Türkiyə və İran, regionun iki böyük müsəlman ölkəsi kimi bir-birinə qaşılıqlı dəstək verməyə çalışırlar. Suriya timsalında bu addım ortaq maraqlar naminə həyata keçirildi.
Bu günlərdə isə Türkiyə-İran yüksək səviyyəli Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçirildi.Tərəflər PKK/PJAK və bölgədəki bütün terror təşkilatlarının Türkiyənin və İranın təhlükəsizliyinə qarşı ortaq təhdid təşkil etdiyini nəzərə alaraq, ortaq sərhədlərdə mövqeləşmiş PKK/PJAK və digər terror təşkilatları ünsürlərinin həmlələrinə qarşı mövcud işbirliyi mexanizmlərindən tam olaraq istifadə etməyin və terrorizm ilə mütəşəkkil cinayətə qarşı hədəfə yönəlmiş işbirliyi məqsədi ilə hərbi əməliyyatlar daxil birgə addımlar atmağın, hər iki ölkənin məsuliyyətində olduğu qənaətində idilər.
Ortaq məlumatda Türkiyə Respublikası və İran İslam Respublikası arasındakı Yüksək səviyyəli Əməkdaşlıq Şurasının 6-cı toplantısının Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin birgə rəhbərliyi və xarici işlər, enerji və təbii sərvətlər, xəzinə və maliyyə, səhiyyə, sənaye və texnologiya, daxili işlər və nəqliyyat nazirləri, eləcə də İranlı məsləkdaşlarının iştirakı ilə video konfrans şəklində keçirildiyi bildirilir.Tərəflər Covid-19 -la mübarizədən tutmuş birgə hərbi əməliyyatlara kimi geniş spektrli müzakirələr aparmışlar.
Astana formatı ilə Suriyada əminamanlığın bərpa olunması, İraqın ərazi bütünlüyü, burada sülhün və demokratiyanın bərqərar olması, paytaxtı Yerusəlim olmaqla Fələstin dövlətinin yaradılması üçün yol xəritəsi, Əfqanıstanda əfqan xalqının öncüllüyü ilə əsl sülhün möhkəmlənməsi kimi müsəlman dünyasının ağrılı problemlərinin müzakirəsi, regionda həlli gözlənilən məsələlərə ciddi yanaşılacağından xəbər verir.
Terrorun kökünü kəsməkdə israrlı olan Türkiyə, Suriya və İraqdakı PKK düşərgələrinə uğurlu həmlələr etdikdən sonra, PKK-nın İrandakı qanadı olan PJAK-a qarşı İranla birgə hərbi əməliyyatları planlaşdırmaqla qərbə də öz mesajını göndərmiş oldu.
Züriye Garayeva kafkassam
EtiketlerORTAQ MARAQLAR VƏ BİRGƏ HƏMLƏLƏR
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.