ÜNİVERSİTELERİN KRİTER YARIŞI VE SÖZDE “KALİTELİ DERGİ” ANLAYIŞI

Baguz tepesine bayrak diken ypg-pkklı teröristler ne yapmak istiyor

Novruz bayramı haqqında bilmədiklərimiz

İran göydə ABŞ-la yarışır – pilotsuz təyyarələrin istehsalını genişləndirir

PAŞİNYAN TEHRANDA İKİ HƏDƏFİNƏ ÇATIB…

Ermenistan, İran 28 Şubat 2019
42

Ermənistanın baş naziri Nikol Paşinyan çox arzuladığı İrana səfər edib. İran prezidenti Həsən Ruhani Paşinyanla görüşdə Ermənistana qaz tədarükünün artırılmasına etiraz etmədiklərini dilə gətirib. Ancaq bunu illərdir deyirlər, ortada nəticə yoxdur. Tehranda hansısa nəzəri regional layihələr barədə də danışıblar. Bunlar da xoş arzulardır. Ermənistanın pulu, sanskiyalardan əziyyət çəkən İranın isə başqa ölkəyə xərcləyəcək yatırımları yoxdur.

Buna baxmayaraq, Paşinyan Tehranda iki arzusunu reallaşdıra bilib. Birincisi, o Ruhanidən başqa İranın azərbaycanlı dini lideri Əli Xamaneyi ilə görüşüb. Bu gözlənilən idi. İkincisi, Tehranda mövcud olan “Ararat” idman-sağlamlıq mərkəzində “Dağlıq Qarabağ Respublikasının bayrağı” altında İranda yaşayan erməni icmasının nümayəndələri ilə görüşüb, sevincək selfi də çəkdirib. Bir müddət sonra yenə Bakıya hansısa iranlı rəsmi və ya general gəlib deyəcək ki, “işğalı pisləyirik, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”…
Elhan Şahinoğlu

Yorumlar