilə üz üzə qaldılar.
Məqaləni tamamladığımda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan sanki Paşinyan kimilərin bədnam “yol xəritəsinə” qarşı çox mühüm tarixi sənədi-Şuşa bəyənnaməsini imzaladılar. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi idi. Eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaqdır.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
15.06.2021
Azərbaycan

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir