KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Oleq Lukyanov: “Türkiyənin Azərbaycanda hərbi bazasının inşasına nə Rusiya, nə də İran razılıq verər”

Oleq Lukyanov: “Türkiyənin Azərbaycanda hərbi bazasının inşasına nə Rusiya, nə də İran razılıq verər”

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
281 0

Oleq Lukyanov: “Türkiyənin Azərbaycanda hərbi bazasının inşasına nə Rusiya, nə də İran razılıq verər”
Türkiyə döyüş əməliyyatları zamanı məhv edilmiş infrastrukturun bərpası adı altında Azərbaycanın Gəncə şəhəri yaxınlığında böyük bir hərbi bazanın inşasına başladı.
Bu barədə Wargonzo telegram kanalı ve kafkassam məlumat yayıb. Nəşrin müəllifinə görə, Prezident Ərdoğan Qarabağda Rusiya sülhməramlılarının əsas rol oynadığından çox narazıdır. Bu baxımdan yeni Türk aviabazasında F-16 qırıcıların, helikopterlərin və çox sayda hərbi personalın daimi olaraq yerləşdirilməsi planlaşdırılır.
IANED agentliyinin siyasi şərhçisi Oleq Lukyanov bu xəbəri şərh edərkən qeyd edib ki, “Belə bir məlumat rəsmi təsdiqini tapmayıb. Lakin hadisələrin inkişafı göstərir ki, Osmanlı İmperatorluğunun müasir şərtlərdə yenidən qurulması üçün belə bir layihə Ankaranın ümumi xarici siyasətinə çox uyğundur. Yeri gəlmişkən, rəsmi London Rusiyanın Zaqafqaziya və Yaxın Şərqdəki siyasətinə qarşı tarazlığı qorumaq üçün Türkiyənin bölgədə daha da güclənməsini istəyir. Ancaq NATO ölkəsinin bölgədəki hərbi varlığı nə Moskva, nə də Tehran tərəfindən bəyənilə bilər. Bu səbəbdən, Bakının buna rəsmi razılıq verəcəyi hələ də böyük bir sualdır, cavabını tezliklə öyrənəcəyik”.
Erustün Oruçlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir