Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

Putin Merkel görüşmesi

PAŞİNYANIN GÜRCÜSTAN SƏFƏRİNİN ƏSAS MƏQSƏDİ BƏLLİDİR

Azerbaycan, Ermenistan, Gündem, Gürcistan 30 Mayıs 2018
40


Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana yola düşüb. Bu onun baş nazir qismində ilk xarici səfəri sayıla bilər. O baş nazir seçildikdən sonra ilk olaraq Dağlıq Qarabağa gəldi və separatçılara “ürək-dirək” verdi. Paşinyan daha sonra Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Ancaq bunu rəsmi səfər adlandırmaq çətindir. Çünki Paşinyan Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak etmək üçün Soçiyə getmişdi. Gürcüstana səəfər isə rəsmi status daşıyır və iki gün çəkəcək.

Fikirmcə, Nikol Paşinyanın Gürcüstana səfərinin və bu ölkə ilə əməkdaşlığa bu qədər önəm verməsinin əsas səbəbi Tiflisdən Abxaziya üzərindən Ermənistana dəmir yolununu açılmasına icazə verməsinə nail olmaqdır. Paşinyandan əvvəlki Ermənistan liderləri bunu çox arzulasalar da Rusiya-Gürgüstan dəmiryolunun açılışına nail ola bilmədilər. Paşinyan bu yolun açılmasıyla xarici siyasətdə ilk uğurunu əldə etmək istəyir.

Paşinyanın Tiflisə səfərinin başqa tərəfi də var. Cənubi Qafqaz ölkələrindən Avropa İttifaqı ilə ən sıx əlaqələri Gürcüstan qurub. Paşinyan Gürcüstanın bu təcrübəsini öyrənmək istəyir. Təsadüfi deyil ki, Nikol Paşinyan çıxışlarında Avropa İttifaqı ilə vizasın gediş gəlişə nail olmaq istədiyini bildirib. Gürcüstan bu hədəfə daha tez nail olub.

Nikol Paşinyan Tiflisdən sonra ermənilərin yaşadığı Cavahetiya bölgəsinə də gedəcək. Bu da bir ilkdir. Ermənistanın müstəqil olduğu bu illərdə bu ölkənin heç bir prezidenti və ya baş naziri Cavahetiyaya getməyib və ya gedə bilməyib. Görəsən Tiflis Paşinyana bu icazəni niyə verib? Tiflis qorxmur ki, Paşinyanın bu bölgəyə səfəri Gürcüstanda erməni separatimizin növbəti dalğasına yol aça bilər?

Tiflis odla oynayır. Tiflis Paşinyanın istəyi əsasında Abxaziya üzərindən dəmiryolunun açılmasına icazə versə, bununla Bakıya xoş olmayam mesaj göndərəcək. Paşinyana Gürcüstanda yaşayan ermənilərlə görüşüb dərdləşməsi də bölgəyə və Gürcüstana yaxşı heç nə vəd etmir. Görünür, Tiflis bu yolla Paşinyanı Rusiyanın caynağından alacağını düşünür. Bu o zaman baş verəcək ki, Paşinyanın özü bunu istəsin…
Elhan Şahinoğlu

Yorumlar