Putin, sözünün eri olana ve güvenli insana değer verdiğini belirtti

Türkiye’nin kilitlendiği OHAL nedir?

HUB Silicon Valley intends to open a center in Yerevan

Azerbaycan İran Ambargosunu Deldiği İçin ‘’Royal Bankı’’ı Kapatmıştı

PAŞİNYANIN MESAJLARINI NECƏ OXUMAQ LAZIMDIR?

Ermenistan, Gündem 25 Nisan 2018
106


Serj Sərkisyan üzərində qələbə çalan Nikol Paşinyanın bugünkü mətbuat konfransında suallara verdiyi cavablardan gəlinən nəticələri sıralamağa çalışaq. Birincisi, Ermənistanın yeni hakimiyyəti Rusiya ilə müttəfiqlikdən qopmayacaq. Bu heç gözlənilmirdi də. İkincisi, yeni hakimiyyət Rusiya hərbi bazalarından imtina etməyəcək, Ermənistan Moskvanın baş rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, o cümlədən Avrasiya İqtisadi İttifaqından çıxmayacaq. Üçüncüsü, yeni hakimiyyət əvvəlkitək Rusiya hərbçilərinin Türkiyə və İran sərhəddini qorumasında maraqlıdır. Dördüncüsü, Paşinyan Rusiya ilə dostluqdan danışarkən İranın adını daha çox çəkib və bu dövləti ölkəsi üçün strateji əhəmiyyət kəsb etdiyini dönə-dönə vurğulayıb. İrandakı rejim Paşinyanın bu sözlərdən sevincə qərq olmalıdır. Maraqlıdır ki, Paşinyana Qarabağla bağlı ya sual verilməyib, ya da o bu haqda hələ danışmağa tələsmir.

İlk baxışdan Paşinyanın xarici siyasətlə bağlı fikirlərinin hakimiyyətdən qovduğu Serj Sərkisyanın xarici siyasətindən fərqi yoxdur. Ancaq Paşinyandan fərqli fikir gözləmək də əbəsdir. O Rusiyaya meydan oxuyası deyil ki və ya “Dağlıq Qarabağ Azərbaycana məxsusdur, işğal etdiyimiz torpaqları sahibinə qaytarmalıyıq” açıqlamasını da verməz, Ermənistanda bunu dilə gətirə biləcək siyasətçi yoxdur. Ancaq önəmli olan açıqlamalar deyil, gedişatdır. Məsələn bir tərəfdən “Rusiya bizə qardaşdır” deyib, o biri tərəfdən strateji müttəfiqi ilə həll olunası məsələlərin var olduğuna işarə edib. Paşinyan üzərinə böyük yük götürüb, bu yükü daşımaq ona çətin olacaq. Bu yük Serj Sərkisyana belə ağır gəldi və elə ona görə də istefa vermək məcburiyyətində qaldı.
Elhan Şahin

Yorumlar