İran ABD gerginliğinde diplomasi

UKRAYNA’NIN ASKERİ TEKNİK KOMPLEKSİ RUSYA’YI DENGELEYEBİLİR Mİ

ОРГАНИЗАЦИЯ УПРАВЛЕНИЯ ГОРСКИМИ НАРОДАМИ СЕВЕРНОГО КАВКАЗА В XIX — НАЧАЛЕ XX ВВ.: ОСНОВНЫЕ ЭТАПЫ, ОСОБЕННОСТИ И ПРОБЛЕМЫ

İran tehditleri hakkında ciddi istihbarat bilgilerimiz var

Pasinyanın Qarabağa dair addımları nə ifadə edir?

Azerbaycan, Ermenistan, Gündem 11 Mart 2019
34

Paşinyanın hazırkı ilk dərdi daxili siyasətdə ipləri öz əlinə sadəcə siyasi deyil, həm də faktiki mənada almaqdır.Bu mənada Qarabag məsələsi onun üçün öncəliklə daxildəki güc balansi baxımından strateji məna ifadə edir.

Bu çərçivədə Paşinyanın Qarabağ mövzusundaki (oğlunu əsgərə göndərməsi, Qarabağ ermənilərinə tərəf statusu təklifi, İran səfərində baş verənlər, Qarabağda Təhlükəsizlik Şurası cagirmasi) daxili aspektdən iki cür yozula bilər:

1. Pasinyan Ermənistanda həqiqi mənada hakim olmanın əvəzində Qarabağ klanına və “dərin erməni aklina” (Turkcə deyişlə “müesses nizama”) güzəştlər edir. Bu güzəşt də “Qarabağda sərt mövqeyə davam” şəklində özünü göstərir. Bunun qısa vədəli yoxsa uzun vədəli mi oldugu indidən demək çətindir.Uzun vədəli olsa Pasinyanı sələflərinin taleyi, Ermənistanı da problemlərinin daha ağırlaşdığı gələcək gözləyir.

2. Pasinyan müxalif Qarabağ klanının Ermenistan-Qarabag xətti arasındakı əlaqəni qoparmaq və Qarabağ klanını öz siyasi nəzarəti altına almağa çalışır. Bu stratejinin iki ayağı var:

a) Üstdə qeydə edilən popülist addımlarla Qarabağdakı separatçılar arasında güc və inam əldə etmək

b) Ermənistanda Qarabag kartini əsas rəqibi Koçaryan- Sarkisyan-Dasnak xəttinin əlindən almaq. Bu hissədə də iki fərqli taktika müşahidə edilir:

ba) Bir yandan popülist yanaşma ilə Ermənistanda xalq içərisində Qarabağ həssasiyyətini istifadə edən əsas rəqibi Kocaryan-Sarkisyan-Dasnak xəttinin ən mühüm silahını əlindən almaq.

bb) Ermenistanda həm öz daxili maraqlarına uyğun olan, həm də Qarabağ məsələsində onu siyasi risq yaratmayacaq və Qarabağ klanına yeni bir muxalif himayədar tapmaq. Movcud siyasi reallıqlarda Levon Petrosyan buna uyğun namizəd kimi görünür.Petrosyanın son dövrlərdə Pasinyanla arasına məsafə qoymağa çalışması bu taktikanı işarəsi kimi yozula bilər.

Bilirəm biraz abstrakt, qarisiq bir şərh oldu, ancaq vəziyyət düzgün təhlil etmək və doğru qarşı həmlələri üçün mümkün qədər soyuq başla davranmaq və Ermənistan daxilindəki ziddiyyətləri hər tərəfli nəzərə almaq lazımdır…
Dr Nazim Cafersoy

Yorumlar