Netanyahunun may ayının ilk yarısında Azərbaycana edəcəyi səfər haqda bir neçə marağınızı çəkəcək məlumat yazıram:
1) Netanyahunun BƏM-də davam edən məhkəmə işi var. Bu barədə narahat olan insanlar var. Lakin Azərbaycan BƏM-in yekun yurisdiksiyasını sadəcə irqi ayrı-seçkilik kimi özəl hüquqi sahələrdə tanıyır. Qısaca, bu səfərin bizim üçün heç bir hüquqi problemi olmayacaq.
2) Azərbaycan prezidentinin İsrail-Türkiyə arasındakı proseslərin aktiv münaqişə mərhələsinə keçməməsi üçün əlindən gələni etdiyi bəllidir. Lakin Əliyevin Antaliya Diplomatik Forumundan qayıtdıqdan dərhal sonra Ərdoğanın Netanyahu və İsrail haqda sərt ritorikası bu vasitəçilik prosesinin yetərincə uğurlu olmadığını göstərir. Təbii ki, eskalasiya ehtimalı çox düşürüldü, lakin 100 faizlik bir anlaşma yoxdur (bəlkə heç mümkün də deyil).
3) Azərbaycan da daxil olmaqla Türküstan dövlətlərinə təklif edilən İbrahim Anlaşmalarıdır. Bu məsələyə Türküstan-Cənubi Kipr, İsrail-Yunanıstan kontekstində də baxmaq lazımdır. Bu anlaşma təklif edildiyi zaman Türk dünyası daha yekdil, İsrail daha zəif mövqedə idi. İndi isə İsrailin Yunanıstanla əlaqələri yenidən yüksəlir, Türks dünyasında fikir ayrılıqları da artır. Qısaca Türkiyə ilə İsrailin əllərindəki kartlar təxmini eyni gücdədir.
4) ABŞ-nin İran ilə masaya oturması məsələsi var. Bu çox insana qeyri-adi gəlsə də, ABŞ üçün İranın heç vaxt nüvəyə sahib olmaması variantındansa hal-hazırda nüvəyə sahib olmaması önəmlidir. İsrail üçün isə bu heç vaxt olmaması gərəkən şeydir. Bu səbəbdən Netanyahu Türkiyə ilə (bütövlükdə Türk dünyası ilə) sabitliyi (mümkündürsə əməkdaşlığı) qorumaq üçün özü bir-başa gəlir.
İsrail bütün riskləri ölçür. ABŞ olmadan da yaxın zamanda İranla münaqişəni qızışdırıb həm danışıqları pozub, həm də nüvə silahının qarşısını almağa çalışa bilər. Bu olacağı zaman Türk dünyasının ən azından neytral olmasına çalışır. Qısa müddətli dövrdə bu elə Türk dünyasının da maraqlarına uyğundur. Çünki hələ ki, Türkiyənin belə nə nüvə, nə güclü ballistik raketi var. Bu görüş KKTC-dən tutmuş, İran, Orta Şərq, Qafqaz və Türküstan bölgələrinin gələcəyindəki iki yol ayrıcından hansına doğru irəliləyəcəyimizi müəyyənləşdirəcək.