ÜNİVERSİTELERİN KRİTER YARIŞI VE SÖZDE “KALİTELİ DERGİ” ANLAYIŞI

Baguz tepesine bayrak diken ypg-pkklı teröristler ne yapmak istiyor

Novruz bayramı haqqında bilmədiklərimiz

İran göydə ABŞ-la yarışır – pilotsuz təyyarələrin istehsalını genişləndirir

PAŞİNYAN İRANA GEDİR

Ermenistan, İran 26 Şubat 2019
33

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 27-də İrana səfərə gedəcək. Bu Paşinyanın baş nazir kürsüsündə İrana ilk rəsmi səfəri olacaq. Paşinyan bu səfərə çoxdan hazırlaşırdı. Ermənistanın baş naziri qonşu İranla əməkdaşlığa xüsusi əhəmiyyət verir.

İranın Ermənistandakı səfirliyinin ticarət müşaviri bildirib ki, 1991-c ildən, yəni Ermənistanın müstəqilliyini qazandığı ildən bəri iki ölkə arasında ticarət mübadiləsində ən yüksək göstərici məhz ötən il qeydə alınıb. Söhbət 364 milyon dollarlıq ticarət mübadiəsindən gedir. Rəqəm böyük deyil, ancaq faktın özü maraqlıdır ki, bu iki ölkə arasındakı əməkdaşlıqda ən yüksək göstəricidir. İran Ermənistana daha çox satır, nəinki alır.

Nikol Paşinyan hansı məsələləri müzakirə etmək üçün Tehrana gedir?

Paşinyanın əsas məqsədi İranla indiki iqtisadi əməkdaşlığı genişləndirmək və birgə regional layihələri reallaşdırmaqdır. Sadəcə, İran bu gün elə vəziyyətdə deyil ki, Ermənistanla hansısa regional layihəni maliyyələşdirməyə maraqlı olsun. Buna baxmayaraq, Paşinyanın Tehranda nələr danışacağını və nələr eşidəcəyini diqqətlə izləməliyik. İran Rəşt-Astara dəmiryolunun tikintisi üçün Azərbaycandan 500 milyon dollar kredit gözləyərkən, Ermənistanla birgə layihəyə hansısa kredit ayırarsa, bu Tehranın Azərbaycana qarşı xoş olmayan mesajı olacaq.

Aydındır ki, Paşinyan Moskvaya etdiyi səfərlərdən fərqli olaraq Tehranda Qarabağ münaqişəsinin həllini müzakirə etməyəcək. Bu heç Tehrana lazım da deyil. Halbuki, Bakıya gələn iranlı rəsmilər və generallar bir ağızdan “Qarabağ Azərbaycanındır” deyirlərsə, bunu gərək erməni rəsmilərə də deyələr. İranın Qarabağ məsələsindən məsafə saxlaması İrəvanı illərdir razı salır və ermənilər Tehranın neytral siyasətindən razılıqlarını gizlətmirlər.

O da faktdır ki, İrana rəsmi səfər edən Ermənistanın hər bir prezidenti Qumda dini lider Əli Xamaneyi ilə də görüşmək istəyir. Bir neçəsinə belə görüş qismət olub. Dini liderlə görüş ermənilərə piar baxımından vacibdir. Azərbaycan torpaqlarını işğal edən dövlətin liderinin milliyətcə azərbaycanlı dini liderlə görüşüb şəkil çəkdirməsi erməni siyasətçi üçün uğur sayılır.
Elhan Şahinoğlu

Yorumlar