KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Nüvə dövlətlərindən hamı qorxur

Nüvə dövlətlərindən hamı qorxur

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
380 0

Əgər Şimali Koreyanın nüvə silahı olmasaydı Amerika oranı çoxdan ram etmişdi. Ancaq bu qorxunc ölkənin nüvə silahına malik olması Amerikanın bu ölkəyə hücum etməsi ehtimalını azaldır. Amerikanın keçmiş prezidenti Bill Klinton 1994-cü ildə müşavirlərinə Şimali Koreya ilə müharibə ssenarinin hansı nəticələrə gətirib çıxaracığ ilə bağlı hesabat hazırlamağı tapşırır. Hesabatdan çıxan nəticələr dəhşətli olur. Əgər Amerika Şimali Koreyaya hücum edərsə, yüzminlərlə insan həlak olacaq, Cənubi Koreya dağılacaq və işğal olunacaq, oradakı amerikalı hərbçiləri böyük itkilər verəcəklər. Mənə elə gəlir ki, bu hesabatı indiki prezident Donald Trampın da masasının üzərinə qoyublar.

Sözümü nəyə gətirərəm. Bir ara Azərbaycan rəsmiləri belə bir açıqlama verdilər ki, gələcəkdə ölkədə nüvə elektrik stansiyasının tikintisi araşdırılmalıdır. SSRİ vaxtında Azərbaycanda nüvə elektrik stansiyasının tikintisi planda olub. Hətta tikintinin bünövrəsi də qoyulmaq üzrə idi. Çernobıl qəzası və SSRİ-nin süqutu bu planların üstündən xətt çəkdi. Fikrimcə, nüvə elektrik stansiyasının tikintisi mövzusunu yenidən aktuallaşdırmağa ehtiyac . Nüvə sözünün özü işğalçıya ciddi mesaj olmalıdır. Bilirəm, ekoloji baxışları olanlar nüvə elektrik stansiyasının tikintisinin qəti əleyhinə çıxacaqlar. Ancaq müzakirələri başlamağa bizə heç nə mane olmur. Hələ bir az irəli getsək nüvə silahı barədə də danışmaq olar. Bİz bilmirik Rusiyanın Ermənistandakı hərbi bazalarında nələr var. Oradan bizə təhlükə varsa, bu təhlükədən sığortalanma məsələsini də daima diqqətdə saxlamalıyıq və düşmən bilməlidir ki, onda olan silahdan daha güclüsü Azərbaycanda olacaq və olmalıdır…Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir