KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Paşinyan: Azərbaycanın Rusiya və Qərb üçün əhəmiyyəti artıb

Paşinyan: Azərbaycanın Rusiya və Qərb üçün əhəmiyyəti artıb

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
176 0

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib ki, “Qarabağda 44 günlük müharibədən sonra Azərbaycan eyforiyadadır və daha çoxunu, ola bilsin ki, hər şeyi əldə etməyə çalışır”.

Turkustan.az xəbər verir ki,  Paşinyan Azərbaycanla münasibətlərin normallaşmanın qat-qat mürəkkəb olduğunu bildirib: “44 günlük müharibədən sonra Azərbaycan eyforiyadadır və çox şey götürmək, mümkünsə, hər şeyi almaq istəyir. Və onun bu qavrayışı daha da kəskinləşir. Azərbaycan bilavasitə və ya dolayısı ilə enerji və ya logistika kəsişməsinə çevrilib və onun həm Rusiya, həm də Qərb ölkələri üçün əhəmiyyəti artıb”.
Paşinyanın sözlərinə görə belə bir vəziyyətdə Ermənistan üçün risklər artır: “Risklər demək olar ki, hər gün görünür və imkanlar ondan ibarətdir ki, Cənubi Qafqazın özü nəhəng yol ayrıcıdır. Bu baxımdan, regional sabitlik Rusiya və Qərb üçün konsensusa çevrilə bilər, əks halda regional partlayış enerji təhlükəsizliyi baxımından geosiyasi mərkəzlər üçün yeni problemə çevrilə bilər.
Paşinyan əmin edib ki, Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamağa səmimiyyətlə çalışır. Hər iki dövlət qarşılıqlı olaraq ərazi bütövlüyünü tanısa və bir-birinə ərazi iddiaları irəli sürməməyi öhdəsinə götürərsə, bu müqavilə reallaşar. Əslində, bu, Soçidə və Praqada Azərbaycan prezidenti ilə razılaşma idi, deyə o əlavə edib.
“Mən təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik”, – baş nazir bildirib.

Mübariz/Turkustan.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir