KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Paşinyan-Putin görüşündən sonra məlum olacaq ki…”

Paşinyan-Putin görüşündən sonra məlum olacaq ki…”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
302 0

“Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən anti-Rusiya siyasəti yürüdür. Bununla bağlı dəfələrlə bəyanatlar səsləndirib. Əlbəttə, Ermənistanın dövlət kimi mövcudluğunda və yürütdüyü siyasətdə Rusiyanın rolunun olduğunu hər kəs bilir. Əgər bu gün Ermənistan ayaqda qalırsa, buna görə Rusiyaya borcludur. Bunu təkcə Ermənistan rəhbərliyi yox, bu ölkədə yaşayan hər bir sıravi vətəndaş da bilir”.

Rusiya prezidenti və Ermənistan baş naziri arasında keçiriləcək görüşü Teleqraf.com-a şərh edən politoloq Ramiyə Məmmədova belə deyib.

Politoloq qeyd edib ki, Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə bundan əvvəlki görüşləri gərginliklə yadda qalmışdı:

“Bunun da səbəbi Ermənistanın Rusiyaya qarşı dəyişən münasibətidir, yəni Paşinyanın yürütdüyü anti-Rusiya siyasətidir. Ermənistanda keçirilmiş erkən parlament seçkilərindən sonra ilk dəfə olaraq, Putin və Paşinyan arasında görüş olacaq. Putinin Paşinyanı təbrik etməməsi də yadımızdadır. Bunu Paşinyanın yürütdüyü siyasəti kimi də qəbul etmək olar. Lakin Putin bir neçə gün əvvəl mətbuat konfransında bildirdi ki, “Ermənilər Qafqaz regionunda Rusiyanın tarixi tərəfdaşıdır və ümid edirəm ki, bu, belə də qalacaq”.

Hesab edirəm ki, bu, Putinin Paşinyandan olan gözləntilərini özündə əks etdirən mesajdır. Yəni bu, o mənanı kəsb edir ki, İrəvan Moskvanın tapşırıqlarını yerinə yetirən günədək ermənilər Rusiyadan yardım ala biləcəklər. Artıq Paşinyan da bunu dərk edir ki, Ermənistan Rusiyasız hərəkət edə bilməyəcək. KTMT daxilində baş verənlər də göstərir ki, Ermənistan Rusiyanın dəstəyi olmadan heç bir addım ata bilməyəcək. Paşinyan da bunu çox yaxşı başa düşdü. Putin də Paşinyanın Moskvaya səfərindən əvvəl belə bir mesaj verməklə, Ermənistanın yeni rəhbərliyini də Moskvanın qarşısında boyun əyməli olduğunu bildirdi”.

Ramiyə Məmmədova Ermənistanın iqtisadi vəziyyətinin ağır olduğuna diqqət çəkib:

“Buna görə də, Rusiya Ermənistana təbii qazı ən ucuz qiymətə satır. Yəni, Paşinyan Moskvaya qarşı müqaviməti gücləndirsə, Rusiya bu qazın qiymətlərini qaldıra bilər. Ermənistanın bu günki iqtisadi vəziyyəti isə bu pulu ödəməyə imkan vermir. Başqa sözlə, Paşinyan bu mesajı Putinin maraqları çərçivəsində dəyərləndirməlidir. Çünki Ermənistanın yeni rəhbərliyi ABŞ tərəfindən də, o qədər isti qarşılanmır. Bir tərəfdən isə ABŞ-ın Ermənistandan gözləntisi yoxdur. Yəni, ABŞ Ermənistana görə, Rusiya ilə gərgin münasibətlərini bir qədər də pisləşdirmək haqda düşünməyəcək.

Paşinyan onu da yaxşı başa düşür ki, Qarabağ münaqişəsinə görə Ermənistanın Azərbaycanla münasibətlərinin qırılması əlavə çətinliklər yaradır və buna görə də Rusiyanın dəstəyinə ehtiyac var. Paşinyanın bu məsələləri hansı formada dəyərləndirdiyini Putinlə görüşündən sonra biləcəyik. Yəni, bu görüşdən sonra Paşinyanın anti-Rusiya siyasətini davam etdirib-etdirməyəcəyi də bəlli olacaq”.

Qeyd edək ki, Ermənistan və Rusiya rəhbərləri arasındakı növbəti görüş dekabrın 27-də Moskva şəhərində keçiriləcək.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir