Трудный союз. Смогут ли Россия и Турция договориться по Сирии

7-8 տարի հետո մեզ սպասվում է դեպոպուլյացիա. Մենք շատ ենք ուշացել

UŞAQLARIN TƏRBİYƏ VƏ TƏLİMİNDƏ MİLLİ FOLKLORUN ROLU

KRIMIN İŞĞALI NƏLƏRİ DƏYİŞDİ?

PAŞİNYAN MOSKVANIN NƏBZİNİ YOXLAYIR

Gündem 23 Temmuz 2018
34

Nikol Paşinyan odla su arasındadır. Ermənistanın baş naziri bir tərəfdən anlayır ki, ölkəsi Rusiyanın vassalıdır və bu asılılığı azaltmaq üçün hansısa mexanizmləri hərəkətə gətirməlidir. Ancaq digər tərəfdən bu mexanizmlərin hərəkətə gətirilməsi Moskvanın narazılığını artıracaq və bu amil Paşinyanın hakimiyyətini laxladacaq, onun əleyhinə işləyəcək, Serj Sərkisyan və Robert Köçəryan pusqudadırlar. Paşinyan Rusiya hərbi bazasının “əvvəlcədən razılaşdırılmayan” hərbi təlimlərindən bəhanə kimi istifadə edərək bunun Ermənistana qarşı təxribat mahiyyəti daşıdığını açıqladı. Halbuki, rus generallar daha sonra açıqlama verərək Ermənistanda bu il ərzində planlaşdırılan bütün təlimlərin razılaşdırıldığını bildirdilər.

Buna baxmayaraq, Paşinyan Ermənistanın Rusiya və Qərb arasındakı məsafənin balaslaşdırılması fikrindən əl çəkməyərək indi də Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusuna əl gəzdirmək istəyir. Bu istək Moskvanın Paşinyanın siyasəti haqqında qeyri-müəyyən suallarının sayını artıracaq. Başqa bir sual da maraqlıdır: Paşinyanın bütün bu addımlarından sonra Ermənistanın baş naziri silah almaq üçün Serj Sərkisyan kimi Moskvadan kredit istəyəcəkmi və Kreml belə bir istəyin qarışılığında İrəvana yenə 200 milyon dollar kredit ayırmağa hazırdırmı?

Əlbəttə, Ermənistan Rusiyadan nə qədər çox uzaqlaşarsa bu həm Cənubi Qafqazın, həm də Azərbaycanın xeyrinədir. Ancaq bunun baş verəcəyi ehtimalını yüksək qiymətləndirmirəm. Paşinyan hələ ki, Rusiyanın nəbzini yoxlayır, vurnuxur, Qərbin onu dəstəkləyəcəyinə əmin deyil. Ermənistan üçün Rusiyadan qopmaq asan deyil, bəlkə də mümkün deyil. Bunu istəyənlər ya devrilirlər (Levon Ter-Petrosyan kimi), ya da qətlə yetirilirlər (1999-cu ildə Ermənistan parlamentinin gülləbaran olunması).
Elhan Şahinoğlu

Yorumlar