Bu barədə, o öz facebook səhifəsində yazıb :
1. Müharibə nə üçündür ? Qarabağın statusu üçün.
2. Müharibədən yayına bilərdikmi ? Yayına bilərdik, amma əgər əraziləri boşaldaraq gələcək statusun təmin edilməsi üçün müəyyən mexanizmlərin olmadığı qeyri müəyyən müddətdə, Qarabağın qeyri- müəyyən statusu üçün razılaşsaydıq.
3. Danışıqlar yolu ilə Qarabağ üçün hansısa qəbul edilə biləcək statusa nail ola bilərdikmi ? Yox, çünki, bunun üçün son imkan 2011- ci ildə Kazanda tükənib.
4. Müharibəni dayandıra bilərikmi ? Nəzəri baxımdan, bəli, ikinci bənddə göstəriləndən daha pis formula üzrə razılaşsaq.
5. Müharibə Qarabağın statusunu həll edə bilərmi? Bəli, amma əgər müharibədə uğur qazansaq.
6. Müharibədə uğur qazana bilərikmi? Bəli, əgər bu məqsəd üçün millətin potensialını səfərbər edərək səmimiyyətlə və fədakarlıqla bu məqsədə doğru getmək istəsək.
Burdan hansı nəticələr çıxır?
1. Müharibəni Ermənistanın başladığını etiraf edir, çünki, danışıqlar yolu ilə Qarabağın statusunun həll edilə bilməyəcəyini dərk ediblər;
2. İndiyə qədər təklif edilən variantlardan ermənilər üçün daha pis varianta hazır olmağı təklif edir ;
3. Dağlıq Qarabağ ətrafında ərazilərin işğal edildiyini etiraf edir, amma bu, geriyə çəkilmək deməkdir, çünki, müharibədən əvvəl bu ərazilərə də işğal zonası kimi yox, «Artsax»ın dövlət sərhədləri kimi baxırdılar ;
4. Müharibəyə ona görə başlayıblar ki, Azərbaycanın hərbi və sosial potensialını düzgün qiymətləndirməyiblər, çünki müharibə yolu ilə bu dəfə Qarabağın statusunu həll edə biləcəklərini düşünüblər ;
5. Müharibədə indiyə qədərki itkiləri üçün də, istədikləri uğurları qazanmaq üçün məsuliyyəti erməni xalqının üzərinə atıb və bunu sonuncu bənddə qeyd edib.
Ganimet Zayidov
- Anasayfa
- »
- Ermenistan
- »
- Paşinyan nəyi etiraf edir, nə istəyir, və nədən bədgümandır?
Paşinyan nəyi etiraf edir, nə istəyir, və nədən bədgümandır?
416 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.