ABD NATO bünyesinde nükleer şemsiyesini genişletecek

سپاه پاسداران انقلاب اسلامی ایران و مسئله آزربایجان

Komedyen Cumhurbaşkanı ve Ukrayna’nın Geleceği

SƏRKİSYANIN İSTEFASINDAN KEÇƏN 1 İLDƏ YENİ DETAL NƏDİR?

PAŞİNYANIN “FORMATI DƏYİŞƏK” TƏKLİFİNƏ QARŞI “2 + 2 MODELİNİ” İRƏLİ SÜRƏK

Gündem 9 Nisan 2019
23

Ermənistanın müdafiə naziri David Tonoyan iki ay içərisində iki dəfə “biz daha çox torpaq işğal edə bilərik” deyəndə bu açıqlamanın arxasında baş nazir Nikol Paşinyanın dayandığını yazmışdıq. Əgər bu gün Tonoyan 180 dərəcə fərqli “biz sülh istəyirik” deyirsə bu açıqlamanın da arxasında Paşinyanın istəyi dayanır. Çünki, özü də son çıxışında sülhün vacibliyindən ağız dolusu danışıb. Bəs necə oldu ki, həm Paşinyanın, həm də Tonoyanın ritorikası qəfil dəyişdi? Axı Paşinyan özü deyirdi ki, Tonoyan “müharibə” əvəzinə “sülh” desə onu qovaram.

Paşinyanın və onun nazirlərinin tez-tez mövqelərinin dəyişməsi Ermənistanın indiki hakimiyyətinin Qarabağ münaqişəsinin həlliylə bağlı baxışının formalaşmaması ilə əlaqəlidir. Paşinyan özü də etiraf etmişdi ki, köhnə hakimiyyətin xarici işlər naziri ilə qapalı görüş keçirib keçmiş danışıqların təfərrüatlarını dəqiqləşdiriblər. Elə Paşinyanın Azərbaycan prezidenti ilə 3 görüşü də münaqişənin həllinə təsir etməyən kiçik detallar üzərində qurulmuşdu.

Bu arada, ən doğru açıqlama Paşinyanın xanımından gəlib: “Ermənistanın minlərlə əsgəri heç nəyə görə Qarabağda ölüb”. Bəli, illərdir biz də bunu deyirik. Böyük ehtimalla xanımı kimi Paşinyan da evdə bu ifadəni işlədib. Sadəcə, özü bu ifadəni rəsmən işlətsə hakimiyyətini laxladar, ona görə də xanımının açıqlaması vasitəsilə erməni cəmiyyətinin nəbzini yoxlayır. Bu çalışmalarını davam etdirsinlər. Bizə ziyan deyil.

Bu baş verənlər ondan xəbər verir ki, işğalçıya qarşı təzyiqi bir an belə azaltmaq olmaz. Hücum diplomatiyası + snayperlərimizin dəqiq atəşləri davam etməlidir. Atəşkəsin pozulması bizi yox Ermənistan hakimiyyətini narahat etməlidir və edir də.

Buna baxmayaraq, biz də yeni ideyalarla çıxış edə bilərik. Məsələn Paşinyanın “formatı dəyişək” təklifi qarşılığında biz də danışıqların “2 + 2 modelini” irəli sürə bilərik. Yəni rəsmilər ayrı, Dağlıq Qarabağın erməni və azərbaycanlı təmsilçiləri ayrı görüşsünlər.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar