KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Paçlara və hökm et prinsipi

Paçlara və hökm et prinsipi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
274 0

ABŞ Qərb üçün hər zaman aktual olan “Paçlara və hökm et” prinsipi bu gün də öz aktuallığını qoyuyub saxlamdadır. Qərbin ən başlıca planlarından biri isə ilk növbədə yaxın şərqdə yeni “dövlətlər” qurmaqdır və Qərb hədəfə çatmaq üçün bütün yollara əl atımaqdadır.
Təəssüflər olsun ki İslam dünyasının parçalanması üçün atılan addımlar qismən də olsa öz bəhrəsini verməkdədir.
Buna misal olaraq bəzi maraqlı qüvvələrin İraq və Suriyada yaşanan qanlı hadisələrin şiə-sünni qarşıdırması kimi gündəmə gətirməsi oldu.
Bu gün Suriyanın parşalanmasının qarşısında duran əsas üç dövlət oldu ki, bunlardan biri heç şünhəsiz Türkiyə, digər ikisi isə Rusiya və İrandır
Bu üç dövlətin hər birisinin Suriya böhranına fərqli yanaşması olsa da, hər üçünün ortaq məqsədi Suriyanın əriazi bütövlüyünün qorunmasıdır.
Etiraf etmək lazımdır ki , bu Suriyada hər üç dövlətin maraqları toqquşsa da əsas oyunçulardan biri Türkiyədir. Məhz Türkiyənin sayəsində bu gün Suriya ərazisində yeni terror dövlətinin qurulmasının qarşısı alınmaqdadır.
Türkiyənin əsas oyunçulardan birinin olmasına bariz nümunə isə , ABŞ-ın davamlı olaraq ,Ankara ilə Suriya məsləsində müzakirələr aparmasıdır. Bilindiyi kimi son olaraq dünüən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ankaraya səfərə gəldi və burda bəzi rəsmilərlə görüş keçirdi.
Boltonun Ankara səfəri müxtəlif məqamlala yadda qalsa da , diqqət yetirilməsi gərəkən ən başlıca məqam ,Boltonun səfər öncəsi kürdlər haqda açıqlaması oldu.
Bolton açılmasında “ Ankaranın Suriyadakı başlıca hədəfi , etnik kürdlərdir” deyə bildirmişdi. Bu açıqlamaya ölkə Prezidenti Ərdoğan ciddi reaksiya versə də, açıqlamanın daha öncədən düşünülmüş və məqsədli şəkildə söylənildiyini tam əminliklə demək olar.
Suriya və İrada yaşanan hadisələrin fonunda davamlı olaraq , kürd kartının istifadə edilməsi bütün bunlarla yanaşı , İŞİD terrorçularının kürdlərə qarşı sifarişli , bəli məhz sifarişli amansızlığı əsla təsadüf ola bilməz.
Hədəf isə yaşanan qanlı facilərin fonunda sadəcə bir entik qrupa məzlum obrazı verməklə, bölgədəki digər pruplardan ( türkmanlar , sünni və cəfəri ərəblər) daha siyasiləşmiş qrupdan (etnik kürdlərdən) öz maraqları üçün istifadə etmək idi.
Təəssüflər oslun ki , ABŞ bunu qismən də olsa bacardı. Bu gün isə bu planın ikinci mərhələsi üçün ciddi hazırlıqlar aparılmaqdadır.
Aydın məsələdir ki ,ABŞ qoşunlarının Suriyadan çıxması zaman alacaq. Ərəb KİV-lərinin məlumatına əsasən Suriydan çıxarılan qoşunlar Ərbil yaxınlığında yerləşdirilirlər.
ABŞ qoşunlarının Ərbildə yerləşdirilməsi isə , sadəcə Türkiyə üçün deyil , eyni zamanda İraq və ən başlıca İran üçün real təhlükədir. İran rəsmilərinin bu məsələdə susması sözün əsl mənasında təccüb doğurur. Məsələ ondandır ki , ABŞ-ın sanksiya məngənəsində əzilən İranda yaxın illərdə daxili gərginliyin artması gözlənilir.
Bu sadəcə sanksiyalardan qaynaqlanmır eyni zamanda İranın səksən yaşlı ali dini rəhbəri Əli Xameneyinin sələfinin seçilməsi ilə əlaqədar olacaq. İran mətbuatında ara-sıra Əli Xameneyinin səhhətinin ağır olduğu və özündən sonra yerinə oğulları Mustafa və ya Müctəba Xameneyinin seçiləcəyi haqda xəbərlər yayılmaqdadır.
Məsələ ondadır ki ,nə Mustafa nə də Müctəba Xameneyi, İranda ataları qədər nüfüz sahibi deyil və Əli Xamenyinin vəfat edəcəyi təqdirdə , ölkədə islahatçılarla mühafizəkarlar arasıdan qarşıdırmanın olacağı ehtimal edilir.
Bu isə qoşunlarını Ərbil yaxınlığında yerləşdirərək İrana daha yaxın olan ABŞ üçün əsl fürsətdir. Məsələ ondadır ki , Ərbil yaxınlığında ABŞ qoşunlarını yerləşdirilmsə ilə bölgədə yeni Suriya senarisinin təkrar olunmsı ehtimalı var.
Belə ki , bu dəfə də ABŞ –ın PKK terror təşkilatının İran qolu olan PJAK-ın təlimlərinə star veriləcək.
Rufiz Hafızoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir